çərşənbə axşamı günü, 27 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
BOKT-ların taleyi Mərkəzi Bankın ümidinə qaldı
Tarix: 28.11.2015 / 01:50
Bölmə: İqtisadiyyat
Azərbaycanda kreditə olan tələbin ödənilməsində bank olmayan kredit təşkilatlarının (BOKT) da müəyyən rol oynadığı məlumdur. Xüsusən də həcmi az olan kreditlərin verilməsində onlar bazarda xeyli paya sahibdir. Amma son dövrlərdə bank olmayan kredit təşkilatları üçün müəyyən problemlərin yarandığı müşahidə olunur. Bunlardan biri maliyyə təminatı ilə bağlıdır.
Yeri gəlmişkən xatırladaq ki, BOKT-lar güzəştli kreditlər üçün Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət edib.
Məsələ burasındadır ki, Mərkəzi Bankın kreditlər üzrə faiz dərəcələrinin yuxarı həddinin təyin edilməsi ilə bağlı tövsiyəsindən sonra BOKT-larda ucuz resurslara kəskin ehtiyac yaranıb. Lakin Mərkəzi Bank tərəfindən BOKT-ların birbaşa kreditləşdirmə təcrübəsi yoxdur. Buna rəğmən, bank olmayan kredit təşkilatları illik 3 faizlik ucuz vəsait ayrılması üçün Mərkəzi Banka müraciət edib. Hazırda BOKT-un əsas maliyyə mənbələri yerli və xarici investorlar, məsələn, kommerisya banklarıdır. Bu kreditlər təşkilatlara baha başa gəlir, çünki bankların kreditləşmə mənbələrindən biri əhalinin əmanətləridir. Bank illik 10 faizlə əmanət cəlb edirsə, müvafiq olaraq, BOKT-a öz resurslarını daha yüksək faiz dərəcəsi ilə satır. Məhz bu səbəbdən maliyyə nöqteyi-nəzərindən Mərkəzi Bankın tövsiyələri bank olmayan kredit təşkilatlarının işini çətinləşdirir. Xatırladaq ki, Mərkəzi Bank banklara illik faiz dərəcələrinin istehlak təyinatlı kreditləri üzrə 29, biznes təyinatlı kreditlər üzrə 25 faizdən yuxarı olmamasını tövsiyə edib. Belə vəziyyət, banklardan fərqli olaraq, BOKT-lara mənfi təsir edir.
Bildirilir ki, əsasən mikrokreditlərin faiz dərəcəsinə "maksimum həddin" tətbiq edilməsi bank olmayan kredit təşkilatlarının tam gücləri ilə fəaliyyətlərinə mane olur. Azərbaycan Mikromaliyə Assosiasiyasının sədri Jalə Hacıyevanın bildirdiyinə görə, Mərkəzi Bank tərəfindən faiz dərəcələrinin aşağı salınması, faizlər üzrə "maksimum həddin" tətbiq edilməsi və məsuliyyətli kreditləşmənin aparılmasının tövsiyə edilməsi müsbət addımdır və maliyyə sektoru tərəfindən də tam dəstəklənir. Lakin bu addımlarla yanaşı, bank olmayan kredit təşkilatlarının manatla ucuz vəsaitə çıxışlarının da təmin edilməsi yaxşı olardı.
"Bugünkü bazar şərtləri nəzərə alındıqda mikrokreditdə 25% ilə işləmək bank olmayan kredit təşkilatlarına sərf etmir. Xüsusilə, 5000 manata qədər olan kreditlərdən gəlir əldə etmək mümkün deyil. Cəlb edilən vəsaitin maya dəyəri, əməliyyat və kreditin verilməsi xərcləri, eləcə də risqlərlə əlaqədar xərclər nəzərə alındıqda, mikrokrediti 25%-lə verib gəlir götürmək reallığa uyğun deyil. Mikrokreditlər digər biznes kreditlərindən xərclərinin daha yüksək olması ilə fərqlənir. Əksər hallarda mikrokredit 1000-5000 manat civarında olur və bu kreditlərin verilməsi üçün hər bir borcalan, onun biznes və ailə gəlirləri ayrıca qiymətləndirilməlidir. Buna görə bank olmayan kredit təşkilatları işçilər saxlayır. Ayrılan hər bir kreditə görə eyni xərclər çəkilir. 50 min manatı 1 müştəriyə kredit şəklində ayırmağın xərci ilə 50 min manatı 50 nəfərə ayırmağın xərci bir deyil".
Jalə Hacıyeva qeyd edir ki, vəziyyət bu cür davam edərsə, bank olmayan kredit təşkilatları işçilərinin ən azı 20-25%-ni ixtisar edə bilər. Amma çıxış yolu da mövcuddur: "Vəziyyətdən çıxış yolu manatla ucuz vəsaitə çıxışın təmin olunmasıdır. Mərkəzi Bank, banklara münasibətdə olduğu kimi, bank olmayan kredit təşkilatlarına da öz manat resurslarına çıxışı təmin edərsə, mikrokreditdə 25%-lə işləmək olar. Ucuz vəsaitin cəlb edilməsi bank olmayan kredit təşkilatlarına xərclərini bağlamağa və fəaliyyətlərini davam etdirməyə imkan verər". Jalə Hacıyeva əlavə edib ki, BOKT-ların sayı artıq 49-dan 47-yə düşüb:
"Strategiyalardan biri də çox kiçik BOKT-ların birləşməsi ola bilər. Lakin bu da vəziyyətdən tam çıxış yolu deyil və hazırkı vəziyyətdə çox çətin məsələdir".
Hələlik isə BOKT-lar baş bankdan kredit cəlbinə ehtiyacın olduğunu gündəmə gətirirsələr də, onların istəyi reallaşmayıb. Hesab edilir ki, Mərkəzi Bank prosesə müdaxilə etməsə, bir qisim bank olmayan kredit təşkilatları bağlana bilər. Nəzərə alaq ki, bank olmayan kredit təşkilatları mikro kreditlərin verilməsi ilə məşğuldur və əmanət cəlb etmir. Əmanət cəlb etmədən müxtəlif daxili və xarici mənbələrdən vəsaitlər cəlb edərək onun mikro kreditlər formasında vətəndaşlara təqdim edilməsi isə, yuxarıda qeyd olunduğu kimi, BOKT-lara artıq sərf etmir. Onların cəlb etdiyi vəsaitlərin bir qismi bahalı olduğundan, nisbətən aşağı faizlə təklif yüksək gəlir əldə etməyə imkan vermir. Yalnız baş bankın ucuz kreditləri bu təşkilatlara nisbətən daha ucuz vəsaitlər cəlb etməyə və faiz dərəcələrinin məhdudlaşdığı indiki halda mənfəətlərini qoruyub saxlamağa imkan verəcək. Əks halda, BOKT-ların bir hissəsi bağlanacaq. İqtisadçılar hesab edir ki, bank olmayan kredit təşkilatlarının bağlanması mikrokredit bazarında təkliflərin azalmasına gətirib çıxara bilər. Çünki belə təşkilatlar coğrafi baxımdan kifayət qədər geniş miqyasda, o cümlədən bölgələrdə fəaliyyət göstərir. Bu baxımdan da BOKT-ların bazardan çıxarılması arzuolunan deyil.
Tahir TAĞIYEV
DİGƏR XƏBƏRLƏR
Tarix: 26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi
- maraqlı səbəblərdən danışılır...
Tarix: 26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək?
- AÇIQLANDI...
Tarix: 23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
Tarix: 23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
Tarix: 23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
Tarix: 23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi
20 DƏFƏ ARTIRILIR...
Tarix: 21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu -
"tranzitlərin rekordu"...
Tarix: 21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...
Tarix: 21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər
- Aİ-dən TƏKLİF...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur
- qərar verildi…
26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub
- FOTO
26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi
- FOTO
26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi
- maraqlı səbəblərdən danışılır...
26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...
26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...
26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...
26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...
26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur
26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır
- Bu insanlara nə olub?
26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...
26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...
26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir
- Niyə?...
26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...
26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir
26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür
26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
- FOTO
26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...
26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır
26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi
- Əli Əsədov qərar imzaladı...
26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi...
İnanaq?
26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu
26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...
26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...
26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"
26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır"
- Prezidentin köməkçisi
26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"
26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir"
- Hikmət Hacıyev
26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"
26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir"
- Hikmət Hacıyev
26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"
26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb"
- Hikmət Hacıyev
26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB
- İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...
26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi
- son nöqtəni qoymağa hazırıq...
26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı...
114 vəzifəli həbs olundu...
26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...
26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir"
- Ceyhun Bayramov
26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi
26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
- FOTO
26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri
26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi
- FOTO
26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək
26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi
26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı
- əsaslandırılmış sənəd gətir…
26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi
- FOTO
26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…
26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı
- təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…
26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi
- FOTO
26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?...
AMİP iddialara cavab verdi
26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək?
- AÇIQLANDI...
26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi
– onlar yalan danışırlar…
26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi
26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu
- öz ölkənizin problemləri ilə məşğul olun...
26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...
26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib
26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...
26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…
26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi
- VİDEO
26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi
26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə...
Kimlərə nə qədər ödənilir?
26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı
- Vaşinqton narahatdır...
25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...
25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü...
- VİDEO
25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi
25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...
25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür
- AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...
25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi
25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı
25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi
- "kəpənək adamların" xatirinə...
25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu
25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...
25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi
- anası yaralandı...
25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...
25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər”
- Mask Ukraynanı günahlandırdı...
25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...
25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri -
analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ