çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

“Bank of Amerika” bizə nəyi öyrətmək istəyir?

Image


Manatın məzənnəsi ilə bağlı bu ilin dekabr ayının 1-də səsləndirdiyimiz fikirlərdən dərhal sonra - dekabr ayının 2-də bu mövzu mətbuat səhifələrində yenidən gündəmə gətirildi. Biz dekabrın 1-də mətbuata verdiyimiz müsahibədə, "Manata qəbir qazanların indi səsi çıxmır” kimi fikirlər səsləndirmişdik.

Bu fikirləri səsləndirməyə də tam əsasımız var idi. Çünkü bu ilin noyabr ayının 1-də keçirilən parlament seçkilərindən hələ bir neçə ay öncə bəzi ekspertlər, "Parlament seçkilərindən dərhal sonra manat kəskin devalvasiyaya uğrayacaq”, "Hökumət manatı seçkilərə qədər saxlamaq üçün əlindən gələni etsə də seçkilərdən sonra vəziyyəti nizamlamaq çətin olacaq” və s kimi yersiz fikirlər dilə gətirirdilər. Lakin manatın məzənnəsində hər hansı dəyişiklik baş vermədi və həmişəki kimi "qorxulu proqnozlar” səsləndirənlər bu dəfə də pis vəsiyyətə düşdülər.

Sonra nə baş verdi? Həmin o ekspertlər manatın məzənnəsinə yeni və daha "mötəbər” baxış meydana atdılar. Bu dəfə onlar "Bank of Amerika”nın manatla bağlı "gözləntiləri”ndən yararlanmaq istədilər. "Bank of Amerika”nın mütəxəssisləri deyir ki, Azərbaycan manatı ya yenidən kəskin devalvasiyaya uğramalı, ya da Mərkəzi Bank onu dərhal üzən məzənnəyə keçirməlidir. "Seçkilərdən dərhal sonra manat kəskin devalvasiyaya uğrayacaq” deyənlər "Bank of Amerika”dan verilən bu açıqlamaya söykənərək belə fikirlərə keçdilər: "Bizə inanmırsınız inanmayın, ancaq "Bank of Amerika” kimi nüfuzlu bir maliyyə mərkəzinin rəyi ilə mütləq razılaşmalısınız. Çünki bu bankın rəyi ilə hamı hesablaşır”...

İndi gəlin bu nüfuzlu bankın ortaya atdığı mülahizəyə diqqət edək. Öncə onu qeyd etmək yerinə düşər ki, "Bank of Amerika” verdiyi rəylə heç də Amerikanı yenidən kəşf etməyib. Hər kəsə bəllidir ki, liberal iqtisadi prinsiplər bütün sivil ölkələrdə olduğu kimi, bizdə də milli valyutamızın – manatın üzən məzənnəyə keçməsini zəruri edir. Lakin biz bu addımı münbit şəraitinin tam formalaşdırıldığına əmin olduqdan sonra ata bilərik. Yəni milli valyutanı birdən-birə sırf texniki qaydada üzən məzənnəyə keçirmək olmaz. Azərbaycan hökuməti də onun Mərkəzi Bankı da çox gözəl bilir ki, neftin dünya bazarlarındakı qiymətinin səviyyəsi və qonşu dövlətlərin milli valyutalarının durumu manatın məzənnəsinə təsirsiz ola bilməz.

Odur ki, Azərbaycan hökuməti və Mərkəzi Bank manatın məzənnəsi ilə bağlı məsələnin ciddiliyini nəzərə alaraq onun bu proseslərə tam hazırlanması üçün zəruri olan bütün addımları atır. Bəli, bu addımlar hökumətə heç də ucuz başa gəlmir. Lakin hökumət burada yalnız ölkənin maliyyə mənafeyini düşünmür. Hökumət eyni zamanda manatın məzənnəsində baş verə biləcək dəyişikliyin vətəndaşlarımızın maddi durumuna, bütövlükdə iqtisadiyyata və özəl sektora ciddi təsirini lokallaşdırmağın yolları üzərində işləyir və bu səbəbdən də məsələyə həssalıqla yanaşmağa üstünlük verir.

"Bank of Amerika”da heç kim düşünmür ki, Azərbaycan kimi bir ölkədə milli valyutanı birdən-birə üzən məzənnəyə keçirməyin nə kimi fəsadları ola bilər. Onlar "Böyüklər və güclülər hər kəsdən ağıllı olurlar” prinsipinə söykənərək belə fikirləri ortaya atırlar. Bu prinsipə söykənənlər 2011-ci ildə yaxın şərqdə başladıqları "demokratiya oyunları”nın hansı fəsadlar verə biləcəyini də əvvəlcədən "görə bilmədilər”... Bəs gəlin görək bu böyüklər və ağıllılar özləri necə, dünya iqtisadi məkanında baş verənlərdən dolayı yaranan çətinliklərə sinə gərə bilirlərmi?

Ümumiyyətlə, hesab edirik ki, bizə ağıl öyrədən "Bank of Amerika”nı hörmətli oxucularımız bir qədər yaxından tanımalıdırlar. Bəli, nəhəng bankdır. Ancaq hesab etmirik ki, bu onlara başqalarına ağıl öyrətmək səlahiyyətləri də verir. Xüsusilə də o halda ki, bankın fəaliyyətində bir qayda olaraq qanun pozuntuları ilə müşayət olunan kifayət qədər ciddi məqamlar yer alır. Bu bank 2007-2008- ci illərdə ipoteka olayları kimi məhşurlaşmış və bütün dünyanı bürümüş maliyyə böhranın banisi hesab olunur. Bu bank həmin dövrdə ciddi pozuntularla müşayət olunan ipoteka obliqasiyaları ilə bağlı əməliyyatlar həyata keçirib. Görün bu qədər nəhəng və nüfuzlu bank hansı əməllərin altından imza atmağı özünə rəva görüb? Həmin dövrdə bankın rəhbərliyi öz əməkdaşlarına kredit götürmüş minlərlə müştərini aldatmagı tapşırmış və bu işi uğurla gördüklərinə görə həmin əməkdaşlara hər ay 500 dollar "əlavə mükafat” ödəmişdi.

Müştəriləri belə "uğurla” aldadan bank nəticə etibarilə sonda minlərlə insanın mənzillərinin əlindən alınmasına nail olmuşdu. Elə bu səbəbdən də "Bank of Amerika” 2007-2008-ci illərin maliyyə böhranı dövründə ipoteka kağızları ilə aparılan əməliyyatlar zamanı yol verdiyi qanun pozuntularına görə işin məhkəməyə verilməməsi üçün keçən ilin avqustunda ABŞ-ın Ədliyyə Nazirliyi ilə 16,65 milyard dollar təzminat ödəmək haqqında razılıq əldə etmişdi. Bu vəsaitin 9,65 milyard dolları ABŞ-ın Federal hökumətinə, 7,0 milyard dolları isə kredit götürənlərin borc yükünün yüngülləşdirilməsinə sərf olunmuşdu. Belə epizodların sayını artırmaq da olar. Lakin buna lüzum duymuruq. Bu faktın özü çox mətləblərdən xəbər verir.

Fəaliyyətində ciddi qüsurlar olan maliyyə qurumları birinci dəfə deyil ki, Azərbaycan hökumətinə məsləhətlər verirlər və nə yazıq ki, onların mülahizələri bizim bəzi ekspertlərimizin dilində əzbərə çevrilir. Lakin bütün bu kimi çaşdırıcı açıqlama və istinadlar heç vaxt öz səmərəsini verməyib. Azərbaycanın öz iqtisadi inkişaf modeli var və bu modelə uyğun olaraq da milli valyutasının nə vaxt üzən məzənnəyə keçirilməsini hər kəsdən yaxşı bilir. Bizə ağıl öyrətmək lazım deyil. Ağıl öyrətməyə cəhd edən "Bank of Amerika” yaxşı olar ki, öz nüfuzunun bərpası və 2007-2008-ci il biabırçılığı nəticəsində itirdiyi etibarı bərpa etməklə məşğul olsun.

Fikrət Yusifov

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,

İqtisad elmləri doktoru, professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ