çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

Image


Bakıya ilk gələndə uzun illər Suraxanı rayonunda yaşadıq, Qaraçuxur qəsəbəsində. Keçən günləri, məktəb illərini, ilkin gənclik dostlarımı xatırlayanda mütləq Suraxanı haqqında düşünürəm. 23 ildir Suraxanı rayonu, onun qəsəbələrindəki insanlarla ünsiyyətim, dostluğum var. Rayon haqqında, burada baş verən inkişaf barədə onlardan tez-tez eşidirəm. Elə özüm də vaxtaşırı Suraxanı ərazisinə gedib-gəlirəm.
Hər dəfə burada bir yenilik, gözəllik görürəm. Suraxanıdakı Atəşgah məbədini isə dəfələrlə ziyarət etmişəm, bu məkan insanda tamamilə başqa ovqat yaradır. Bilirik ki, Azərbaycanın maddi mədəniyyət abidələri sırasında Bakının Suraxanı rayonunda yerləşən, XVII-XVIII əsrlərə aid atəşpərəst məbədinin qalıqları üzərində inşa olunan və UNESCO-nun "Dünya irsinin ilkin siyahısı"na daxil edilən "Atəşgah məbədi" Dövlət tarix-memarlıq qoruğunun ayrıca yeri var.
"Atəşgah" XVII-XVIII əsrlərdə təbii qazların çıxdığı "əbədi", sönməz alovların yerində inşa edilmiş od məbədidir.
Bildiyimiz kimi, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilən qoruqda 2009-cu ilin iyulundan ərazinin mühafizəsi və maddi-texniki təminatın gücləndirilməsinə başlanıb, məbəd və məbədətrafı ərazilərin abadlaşdırılması həyata keçirilib.
Aparılan işlər nəticəsində "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun sahəsi 4,2 min kvadratmetrdən 15 min kvadratmetrə qədər genişləndirilib. Sahəsi iki min kvadratmetrdən artıq olan əsas bina xüsusi memarlıq üslubunda inşa olunub. Məbədlə həmahəng inşa olunan əsas binada idarə, dəmirçi kürəsi, dəmirçi emalatxanası, mis və çini qablar, taxta üzərində oyma, xalça, kəlağayı və həsir toxuma emalatxanaları, suvenirlər, rəsm qalereyası mövcuddur. Xüsusi memarlıq üslubunda yaradılan muzeydə Bakı şəhəri və Abşeron rayonu ərazisində vaxtilə mövcud olan qədim yaşayış binalarını və abidələri əks etdirən guşələr yaradılıb. Burada əcdadlarımızın istifadə etdiyi məişət əşyaları və incəsənət nümunələri nümayiş olunur. Məbədin ən erkən tikilisi olan karvansara 1713-cü ilə aiddir, üstündə qədim sanskrit dilində yazı var. 29 mart 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan bərpa və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Azərbaycanın neft və qaz sənayesinin inkişafı tarixi bilavasitə Suraxanı neft yatağının adı ilə bağlıdır. Dünyada quruda ilk dəfə Suraxanıda neft yatağının sənaye üsulu ilə işlənməsinə (1904-cü il) başlanıb. Suraxanıda neft yatağının sənaye üsulu ilə işlənməsinin 90 illiyi münasibətilə 24 avqust 1994-cü il tarixində Suraxanı neftçilərinin mədəniyyət sarayında keçirilən yubiley tədbirində iştirak edən Azərbaycan Respublikasının sabiq Prezidenti mərhum Heydər Əliyev öz çıxışında qeyd edirdi: "Suraxanı neft yataqlarının istismarı bu 90 il müddətində xalqımıza, respublikamıza, müstəqil Azərbaycan dövlətinə böyük fayda vermişdir. Azərbaycan sənayesinin, bütün iqtisadiyyatının və sosial həyatının inkişafında Suraxanı neftçilərinin böyük payı, rolu var. Bu tarixi salnamədə Suraxanı neftçilərinin xüsusi yeri var. Doğrudan da Suraxanı neftçiləri və bütün suraxanılılar Azərbaycan tarixində özünəməxsus yer tutmuşlar".
1806-cı ildən başlayaraq Abşeronun neftli quyuları gəlir mənbəyinə çevrilir, dövlət onları icarədarlara satmağa başlayır. 1907-ci ildə Suraxanıda 32 quyu, 1908-ci ildə 57 quyu, 1909-cu ildə 85 quyu, 1910-cu ildə isə artıq 137 quyu qazılıb.
Rayon ərazisində XX əsrin əvvəllərində milliyyətçə polyak olan mühəndis V.Zqlenitskinin hərrac yolu ilə alaraq neft hasilatı ilə məşğul olduğu 8 saylı sahənin verdiyi gəlirin Polşa təhsilinin inkişafında oynadığı rolu göstərmək kifayətdir.
2013-cü ildə rayonda xam neftin istehsalı (qaz kondensatı da daxil olmaqla) - 397,9 min ton və ya 2,5 milyon barrel, təbii qazın istehsalı - 202,8 milyon kub.m. təşkil edir. Rayonda neft sənayesinə aid "Absheron Operating Company Limited", "Bahar Energy Operating Company LTD", "Surakhani Oil Operating Company S.A." şirkətləri, "Qazmaservis və Logistika" idarəsi, Tamponaj və layların neft veriminin artırılması idarəsi, Dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsi fəaliyyət göstərir. 95 il əvvəl, yəni 1920-ci ilin may ayında yaradılan Suraxanı rayonunun ərazisi 122 kv. km., əhalisinin sayı 210,5 min nəfər, əhalinin sıxlığı 1725 nəfər 1 kv. km.-dir. Suraxanı rayonunun Əmircan, Bülbülə, Qaraçuxur, Hövsan, Yeni Suraxanı, Zığ qəsəbələrinin sosial-iqtisadi vəziyyətinə rayon rəhbərliyi tərəfindən xüsusi diqqət yetirilir. Rayonda 10 ATS, 53258 telefon abonenti, 14 poçt idarəsi fəaliyyət göstərir. Rayon ərazisində 1880-ci ildən etibarən dəmir yolu xətti çəkilib və hazırda fəaliyyət göstərir. Rayonda 58 iri sənaye müəssisəsi mövcuddur. Rayonda 35 məktəb, 35 məktəbəqədər tərbiyə müəssisəsi: 1 uşaq evi, 1 internat məktəbi, 25 istirahət parkı, 8 mədəniyyət sarayı və evi, 7 kitabxana, 12 məscid, 37 QHT və ictimai birlik, 4 bank, 4 bank filialı, 1 sığorta şirkəti fəaliyyət göstərir. Suraxanı rayonunda idmana, gənclərin fiziki və mənəvi tərbiyəsinə xüsusi önəm verilir. Verilən məlumata görə, rayon əhalisinin 68814 nəfərini gənclər təşkil edir (14-29 yaş).
Suraxanı rayonunda "Neftçi İdman Klubu" ictimai birliyi, Hövsan Olimpiya İdman Kompleksi, 18 saylı Uşaq gənclər idman məktəbi, 12 idman klubu və respublikamızda fəaliyyət göstərən müxtəlif federasiyaların 21 nümayəndəliyi fəaliyyət göstərir. Rayon ərazisində 56 idman qurğusu, 4 stadion, 5 aerobika zalı, 6 trenajor zalı yerləşir. Yuxarıda qeyd olunan idman təşkilatlarında ümumilikdə 9168 idmançı məşğul olur. Onlardan 592 nəfəri beynəlxalq yarışların qalibi, 110-u idman ustası, 501 nəfəri idman ustalığına namizəddir. Hövsan Olimpiya İdman Kompleksi istifadəyə verildikdən sonra hər il idmana cəlb olunan idmançıların sayı sürətlə artır, kompleksdə yaradılan şərait müxtəlif idman federasiyalarının yeni nümayəndələrinin cəlb olunmasında əhəmiyyətli rol oynayır. Eyni zamanda son illərin təhlili göstərir ki, idmançılar arasında olimpiya idman növlərinə maraq daha da artıb. "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramına salınmış rayonun Əmircan qəsəbəsində bir futbol meydanının və müasir tipli idman zalının, Yeni Suraxanı qəsəbəsində bir futbol meydanının, Qaraçuxur qəsəbəsində bir müasir tipli idman zalının, Yeni Günəşli yaşayış sahəsində bir futbol meydanının və şahmat məktəbinin tikintisi davam etdirilir. Yuxarıda qeyd olunan idman obyektlərinin istifadəyə verilməsindən sonra Suraxanı rayonunda idmana cəlb olunacaq idmançıların sayında əhəmiyyətli artım müşahidə olunacaq.
Suraxanı rayonunda yerləşən müəssisə və təşkilatlarda müxtəlif səpkili tədbirlər keçirilir, Rayon Gənclər və İdman İdarəsi bədən tərbiyəsi kollektivləri, idman klubları və ictimai təşkilatlarla əlaqəli şəkildə əməkdaşlıq edir. Suraxanı rayon 18 saylı Uşaq Gənclər İdman Məktəbi 20 ildən artıqdır fəaliyyət göstərir. Məktəbdə dörd idman növü: voleybol, basketbol, stolüstü tennis və futbol üzrə idmançılar məşğul olur. Məktəbdə üç stolüstü tennis zalı var. Voleybol, basketbol və futbol məşqləri Suraxanı rayonunun tam orta məktəblərinin idman zallarında keçirilir. Məktəbdə 30 məşqçi-müəllim çalışır ki, onlardan 14-ü əsas işçi, 16-sı isə orta məktəblərdə çalışan fiziki tərbiyə müəllimləridir. UGİM-də çalışan məşqçi-müəllimlərin əksəriyyəti idman ustaları, beynəlxalq yarışlarda uğurlu nəticələr əldə etmiş idmançılardır. Onların əməyi sayəsində məktəbin idmançıları respublika birinciliklərində və Bakı şəhəri üzrə keçirilən çempionatlarda iştirak edirlər və layiqli yerlər qazanırlar. Bunlardan voleybol və stolüstü tennis bölməsinin nəticələrini xüsusi qeyd etmək olar. Uşaq Gənclər İdman Məktəbinin əsas məqsədi fiziki cəhətdən hərtərəfli inkişaf etmiş mənəvi keyfiyyətli idmançılar hazırlamaq, ayrı-ayrı idman növləri üzrə ixtisaslı idmançılar yetişdirmək və idman hakimləri hazırlamaqdır. Hazırda məktəbdə 710 şagird məşğuldur, onlardan 247-si qızdır. İdman və bədən tərbiyəsi Suraxanı gənclərinin sevimli məşğələsidir. 1952-ci ildə tikilmiş 6000 nəfərlik stadionda, "Neftçi" idman sağlamlıq mərkəzində, müxtəlif idman qurğularında hər gün yüzlərlə gənc idmançı idmanın müxtəlif növləri ilə məşğul olur.
Suraxanı rayonunda son 9 ayın yekunları ilə bağlı keçirilən tədbirdə rayonun sosial-iqtisadi vəziyyəti, görülən və görüləcək işlər müzakirə edilib. Qeyd edilənə görə, rayonda abadlıq-quruculuq işlərinin sürətlənməsi, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşması iqtisadi, sosial və mədəni sahələrdə yeni uğurların qazanılmasına şərait yaradıb.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Birinci Avropa Oyunları yığma komandamız, o cümlədən Suraxanı idmançıları üçün çox uğurlu olub, karate idman növü üzrə Ayxan Mamayev qızıl medal, sambo üzrə Vasif Səfərbəyov gümüş medal, qılıncoynatma üzrə Sevil və Sevinc Bunyatova bacıları 1 gümüş və 1 bürünc medal qazanıblar. O da bildirilib ki, Birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması tədbirinə hazırlıqla əlaqədar hesabat dövründə icra hakimiyyətinin təşkilatçılığı ilə rayonun idarə və müəssisələri tərəfindən Səttar Bəhlulzadə, İlqar Məmmədov, Şahin Məhərrəmov, Oqtay Əliyev və Xanlar Ələkbərov küçələrində yaşayış və qeyri-yaşayış obyektlərinin fasadları və hasarları yenidən qurulub, təmir olunaraq rənglənib, aqlay daşları ilə üzlənib, qaz, elektrik, telefon və digər yerüstü kommunikasiya xətləri yerin altına salınıb. Qısa dövr ərzində Əmircan qəsəbəsindəki Tofiq Bayram parkı əsaslı təmir olunaraq yenidən qurulub, Bülbülə qəsəbəsindəki 24 saylı poliklinikanın qarşısında yeni park salınıb, rayonun Səttar Bəhlulzadə, İlqar Məmmədov və Xanlar Ələkbərov küçələrində ümumilikdə 12 min kv.m. yaşıllıq salınıb. Səttar Bəhlulzadə və Oqtay Əliyev küçələrində 27,7 min kv.m. sahəyə asfalt vurulub, 5042 metr bardür düzülüb, 3252 kv.m. səki asfaltlanıb, 2826 metr səkiyə bardür düzülüb, küçələrin işıqlandırılması üçün 2707 metr elektrik kabeli çəkilib, işıq dirəkləri və çilçıraqlar quraşdırılıb. Bundan əlavə, 5,1 min kv.m. aqlay daşından üzlük işləri, 3,4 min kv.m. hörgü və 10,7 min kv.m. suvaq işləri görülüb, 2,3 min kv.m. tamet döşənib, 42,1 min kv.m. sahə rənglənib, 629 kv.m. yeni dam örtükləri quraşdırılıb və digər abadlıq işləri görülüb. Məlumata görə, 9 ay ərzində Suraxanı rayonunda sənaye məhsulunun istehsalı 198,1 milyon manat, tikinti-quraşdırma işləri 34,2 milyon manat, nəqliyyat xidmətləri 3,8 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 30,2 milyon manat, kənd təsərrüfatı 2,2 milyon manat, pərakəndə ticarət dövriyyəsi 238,8 milyon manat, orta aylıq əməkhaqqı 546,4 manat təşkil edib, əhaliyə 184,3 milyon manat məbləğində pullu xidmətlər göstərilib, daimi olmaqla 2355 yeni iş yeri açılıb. "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Suraxanı rayonu üzrə 54 tədbir nəzərdə tutulub, onların 4-ü icra olunub, 20-nin icrasına başlanıb, başa çatdırılan və başlanan tədbirlər proqramın 44,5 faizini təşkil edib.
Rayon təsərrüfatının növbəti payız-qış mövsümünə hazırlığını yüksək səviyyədə təmin etmək məqsədilə Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə müvafiq qərargah yaradılıb, həyata keçiriləcək tədbirlər planı təsdiq edilib. Hazırlıqla əlaqədar hazırda təmir işləri davam etdirilir, məhəllədaxili və binaların zirzəmilərində aşağıpaylayıcı istilik xətləri dəyişdirilir, məhəllədaxili və binadaxili istilik sistemləri yenidən qurulub.
Suraxanı rayonu qışa hazır vəziyyətdə daxil oldu. Hazırda qış fəslinin ilk ayını yaşayırıq, sakinlər bildirir ki, istilik də var, su da, qaz da, yol və nəqliyyat sarıdan da çətinlikləri yoxdur. Yolunuz açıq olsun!
İradə SARIYEVA
Yazı Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ