çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Manat avronu "yeməyə" başlayır

Image


Dolların avro qarşısında bahalaşması və bu prosesin nə qədər davam edəcəyi hazırda maliyyə mərkəzlərini maraqlandıran ən aktual mövzuya çevrilib. Son bir neçə gündə isə avro dollar qarşısında dəyər itirməkdə davam edir. Hazırda 1 dollar 1.05 avroya bərabərdir. Bu, son 7 ayda ən aşağı səviyyə hesab edilir.
Beynəlxalq bazarda dolların güclənməsi, avronun isə zəifləməsi Azərbaycan manatının da məzənnəsinə ötürülür. Manat avro qarşısında bahalaşır. Avronun zəfiləməsinə isə bir çox amillər təsir edir. Xüsusən də Fransanın paytaxtı Parisdə 13 noyabrda törədilən terror aktları və daha sonra yaranmış qeyri-stabil vəziyyət Avropaya maliyyə yatırımlarını azaldıb. Almaniyanın elektronika və avadanlıq istehsalçısı "Siemens"in prezidenti Co Kezer də etiraf edir ki, bu hadisədən sonra böyük şirkətlər investisiya planlarını indi daha könülsüz icra etməyə başlayıblar. Kezer qitədə maliyyə stabilliyi ilə əlaqədar vəziyyətin ürəkaçan olmadığını qeyd edib: "İnvestisiya gələcəyə inamla bağlı olan bir şeydir. Bu cür terror aktları olduqda isə investorlar hadisələrin sonrakı inkişafını gözləyir". İtaliyanın maliyyə naziri Pyer Karlo Padoan da terrorun avrozonanın onsuz da zəif inkişaf edən iqtisadiyyatına zərbə vurduğunu açıqlayıb: "Hücumlar investorların bu iqtisadi zonaya olan inamına ağır zərbə vurdu. Bu ən böyük iqtisadi zərər idi. Avrozona ölkələri bu böhranlı vəziyyətdən çıxmaq üçün bir-birinə kömək etməlidir. Etibarımızı sarsıda biləcək istənilən element təhlükəlidir". Bununla yanaşı, Avropa iqtisadiyyatında müşahidə olunan tənəzzül də avronun kursunun aşağı düşməsinə rəvac verir.
İqtisadçıların böyük əksəriyyəti isə avronun ucuzlaşmasının davam edəcəyini bildirir. Milli Avstraliya Bankının iqtisadçısı Rey Ettrill qeyd edir: "Böyük ehtimalla, müəyyən müddət ərzində avro 1,05 dollardan da aşağı olacaq". Proses, təbii ki, Azərbaycanda da özünü hiss etdirəcək. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov bildirir ki, ümumiyyətlə, son dövrlərdə ABŞ dolları bütün valyutalara nisbətdə möhkəmlənib, bahalaşıb: "ABŞ Federal Ehtiyat Sistemi dekabr ayında uçot dərəcəsinə yenidən baxıb və onun dəyişdirilməsilə bağlı qərar qəbul edib. Bu açıqlama da valyuta bazarına təsir edib, dolların birmənalı şəkildə möhkəmlənməsinə gətirib çıxarıb. Bu səbəbdən dolların digər valyutalara nisbətən məzənnəsində də artımlar müşahidə edilir". Onun sözlərinə görə, avro və dollar arasında fərqə Avropa Mərkəzi Bankının dövriyyəyə 1,1 trilyon avronu buraxması da təsir edib. Odur ki, dövriyyədə avronun artması həm də avronun möhkəmlənən dollara nisbətdə daha da ucuzlaşmasına səbəb olur və iki məzənnə arasında fərq daha da çoxalır. Baş verənlər manatı da avro qarşısında xeyli bahalaşdıracaq.
" Goldman Sachs" investisiya bankı isə 2016-cı il üçün ən yaxşı ticarət strategiyasına dair icmalında avro və yen əvəzinə sərmayədarlara dollar almağı tövsiyə edib. Bank, həmçinin, Rusiya rublu və Meksika pesosunun möhkəmlənəcəyini ehtimal edərək, bu valyutalara əmanət qoymağı da məsləhət görür. "Goldman Sachs"ın analitikləri qeyd edir ki, Federal Ehtiyat Sistemi, həmçinin Avropa Mərkəzi Bankı və Yaponiya Bankının siyasətindəki ziddiyyətlər 2016-cı ildə də geniş müzakirə olunan mövzulardan biri olacaq: "Valyutalar bu cür ziddiyyətlərə xüsusilə həssas olur və dolların artıq mövcud artımına baxmayaraq, hesab edirik ki, onun avro və yenə qarşı gələcək möhkəmlənməsi üçün də imkanlar mövcuddur". "Goldman Sachs" Cənubi Afrika randı və Çili pesosuna qarşı Meksika pesosu və Rusiya rubluna əmanət yatırmaq, habelə klassik istiqarazlar əvəzində inflyasiyaya bağlı olan ABŞ bondlarını almağı məsləhət görür. "Citigroup"un moskvalı iqtisadçısı İvan Çakarov bildirir ki, yaxın zamanlarda vəziyyət dəyişə bilər: "Rublda olan aktivlər ötən həftə Qərblə Rusiya arasında mümkün yaxınlaşma fonunda dəstək hiss edib. Lakin yaxın günlər və həftələrdə bu vəziyyət dəyişə bilər. Belə ki, fundamental amillər hələ də zəifdir, neftin qiyməti təzyiq altındadır, FES-in dekabra uçot dərəcəsini artırması mümkündür".
Xatırladaq ki, 2014-cü il dekabr ayında Rusiya valyutası tarixi minimuma düşüb. İlin əvvəlindən Rusiya rublu təxminən 10% ucuzlaşıb. Lakin ötən həftə dollara qarşı 3% bahalaşıb. Bu fonda hesab edilir ki, analoji vəziyyət Azərbaycanda da təkrarlanacaq. Yəni avro manat qarşısında ucuzlaşsa da, dollar Azərbaycan valyutasına nisbətdə çox möhkəmlənəməyəcək.
Tahir TAĞIYEV





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ