çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Dünyanı silkələyən 1 milyon barrel: Neft 20 dollara da düşə bilər

Image


2015-ci ilin başa çatmasına saylı günlər qalır. Sözsüz, dünya çox ağır bir il yaşadı. Olduqca mürəkkəb geosiyasi və geoiqtisadi proseslər müşahidə olundu, dünya güclərinin nüfuz savaşı kifayət qədər sərt şəkil aldı...

Mənzərə tam çılpaqlığı ilə göz önündə olduğundan ilin yekunları barədə danışmaq, müəyyən dəyərləndirmələr aparmaq o qədər də çətin deyil. Lakin bununla belə, müşahidə etdiyimiz proseslərin haradan və nədən qaynaqlandığını oxuculara daha aydın şəkildə izah etmək zərurətindən çıxış edərək 2015-ci ilin "üzərində” müəyyən gəzişmələr aparıb hadisələrin mahiyyətini bir qədər qabarıq şəkildə ortaya qoymaq niyyətindəyik.

***

Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşmasının iqtisadiyyatla heç bir bağlılığı olmadığını və bunun mahiyyət etubarı ilə siyasi çalarlara söykəndiyini ötən yazılarımızda dəfələrlə qeyd etmişik. Lakin görünən budur ki, bəzi iqtisadçılar hələ də məsələnin kökünü dərindən araşdırmadan hadisələrə birtərəfli yanaşır, primitiv mülahizələrə üstünlük verir və bəzi hallarda bir qədər də irəli gedərək, neftin qiymətində baş verən dəyişikliklərdən dolayı gəlirlərimizin azalmasını Azərbaycan hökumətinin məsuliyyəti kimi təqdim etməyə çalışırlar. Belə gülünc iddialar şübhəsiz ki, siyasi maraqlardan və qərəzli münasibətdən irəli gəlir və bu cür düşüncə tərzinin daşıyıcılarından obyektiv təhlil və qiymətləndirmə gözləmək yersizdir...

***

Dünyanı yenidən bölüşdürmək uğrunda 2011-ci ildən başlayan və getdikcə daha da şiddətlənən savaş hazırda özünün kulminasiya nöqtəsinə yaxınlaşıb və bu da təkcə hansısa region üçün deyil, bütövlükdə bəşəriyyət üçün böyük bir fəlakət vəd edir. Dünyanın hansı ağır mərhələyə qədəm qoyduğunu görmək üçün bu gün ABŞ-ın dirijorluğu ilə idarə olunan oyunların gedişatını sadəcə kənardan izləmək də kifayətdir. Əslində bu oyunların təməli çoxdan - Sovetlər Birliyinin çökdürülməsi əməliyyatları ilə qoyulub. Dünyada iki nəhəng gücdən birinə çevrilmiş Sovetlər Birliyinin gec-tez çökdürülməsi ABŞ xarici siyasətinin ana xəttini təşkil edirdi. İllərlə bu məsələnin həllinin "səmərəli” yolları axtarıldı və nəticədə neft amilindən istifadə etmək variantına üstünlük verildi. Sovetlər Birliyinin iqtisadiyyatını və maliyyə sistemini çökdürmək üçün dövləti ilk növbədə möhkəm valyuta gəlirlərindən məhrum etmək lazım idi. Bu məqsədlə ABŞ əvvəlcə Avropa ölkələrinin SSRİ-dən aldığı qazın həcminə onların tələbatının 30%-ni keçməyən kvotanın qoyulmasına, bunun ardınca Səudiyyə Ərəbistanı vasitəsilə neftin hasilatını artırmaq yolu ilə onun qiymətlərini kəskin şəkildə aşağı salınmasına nail oldu. ABŞ-ın xüsusi xidmət orqanları bankları və başqa özəl qurumları Sovetlər Birliyi ilə əməkdaşlığa son qoymağa, bu ölkədə hər hansı sahəyə subsidiyaların və kreditlərin verilməsini dayandırmağa səslədi. Maliyyə qurumları arasında belə təbliğat aparılırdı ki, SSRİ-i kreditləri geri qaytarmaq imkanlarını itirir və bu dövlətin valyuta gəlirləri kritik azalır. Həmin dövrdə SSRİ-nin valyuta gəlirlərinin 80%-i neft və qaz, silah və qızıl satışından əldə olunurdu. Təkcə neft və qaz satışından daxil olan valyuta ümumi valyuta gəlirlərinin 66%-ni təşkil edirdi. O dövrdə neftin qiymətlərinin bir dollar aşağı düşməsi Sovetlər Birliyinin 1 milyard dollara qədər gəlirdən məhrum edilməsi demək idi. Bundan başqa, Amerika SSRİ-ni mənasız bir müharibəyə də sürükləyə bildi. "Beynəlmiləlçilik borcu” adı altına Əfqanıstana girən Sovet İttifaqı bu müharibədə milyardlarla dollar itirdi. Bu reallıqları dəqiq hesablayan Vaşinqton SSRİ-yə qarşı hazırladığı planı reallaşdırmağa müvəffəq oldu, nəticədə nəhəng siyasi və iqtisadi sistem darmadağın edildi. Bu, əslində planın birinci mərhələsi idi.

***

ABŞ dünyaya ağalıq etmək və tək hökmranlığı təmin etmək kimi bəşəriyyət üçün təhlükəli bir planın icrası istiqamətində addımlarını davam etdirir və indi bütün dünya bu planın ikinci mərhələsinin ağır məziyyətlərini hiss etməkdədir. Gəlin əvvəlcə hadisələrin ardıcıllığına baxaq. Sovetlər Birliyi məlum yolla çökdürülür, ardınca Yuqoslaviya dağıdılır... "Ərəb baharı” adı altında yaxın şərqdə inqilablara start verilir... Rusiya isə Qərbin başının bu işlərə qarışdığı dönəmdə yaranmış fürsətdən məharətlə istifadə edir - neftin yüksək qiymətlərinin dünya bazarlarında tüğyan etdiyi bir dövrdə hərbi qüdrətini əsaslı şəkildə artırır. Ancaq bu, ABŞ-ın baş planını dəyişdirmir. SSRİ-nin çökdürülməsində yararlı olmuş vasitələrdən bu dəfə Rusiyaya qarşı istifadə edilir. Lakin bu dəfə daha geniş masştabda... Yeni ssenaridə Rusiyanın çökdürülməsi təkcə neftin qiymətlərinin kəskin şəkildə aşağı salınması və bununla onu mühüm valyuta gəlirlərindən məhrum edilməsi yolu əsas xətt kimi nəzərdə tutulmur. Rusiya ciddi xərclər tələb edən və SSRİ ilə müqayisədə daha çox münaqişələrə cəlb edilməklə zəiflədilir. Baxın, nə baş verir? İqtisadiyyatı acınacaqlı vəziyyətdə olan Rusiya Krımın və şərqi Ukraynanın problemlərinin həllinə və şərqi Ukraynada aparılan hərbi əməliyyatlara böyük məbləğdə vəsait xərcləmək zorundadır. Digər tərəfdən, onun Suriyaya hərbi müdaxiləsi ciddi xərclərlə müşayət olunur. Ardınca Türkiyə ilə münasibətlər kəskinləşir və bu ölkə ilə bütün siyasi və iqtisadi əlaqələr kəsilir. Türküyənin İraqın ikinci şəhəri Mosula qoşun yeritməsinə də Rusiya biganə qalmayıb. Aydındır ki, Rusiya üçün bir cəbhə də burada açılır. Çünki İraqda Rusiyanın həm də iqtisadi maraqları var. Rusiya şirkətləri İraqda neft hasilatı sahəsinə ciddi yatırımlar edirlər. Və nəhayət bütün bu olayların yaşandığı bir dönəmdə neftin bir barrelinin qiyməti onsuz da ürəkaçan olmayan məzənnədən - 50 dollardan 38 dollara enir. Bu isə Rusiya üçün nəfəsliyin bir qədər də daralması deməkdir...

***

Əslində ABŞ neftin qiymətini bir neçə gün ərzində 20 dollardan da aşağı sala bilər. Bunun üçün yetər ki, o yenə də öz müttəfiqi Səudiyyə Ərəbistanından hasilatı bir qədər də artırmağı "xahiş etsin”, ya da prezident Obama ABŞ-dan neft ixracına qadağanı götürsün. Burada bir məqamə xüsusilə qeyd etmək lazımdır ki, həqiqət hər kəsə tam şəkildə aydın olsun: Neftin qiymətlərinin bu şəkildə aşağı düşməsinin səbəbi bu gün bazarın tələbatından artıq olan bir milyon barrel hasilatdır. Bazarın tələbatından bu qədər artıq olan neftin gündəlik hasilatının yuxarıda göstərdiyimiz hər hansı bir yolla əlavə olaraq 0,5 – 1,0 milyon barel artırılması isə onun qiymətlərini ABŞ-ın nəzərdə tutduğu həddə qədər endirəcəkdir. İran neftinə Qərbin yaşıl işıq yandırması da elə bu məqsədi reallaşdırmağa hesablanıb.

***

Göründüyü kimi, neftin qiyməti ətrafında əslində siyasi oyunlar gedir. Bəli, bu oyunların nəticəsi olaraq Azərbaycan da ötən illərdə neftin qiymətlərinin yüksək olması hesabına əldə etdiyi mənfəətin bir qismindən məhrum olacaq. Lakin bunu heç kim faciəyə çevirməsin. Bu gün əsl faciəni yaşayanlar ərəblərdir. Öz ölkələrindən rezin qayıqlarla qaçmaq istəyən, vətənlərini viran qoymuş ölkələrdən sığınacaq uman, sərhəd keçid məntəqələrində təhqir olunan, qayıqları batırılan və nəhayət qan gölündə boğulan ərəblərin halını, gününü görüb necə deyə bilərik ki, gəlirlərimizin azalması əsl faciədir? Dünyanın az qala yarısının yeməyə çörək tapmadığı, müsəlman ölkələrinin yerlə yeksan edildiyi bir dönəmdə biz firavan həyatımıza görə niyə şükr etməyək? Dünyanın başının üzərini qara buludlar aldığı bir vaxtda biz gəlirlərimizin azalmasını necə özümüzə dərd edə bilərik? Dəfələrlə demişik, bir daha təkrar edirik: Neftin qiymətlərinin aşağı düşməsi faktını əlində "bayraq” edib, "sosial gərginlik artacaq”, "əmək haqlarında və pensiya ödənişlərində gecikmələr baş verəcək” və s. kimi çağrışlarla insanları çaşdıranlar zəhmət çəkib Azərbaycanın 2016-cı il dövlət büdcəsinin gəlirlərinin və xərclərinin strukturuna bir də baxsınlar. Büdcənin mədaxili neft gəlirləri nəzərə alınmasa belə sosial xərcləri artıqlaması ilə maliyyələşdirməyə yetirsə, bu hay-küy kimə lazımdır? Və nəhayət, bu gün dünyada gedən çirkin siyasi oyunlar şəraitində Azərbaycandakı ictimai-siyasi və sosial-iqtisadi sabitliyi vətəndaş olan hər kəs dəyərləndirməyə borcludur.

Fikrət Yusifov

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,

İqtisad elmləri doktoru, professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ