Ən çox borclu vergiödəyici Bakıda qeydiyyata alınıb - 187 müəssisə və fiziki şəxs.
Borcluların tam siyahısı ilə buradan tanış olmaq mümkündür: http://www.taxes.gov.az/uploads/vergiborcu/19112015.pdf
Bundan başqa, Vergilər Nazirliyi 202 vergiödəyicinin ölkədən çıxışını qadağan edib. Borclu vergiödəyicilər daha çox (47 nəfər) Bakının Yasamal, Səbail, Binəqədi, Nizami, Xətai və Suraxanı rayonlarında qeydiyyata alınıb.
Siyahıda xarici ölkələrin - Türkiyə, İran, Rusiya və Gürcüstan - 7 vətəndaşı da var.