çərşənbə axşamı günü, 27 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
Tarix: 12.12.2015 / 01:01
Bölmə: İqtisadiyyat
Bakının günü-gündən abadlaşan yaşayış rayonları sırasında Nizami rayonunun ayrıca yeri var. Bir neçə il Bakının Nizami rayonunda yaşamışam və rahatlığına, təmizliyinə, səliqə-sahmanına, sakinlərinin mehribanlığına görə bu rayonu çox sevmişəm. İndi də tez-tez Nizami rayonuna, onun mərkəzi sayılan "Neftçilər" metro stansiyası yaxınlığına yolum tez-tez düşür.
İntensiv getdiyim məkanlardan biri də Bakı Şəhər Nizami Rayonu Uşaq-Gənclər Yaradıcılıq Mərkəzidir.
Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə gələn uşaqların sayı həddindən artıq çoxdur. Buradakı vəziyyət, Mərkəzin yüksək səviyyədə qurulması, müəllimlərin peşəkarlığı uşaqları buraya cəlb edir. Onu da qeyd edim ki, Yaradıcılıq Mərkəzinə qonşu rayonlardan da şagirdlər, hətta bağça uşaqları gəlir.
Mərkəzdə olarkən öyrəndim ki, burada rəsm, milli rəqs, bədii qiraət, mahnı teatrı, bədii naxış, təbiətsevənlər, gənc fototurist, bədii gimnastika, şahmat, fiziki hazırlıq, çoxbilənlər, uşaq sirk studiyası, vokal, dram, bal rəqsləri, xalçaçılıq, qobelen, muğamsevərlər, qarmonçalanlar, nağaraçalanlar, sazçalanlar, tarçalanlar, xalq çalğı alətləri ansamblı, bacarıqlı əllər, müasir rəqs, gənc dizayner, gənc proqramçı, "Çiçəyim" uşaq teatrı, ingilis dili, xor tədris olunur. Uşaqlar böyük maraqla bu Mərkəzə gəlir və burada çox sevdikləri sahəni öyrənirlər.
Aydın olduğu kimi, Mərkəzin başlıca vəzifəsi uşaqların dünyagörüşünün formalaşdırılması, məlumat dairəsinin genişləndirilməsi, asudə vaxtının səmərəli və maraqlı təşkili, istedad və qabiliyyətinin üzə çıxarılması, gənc nəsli respublikanın layiqli vətəndaşı kimi müstəqil həyata hazırlamaqdır. Mərkəzdə 3 şöbə - metodiki, kütləvi işlər və bədii yaradıcılıq şöbələri üç istiqamətdə iş aparır: dərnəklərlə, rayon ümumtəhsil məktəbləri, Uşaq Birliyi təşkilat rəhbərləri ilə iş və mədəni-kütləvi işlər.
Yaradıcılıq Mərkəzi Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman aparatı və müxtəlif hökumət və qeyri-hökumət təşkilatları ilə əlaqəli işləyir. Məktəbdənkənar tərbiyə müəssisəsi olan Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi 1974-cü ildən fəaliyyət göstərir. Təhsil Nazirliyinin tabeliyində olan Mərkəzdə 2000-ə yaxın uşaq, yeniyetmə və gənc aşağıda adları qeyd olunan 30 adda müxtəlif dərnəklərdə öz asudə vaxtlarını səmərəli və faydalı keçirir.
Böyük Azərbaycan mütəfəkkiri, dahi şair Nizami Gəncəvinin adını daşıyan rayon 1980-cı ilin noyabr ayında yaradılıb. Bildiyimiz kimi, rayonun ərazisi 19,6 kv. km-dir.
Bakının qədim yaşayış məntəqələrindən sayılan Keşlə qəsəbəsi rayonun inzibati ərazi bölgüsünə daxildir. Qəsəbənin ərazisi 10,4 kv. km-dir. Qəsəbədə Rayon İcra Hakimiyyətinin Keşlə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi fəaliyyət göstərir.
Bakı şəhəri Nizami rayon inzibati ərazi vahidi tərkibindəki Nizami rayonu ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində Nizami Rayon İcra Hakimiyyətinin 1, 2 və 3 nömrəli sahə inzibati ərazi dairələri yaradılıb və bu sahə inzibati ərazi dairələrində Rayon İcra Hakimiyyətinin nümayəndəlikləri fəaliyyət göstərir.
1 nömrəli sahə inzibati ərazi dairəsinin sahəsi 2,36 kv. km, 2 nömrəli sahə inzibati ərazi dairəsinin sahəsi 2,44 kv. km, 3 nömrəli sahə inzibati ərazi dairəsinin sahəsi isə 4,4 kv. km-dir. Rayonda yerli özünüidarəetməni Nizami və Keşlə bələdiyyələri həyata keçirir.
Nizami rayonu Nərimanov, Sabunçu, Suraxanı və Xətai rayonlarının inzibati əraziləri ilə əhatə olunur. Heydər Əliyev, Qara Qarayev və Babək prospektləri, son illərdə yeni inşa olunmuş müasir yolötürücü kompleksləri ilə yanaşı, "Koroğlu", "Qara Qarayev", "Neftçilər" və "Xalqlar dostluğu" metro stansiyaları Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunda xüsusi əhəmiyyətə malikdir.
Sənayenin müxtəlif sahələrini özündə birləşdirən Nizami rayonunda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, Elektron Hesablama Maşınları Zavodu, Peyk Zavodu, "NJT-2000" firması, "Bakı Şərab-1" ASC, "Azərtunelmetrotikinti" SC-nin Dəmir-beton Konstruksiyaları Zavodu, "Körpü Tunel" ASC, "Bakı Diyircəkli Yastıq" ASC, "European-Tobacco Baku" ASC, "Bakı Yağ-Qida Sənaye" ASC, "Veysəloğlu" MMC, "Kaspi-Yıldız" MMC kimi müəssisələr, 18 bank filialı, Nizami Telefon Qovşağı, 7 rabitə şöbəsi, iri ticarət və iaşə mərkəzləri fəaliyyət göstərir. Bildirək ki, rayonda 22 orta ümumtəhsil məktəbi, "Zəngi" liseyi, Kimya-biologiya təmayüllü respublika liseyi, "Dədə Qorqud" özəl türk liseyi, Uşaq-Gənclər və Texniki yaradıcılıq mərkəzləri, 20 uşaq bağçası, 1 uşaq evi, Kar uşaqlar üçün 2 respublika internat məktəbi, 2 peşə liseyi, 1 peşə məktəbi, 2 kollec və özəl ali təhsil ocağı olan "Xəzər" universiteti yerləşir. Rayon ərazisində 9 xəstəxana, 13 ambulator poliklinika fəaliyyət göstərir.
6 stadion, 8 idman-sağlamlıq kompleksi, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi əhalinin, xüsusilə də gənclərin sağlam həyat tərzinin təminatına xidmət edir. Paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə vaxtilə mövcud olmuş sənaye müəssisələrinin köçürülməsi nəticəsində boşaldılmış ərazilərdə yeni yaşayış massivləri, mərkəzi icra hakimiyyəti orqanlarının müasir inzibati binaları, olimpiya idman kompleksləri inşa olunur, abadlıq-quruculuq işləri aparılır. Bakı şəhərinin perspektiv inkişafı ilə bağlı həyata keçirilən irimiqyaslı və məqsədyönlü tədbirlər Nizami rayonunun da simasını dəyişir, onun abad və müasir rayon kimi daha da gözəlləşməsinə böyük imkanlar yaradır.
Qeyd edim ki, Nizami rayonunda mütəmadi olaraq təmir-tikinti işləri aparılır, burada abadlığa xüsusi fikir verilir. Onu da da vurğulayım ki, Nizami Rayon İcra Hakimiyyəti tərəfindən tez-tez müharibə əlilləri və veteranları ilə görüşlər keçirilir, onların qayğısına qalınır. Belə tədbirlər orta məktəblərdə şagirdləri maarifləndirmək baxımından çox əhəmiyyətlidir. 12 saylı tam orta məktəbdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu ilə Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi "Devizimiz sağlam həyat tərzidir" adlı rayon tədbirinin bu baxımdan əhəmiyyəti böyükdür.
Nizami rayonunda 2015-ci ilin doqquz ayının sosial-iqtisadi göstəricilərinə nəzər saldıqda xeyli inkişafın şahidi olursan. Belə ki, 2015-ci ilin 9 ayı ərzində rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 346,9 milyon manat dəyərində məhsul istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5,1 faiz çoxdur. İstehsal olunmuş məhsulun 24,8 faizi qeyri-dövlət sektoruna aiddir. Sənayenin dövlət sektorunda 260,9 milyon manatlıq və ya ümumi istehsalın 75,2 faizi qədər məhsul istehsal edilmiş və xidmətlər göstərilib. Müəssisələr tərəfindən bazar münasibətlərinin düzgün qurulması nəticəsində 2015-ci ilin 9 ayında istehlakçılara 364,4 milyon manat dəyərində məhsul göndərilib. 2015-ci ilin 01 oktyabr tarixinə olan vəziyyətə görə müəssisələrin anbarlarında hazır məhsul qalığının həcmi 1,7 milyon manat olub. Cari ilin doqquz ayında rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 162,8 milyon manat həcmində investisiya yönəldilib. Dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 81,6 min manat (50,1 faiz), qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələr isə 81,2 milyon manat (49,9 faiz) sərmayə yönəltmişlər. Adambaşına düşən investisiyaların həcmi il ərzində 836,6 manat olub. Hesabat dövrü ərzində bütün maliyyə mənbələri hesabına 24,5 milyon manatlıq əsas fondlar istifadəyə verilib. 2015-ci ilin yanvar-sentyabr aylarında istifadə edilmiş investisiyaların 150,9 milyon manatı və ya 92,7 faizi tikinti-quraşdırma işlərinə sərf edilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 6,1 faiz çoxdur.
Cari ilin 9 ayında pərakəndə ticarət dövriyyəsinin həcmi 0,2 faiz artaraq 1450,0 milyon manat olub. Ümumi ticarət dövriyyəsinin 16,9 faizi ticarət fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin, 22,7 faizi fiziki şəxslərin, 60,4 faizi yarmarka və kənd təsərrüfatı məhsulları bazarlarının payına düşür. İlin əvvəlindən özəl müəssisələrin fəaliyyət dairəsi daha çox genişlənmiş və rayon əhalisinin ərzaq və qeyri-ərzaq mallara olan tələbatının ödənilməsində onlar müstəsna rol oynamışlar. Pərakəndə ticarət dövriyyəsinin, demək olar ki, 100,0 faizi onlar tərəfindən aparılıb. Hesabat dövründə iaşə müəssisələrində 37,2 milyon manatlıq xidmət göstərilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 8,5 faiz çoxdur. 2015-ci ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi 180,8 milyon manat olub. Pullu xidmətlərin 72,8 milyon manatı və ya 40,3 faizi hüquqi şəxslərin, 108 milyon manatı və ya 59,7 faizi fiziki şəxslərin fəaliyyəti hesabına yaranıb. Hesabat dövründə məişət obyektlərində 29,3 milyon manatlıq müxtəlif xidmətlər göstərilib ki, bu da əhaliyə göstərilən pullu xidmətlərin 16,2 faizini təşkil edib. 2015-ci ilin 9 ayında rabitə sahəsində 244,2 milyon manat dəyərində xidmətlər göstərilib ki, bu da əvvəlki ilə nisbətən 38,0 faiz çox olub. Nəqliyyat sahəsində isə 84,7 milyon manat dəyərində və ya 29,3 faiz çox xidmət göstərilib. Hesabat dövründə Nizami rayonunda 1847 yeni iş yeri açılıb ki, ondan 307-si yeni açılmış, 210-u mövcud müəssisə və təşkilatlara, 1330-u isə fiziki şəxslərə aiddir. Ümumilikdə 2003-cü ildən bu günə kimi rayonda 28012-si daimi iş yeri olmaqla 28109 yeni iş yeri açılıb. Cari ilin yanvar-avqust aylarında orta aylıq əməkhaqqı ötən illə müqayisədə 7,3% artaraq 528,3 manat təşkil edib. Ayrı-ayrı sahələr üzrə-sənaye sahəsində-11,0 faiz, informasiya və rabitə sahəsində-11,2 faiz, maliyyə sahəsində-14,0 faiz, tikinti sahəsində-21,9 faiz, dövlət idarə edilməsi və müdafiə sahəsində-7,7 faiz, təhsil sahəsində-0,8 faiz, səhiyyə sahəsində-3,9 faiz, istirahət, əyləncə, incəsənət sahəsində- 3,7 faiz, inzibati və yardımçı xidmətlərin göstərilməsi üzrə isə 28,6 faiz artıb.
Nizami rayonunun sosial-iqtisadi inkişaf dinamikasını biz rəqəmlərdə gördük. Bu inkişafı rayon sakinləri təqdir edir və onlar hesab edir ki, yeni iş yerlərinin açılması rayon sakinlərinin işlə təmin olunması deməkdir. "Neftçilər" metro stansiyası ətrafında aparılan abadlıq və yenidənqurma işləri hələ də davam etdirilir.
Yeni obyektlər inşa edilir. Bu da rayon sakinləri arasında işsizliyin aradan qalxmasına şərait yaradır. Nizami rayonu günü-gündən inkişaf edir və bu inkişafı hər birimiz alqışlayırıq. Çünki inkişaf olan yerdə xoşbəxtlik var.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Nizami Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi müsabiqəyə təqdim etmək üçündür.
DİGƏR XƏBƏRLƏR
Tarix: 26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi
- maraqlı səbəblərdən danışılır...
Tarix: 26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək?
- AÇIQLANDI...
Tarix: 23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
Tarix: 23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
Tarix: 23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
Tarix: 23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi
20 DƏFƏ ARTIRILIR...
Tarix: 21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu -
"tranzitlərin rekordu"...
Tarix: 21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...
Tarix: 21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər
- Aİ-dən TƏKLİF...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur
- qərar verildi…
26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub
- FOTO
26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi
- FOTO
26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi
- maraqlı səbəblərdən danışılır...
26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...
26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...
26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...
26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...
26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur
26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır
- Bu insanlara nə olub?
26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...
26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...
26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir
- Niyə?...
26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...
26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir
26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür
26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
- FOTO
26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...
26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır
26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi
- Əli Əsədov qərar imzaladı...
26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi...
İnanaq?
26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu
26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...
26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...
26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"
26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır"
- Prezidentin köməkçisi
26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"
26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir"
- Hikmət Hacıyev
26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"
26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir"
- Hikmət Hacıyev
26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"
26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb"
- Hikmət Hacıyev
26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB
- İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...
26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi
- son nöqtəni qoymağa hazırıq...
26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı...
114 vəzifəli həbs olundu...
26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...
26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir"
- Ceyhun Bayramov
26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi
26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
- FOTO
26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri
26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi
- FOTO
26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək
26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi
26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı
- əsaslandırılmış sənəd gətir…
26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi
- FOTO
26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…
26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı
- təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…
26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi
- FOTO
26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?...
AMİP iddialara cavab verdi
26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək?
- AÇIQLANDI...
26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi
– onlar yalan danışırlar…
26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi
26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu
- öz ölkənizin problemləri ilə məşğul olun...
26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...
26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib
26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...
26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…
26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi
- VİDEO
26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi
26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə...
Kimlərə nə qədər ödənilir?
26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı
- Vaşinqton narahatdır...
25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...
25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü...
- VİDEO
25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi
25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...
25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür
- AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...
25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi
25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı
25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi
- "kəpənək adamların" xatirinə...
25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu
25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...
25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi
- anası yaralandı...
25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...
25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər”
- Mask Ukraynanı günahlandırdı...
25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...
25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri -
analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ