çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Manat kütləsinin azalması onu dollar qarşısında bahalaşdıracaq

Image


Dövriyyədə manat kütləsinin azalması və bunun hansı nəticələrə gətirib çıxarması hələ də öz aktuallığını qoruyan mövzular sırasında yer alır. Araşdırmalar isə pul kütləsinin hələ də azalmağa doğru getdiyini üzə çıxarır. Azalma manatla pul kütləsində daha kəskin xarakter alıb. Qeyd edək ki, geniş anlamda pul kütləsində azalma 2014-cü ilin noyabrından bəri 18,5 faiz olduğu halda, manatla pul kütləsinin həcmi bu müddətdə 46,5 faiz azalıb.
Ötən ilin noyabrında 17,525 milyard olan manatla pul kütləsinin həcmi 8,2 milyard azalaraq 9,3 milyarda enib.
Ekspertlər dövriyyədə manat kütləsinin azalmasının obyektiv səbəblərinin olduğunu deyir. Əvvəla, proses onunla bağlıdır ki, dövriyyədə manat kütləsinin azalması Mərkəzi Bankın intervensiyanı davam etdirməsindən daha çox qaynaqlanır. Mərkəzi Bank intervensiyanı davam etdirdiyi üçün dövriyyəyə dollar buraxır və onun müqabilində dövriyyədən manatı çıxarır. Bu da dövriyyədə manat kütləsinin azalmasına, dolların isə artmasına səbəb olur. Eyni zamanda kommersiya bankları da yığımlarını daha çox dollarla həyata keçirirlər. Həmçinin, kommersiya bankları öz ehtiyatlarını xarici valyutada saxlamağa çalışır. Bu da prosesə öz təsirini göstərir.
Xatırladaq ki, bu günlərdə məsələyə münasibət bildirən Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, fevral devalvasiyasından sonra dollarlaşma başlayıb: "Manata maraq azaldı, həm fiziki, həm də hüquqi şəxslər öz vəsaitlərini əsasən dollara çevirdilər. Nəticədə isə dövriyyədən əhəmiyyətli miqdarda manat kütləsi çıxır və Mərkəzi Bankın anbarlarına yığılır. Son bir ildə dollarla saxlanan əmanətlərin və yığımların həcmi hər ay artır. Ötən ilin yekunlarına görə dollarla olan əmanətlərin və yığımların həcmi 6 faiz artmışdısa, təkcə bu ilin 9 ayında həmin pul kütləsinin az qala yarısı dövriyyədən çıxıb və anbarlarda öz saatını gözləməkdədir. Ölkədə əmanətlərin dollarlaşması səviyyəsi isə 75 faizi keçib". Bununla belə, Mərkəzi Bank rəhbəri manat kütləsinin iqtisadiyyatın tələbatını tam ödədiyini deyib. E.Rüstəmov dövriyyədəki pul kütləsinin azalmasının səbəblərini izah edərək deyib ki, azərbaycanlılar həmişə sanballı miqdarda nağd pul saxlamağı xoşlayıb. Yəni insanlar bank sektoruna və kredit kartlarına o qədər də etibar etmir: "Təsəvvür etmək çətindir ki, hansısa amerikalı cibində 10-20 dollardan artıq nağd pul saxlayar. Xırda kupyurlar ona "çaypulu" verməyə lazımdır, bütün qalan ödənişlərini isə bank kartı ilə həyata keçirir. Ona görə də pullar həmişə dövriyyədədir. Azərbaycanda isə yaxşı qazancı olan istənilən şəxsin cibində, yəqin ki, azı bir neçə yüz manat tapmaq olar. Üstəlik daha bir neçə min dolları da hər ehtimala qarşı evində saxlayır".
E.Rüstəmovun bildirdiyinə görə, azərbaycanlılar hazırda 50 və 100 manatlıq kupyurları da kütləvi şəkildə yığıb saxlayır. Bu kupyurların sayı dövriyyədə ilin əvvəlindən iki dəfə azalıb. Ölkə miqyasında isə bu, milyardlarla manat deməkdir. Həmin pullar banklarda saxlanmayıb, dövriyyədən çıxarılıb və nəticədə Mərkəzi Bankın hesabladığı pul kütləsinə daxil deyil: "Əhalinin əksər hissəsi öz pullarını banklarda yox, evdə, yastığın altında saxlamağa üstünlük verir. İnsanlar dollar almağa milyardlarla manat xərcləyir və sonra valyutanı yastığın altına qoyurlar. Bu dollar kütləsi iqtisadiyyata heç cür xidmət etmir, eynilə Mərkəzi Bankın anbarlarına yığılan manat kütləsi kimi". Mərkəzi Bank rəhbəri ölkədə dollarlaşmanı azaltmaq üçün tədbirlər görüldüyünü də bildirib.
Hələlik isə reallıq ondan ibarətdir ki, manat kütləsi dövriyyədə azalır. Yuxarıda səslənən fikirlərdən bəlli olur ki, Mərkəzi Bank intervensiya vasitəsilə bazardan yığdığı manat kütləsini yenidən bazara qaytara bilmir. Səbəblərdən biri də bankların manat kreditlərini məhdudlaşdırmasıdır. Banklar hazırda dollarla kredit verməyə üstünlük verir, manat krediti isə almaq çətinləşir. Bu şəraitdə hesab olunur ki, Mərkəzi Bank kreditləşməni dəstəkləmək üçün banklara əlavə manat dəstəyi verməlidir. Düzdür, pul bazasının azalması tələbin məhdudlaşdırılması hesabına inflyasiya təzyiqini azaldır. Ancaq eyni zamanda ölkədə iqtisadi aktivliyi aşağı salır. Bu mənada manatla verilən kreditlərin həcminin artırılması zəruri sayılır. Hesab olunur ki, dollarlaşma prosesinin də qarşısı alınmalıdır. Çünki manatla pul qıtlığını yaradan mühüm bir səbəb də dollarlaşmadır. Cəmi depozit bazasının valyutalar üzrə struktur təhlili göstərir ki, banklarda olan bütün əmanətlərin 75 faizi dollarladır. Başqa bir səbəb kommersiya banklarının xarici öhdəlikləri ilə bağlıdır. Hazırda əcnəbilərin və dövlət idarəetmə orqanlarının depozitləri daxil olmadan bankların xarici borclarının məbləği 6,3 milyard manat təşkil edir. Belə olan halda xaricə borcları olan banklar da kreditorlar qarşısında öhdəliklərini ödəmək üçün dollar toplamağa məhkumdur. Bu da dövriyyədə dolların manata nisbətən sürətlə artmasını şərtləndirir.
Dövriyyədə manatın azalmasının bir səbəbi də, qiymətlərin artmasına görə ailə büdcəsinin xərclərinin artması ilə yanaşı, ev təsərrüfatlarına verilən kreditlərin azalmasıdır. Bu ilin əvvəli ilə müqayisədə ev təsərrüfatlarına verilən kreditlər 136,5 milyon manat azalıb. Bütün bunlar dövriyyədə manatın həcmini azaldır. Amma o da istisna deyil ki, dövriyyədə manatın həcminin azalması sonda onun digər valyutalar, o cümlədən dollar qarşısında bahalaşmasına da gətirib çıxara bilər.
Tahir TAĞIYEV
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ