çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Azərbaycan xarici borc məsələsində problem yaşamayacaq

Image


Dünya iqtisadiyyatında müşahidə olunan yeni tənüzzül bəzi ölkələr üçün daha böyük problemlərə yol açır. Belə problemlərdən biri də xarici borc həcminin artması ilə bağlıdır. Böhrana görə iqtisadi inkişafında problem yaşanan ölkələr, vəziyyətdən çıxış yolu kimi, xarici borclanmaya gedir. Artıq Avropada bir sıra dövlətlər, məsələn, İspaniya, Yunanıstan, Potuqaliya və digərləri analoji addımlardan istifadə edir. Eyni vəziyyətə MDB məkanında da rast gəlmək olar.
Dünyanın bir çox böyük iqtisadiyyatlarında da oxşar vəziyyət hökm sürür. Məsələn, ABŞ-ın dövlət borcu daha bir neçə yüz milyard dollar artaraq artıq 19 trilyon dollara yaxınlaşmaqdadır. Ən böyük iqtisadiyyata malik ölkələrdən sayılan Çinin məcmu xarici borcu 30 trilyon dolları keçərək ümumi daxili məhsulun 300%-nə çatıb. Qeyd edək ki, 2007-ci ildə dünya iqtisadiyyatında başlayan böhran ərəfəsində Çinin xarici borcu 7,4 triylon dollar təşkil edib və bu, ÜDM-in 158%-ni təşkil edib. Məhz belə böyük məbləğdə monetar ekspansiya Çinin 2008-2009-cu illərdə qlobal böhrandan yayınmasına yardım edib. Çin 2008-2014-cü illərdə borc yükünü artırmaqla, Avstraliya və Braziliya başda olmaqla, bir çox ölkədən xammal idxal edərək qiymətlərin düşməsinin qarşısını alıb. Bu fonda isə Çinin 30 trilyon dollardan artıq borc yükü yaranıb.
Ölkəmizdə isə xarici borc sahəsində vəziyyət qənaətbəxş səviyyədədir. Maliyyə Nazirliyinin bu günlərdə açıqladığı son məlumata əsasən, 2015-ci il oktyabrın 1-nə Azərbaycanın xarici dövlət borcunun səviyyəsi 6 milyard 730,9 milyon dollar, yəni 7 milyard 054 milyon manat təşkil edir ki, bu da ümumi daxili məhsula nisbətdə 12,4 % deməkdir. Bu, olduqca qənaətbəxş səviyyə hesab edilir. Belə ki, bu və ya digər dövlət üçün xarici borc səviyyəsi həmin ölkədə əldə olunan ÜDM-in yalnız 30%-dən çox hissəsini təşkil etdikdə təhlükəli sayılır. Bizdə isə buna çatmağa hələ çox var. Belə vəziyyət həm də onu göstərir ki, xarici borca xidmət məsələsi üzrə problem yoxdur və gələcəkdə də olmayacaq. Ona görə ki, borc vəsaitlərinin 8%-i 10 ilə qədər, 58,6%-i 10 ildən 20 ilə qədər, 33,4%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub. Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahat proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmiryol nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və digər sahələrə istifadə edilib. Hazırda Azərbaycanın xarici dövlət borcu dünyada ən aşağı borclanma göstəricilərindən biridir və bu borcun adam başına düşən həcmi təxminən 680 dollara bərabərdir. Müqayisə üçün deyək ki, bu rəqəm ABŞ-da 57 000 dollara, Böyük Britaniyada 158 000 dollara, Almaniyada 71 000 dollara, Fransada 81 000 dollara, Rusiyada 4200 dollara, Gürcüstanda 2400 dollara, Ermənistanda 2700 dollara bərabərdir.
Həmçinin, Azərbaycanın böyük valyuta ehtiyatlarına malik olması ona xarici borc sahəsində hansısa problem yaratmır. Dövlətin daxili və xarici borclarının idarə edilməsi, cəlb edilmiş kreditlər üzrə yaranan borc öhdəliklərinin vaxtında yerinə yetirilməsi istiqamətində heç bir çətinlik yaşanmır. Gələn il üçün isə dövlət büdcəsindən də dövlət borclarına xidmətlə bağlı xərclərə 1 miylard 249,7 milyon manat vəsait ayırmaq nəzərdə tutulub. Düzdür, mütəxəssislər cəlb edilən xarici kreditlərin böyük əksəriyyətinin qaytarılma vaxtının bir neçə il sonrakı dövrə təsadüf etdiyini də xatırladır. Həmin dövrdə borcların qaytarılması üçün büdcədən pul ayrılmasında problematik hal yaşanmaması üçün borcların miqdarının azaldılması zəruri sayılır. Bundan əlavə, hazırda dünya bazarındakı dəyişikliklərin proqnozlaşdırılmasının mümkün olmadığı dövrlər üçün xarici borclanmaya getmək iqtisadi baxımdan təhlükəli sayılır. Digər tərəfdən, Azərbaycan bütün investisiya və sosial proqramları öz maliyyə vəsaitləri hesabına reallaşdıra bilər. Bu hal Azərbaycana həm təhlükəsizlik baxımından xeyli sərfəlidir, həm də xarici donorlardan, beynəlxalq maliyyə qurumlarından, xarici ölkələrdən asılılığın yaranmasına imkan vermir. İndinin özündə də maliyyə baxımından praktiki olaraq Azərbaycan xarici qurum və ölkələrdən asılı deyil. Hesab edilir ki, bundan sonra ciddi miqdarda xarici borclanmaya gedilməməsi ölkəmizin perspektivdə bu istiqamətdə hansısa problemlə üzləşməsinin qarşısını alacaq.
Bütün bunlar isə beynəlxalq miqyasda da yüksək qiymətləndirilir. Məsələn, "Moody’s" beynəlxalq reytinq agentliyi hesab edir ki, kəskin azalan neft qiymətləri neft gəlirlərindən asılı olan Azərbaycan iqtisadiyyatında müəyyən təsir və təzyiqlər yaratsa da, 42 milyard dollar təşkil edən valyuta ehtiyatları bu təzyiqləri aradan qaldırmaq üçün Azərbaycana vaxt verib. "Moody’s" analitiki Sebastyan Bekker qeyd edib ki, Azərbaycanın yüksək valyuta ehtiyatları hökumətə aşağı neft qiymətləri dövründə büdcə kəsirlərini örtməyə, zəif iqtisadi artımın və azalan büdcə gəlirlərinin öhdəsindən gəlməyə imkan verəcək: "Son 10 ildə yüksək neft gəlirləri Azərbaycana xarici borclarını aşağı səviyyədə tutmağa və Azərbaycan Mərkəzi Bankı ilə Dövlət Neft Fondunda yüksək miqdarda valyuta ehtiyatı toplamağa şərait yaradıb". Bu fonda Azərbaycanın daha az xarici borclanmaya gedəcəyi proqnozlaşdırılır.
Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ