çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Mərkəzi Bank ödəniş sistemlərinin təhlükəsizliyini necə qoruyur?

Image


Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən Milli Ödəniş Sisteminin təhlükəsizliyinin artırılması, sabit fəaliyyətinin təmini və inkişafı istiqamətində tədbirlər davam etdirilir.

AMB-dən baki-xeber.com-a verilən məlumata görə, Mərkəzi Bank qanunla müəyyənləşdirilmiş səlahiyyətləri çərçivəsində ölkədə ödəniş sistemlərinin, o cümlədən hesablaşma və klirinq sistemlərinin yaradılmasını, onların fəaliyyətinin təşkil edilməsini, habelə sabitliyini və inkişafını təmin edən dövlət orqanıdır. Son illərdə Mərkəzi Bank tərəfindən elektron ödəniş sistemlərinin yaradılması istiqamətində aparılan məqsədyönlü islahatlar nəticəsində ölkədə ən müasir texnologiya və proqram təminatlarına əsaslanan arxitekturaya malik olan Milli Ödəniş Sistemi infrastrukturu yaradılıb. Təhlükəsiz və effektiv formada fəaliyyət göstərən Milli Ödəniş Sistemi ölkənin həm maliyyə sabitliyinin, həm də iqtisadi inkişafın təminatında mühüm əhəmiyyət kəsb edir.

Mərkəzi Bank davamlı olaraq Milli Ödəniş Sisteminin sabit və etibarlı fəaliyyətinin təşkil edilməsi istiqamətində kənar təhdidləri və riskləri analiz edir, baş verə biləcək hər hansı fövqəladə hallar zamanı ödəniş sistemlərinin fəaliyyətinin davamlılığının təmin edilməsini daim diqqət mərkəzində saxlayır. Eyni zamanda, qlobal iqtisadiyyatda baş verən proseslər mütəmadi qaydada izlənilir, onların ödəniş sistemlərinə təsir ehtimalı qiymətləndirilir və sistemlərin təhlükəsizliyinin təmin olunması üçün qabaqlayıcı tədbirlər görülür.

AMB tərəfindən bu sahədə həyata keçirilən əsas tədbirlərdən biri hal-hazırda icrası başa çatmaq üzrə olan "Milli Ödəniş Sisteminin Modernizasiyası” layihəsidir. 2014-cü ildə Mərkəzi Bank beynəlxalq aləmdən gələ biləcək təhdidlərin neytrallaşdırılması, həmçinin Milli Ödəniş Sisteminin əsas komponentlərindən biri olan Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sisteminin (AZİPS) fəaliyyətinin beynəlxalq infrastrukturlardan asılılığının aradan qaldırılması məqsədilə bu layihəyə start verdi. Layihə çərçivəsində ödəniş sisteminin fəaliyyəti lokal telekommunikasiya şəbəkəsi üzərindən quruldu və sistem iştirakçıları olan banklara, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə milli valyutada hesablaşmaların beynəlxalq telekommunikasiya təchizatçısı olan SWIFT ilə yanaşı, həm də lokal telekommunikasiya şəbəkəsi üzərindən həyata keçirilməsi imkanı yaradıldı.

Məhz vaxtında görülmüş bu qabaqlayıcı tədbirlər nəticəsində cari ilin 16 noyabr tarixində ölkənin beynəlxalq internet şəbəkələrinə çıxışında fasilələrin yaranmasına və bankların SWIFT platformasına çıxış imkanının məhdudlaşmasına baxmayaraq, lokal telekommunikasiya şəbəkəsi üzərində fəaliyyət göstərən Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi, o cümlədən Xırda Ödənişlər üzrə Hesablaşma və Klirinq Sisteminin (XÖHKS) sabit və davamlı fəaliyyətində hər hansı bir problem yaşanmadı. Sistem iştirakçılarının milli valyutada aparılan hesablaşmalarının fasiləsiz və təhlükəsiz formada həyata keçirilməsi tam təmin edildi.

Eyni zamanda "Milli Ödəniş Sisteminin Modernizasiyası” layihəsi çərçivəsində ödəniş sistemlərinin təhlükəsiz və etibarlı fəaliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın mövcud ehtiyat mərkəz infrastrukturu müasir standartlar əsasında təkmilləşdiriləcək. Həmçinin növbəti ildə XÖHKS-də beynəlxalq təcrübədə geniş tətbiq olunan "birbaşa debetləşmə” ödəniş alətinin istifadəsi üçün müvafiq funksional imkanın yaradılması, sistemdə informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə Mərkəzi Bankın Bank Sertifikat Xidmətləri Mərkəzinin təqdim etdiyi elektron imzadan istifadə edilməsi həyata keçiriləcək.

Mərkəzi Bank tərəfindən pərakəndə nağdsız ödənişlərin inkişafı üzrə həyata keçirilən digər mühüm layihə "Kart Ödənişləri üzrə Milli Şəbəkə”nin yaradılmasıdır. Bu layihənin icrası ölkədə emissiya olunan ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin ölkə daxilində həyata keçirilməsi ilə aparılan əməliyyatların effektivliyinin artırılmasını və təhlükəsizlik səviyyəsinin yüksəldilməsini təmin edəcək. Layihə çərçivəsində görüləcək işlər nəticəsində prosessinq fəaliyyəti göstərən bütün kart prosessinq mərkəzlərinin infrastrukturları arasında interfeys (əlaqə) yaradılacaq və bununla da ölkədə emissiya edilmiş ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatların emalı yeni yaradılan infrastruktur vasitəsilə həyata keçiriləcək.

Mərkəzi Bankın ödəniş sistemləri üzrə fəaliyyətinin digər mühüm istiqamətlərindən biri də yaradılmış Milli Ödəniş Sistemi infrastrukturundan daha səmərəli istifadə edilməsi, ölkənin bütün regionlarında maliyyə xidmətlərinə çıxış imkanlarının yaradılması, əhali və iqtisadi subyektlər arasında nağdsız hesablaşmaların genişləndirilməsidir. Bu sahədə görülən tədbirlərdən biri də vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin, həmçinin kommunal, rabitə və digər kütləvi xidmətlər üzrə ödənişlərin toplanılmasını təmin edən "Hökumət Ödəniş Portalı”nın (HÖP) yaradılmasıdır.

Hazırda dövlət sektorunda fəaliyyət göstərən bütün kommunal xidməti təşkilatları, büdcə yığımlarının toplanılması ilə məşğul olan 12 dövlət orqanı, həmçinin stasionar və mobil rabitə xidməti göstərən 5 operator yaradılmış infrastruktura inteqrasiya olunub. Eyni zamanda HÖP infrastrukturu Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yaradılmış "Elektron Hökumət” dövlət informasiya resursu ilə tam şəkildə inteqrasiya olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (VXSİDA) həvalə edilən funksiyaların səmərəli və operativ icrasının təmin edilməsi məqsədilə Dövlət Agentliyi ilə birgə fəaliyyət göstərilir. Hazırda çoxfunksiyalı ASAN ödəniş sistemi vasitəsi ilə ödənişlərin, habelə "ASAN xidmət” mərkəzlərində göstərilən dövlət xidmətləri üzrə ödənişlərin HÖP üzərindən aparılması təmin edilib.

HÖP-ə inteqrasiya olunmuş təşkilatlar üzrə ümumilikdə 330-dan çox növdə xidmətlərlə bağlı ödənişlərin ölkənin bütün regionlarında (Naxçıvan Muxtar Respublikası daxil olmaqla) "Azərpoçt" MMC-nin və 40-dan çox bankın 2000-ə yaxın ödəniş məntəqəsində nağd formada və portalın internet resursundan istifadə edilməklə ödəniş kartları vasitəsilə nağdsız qaydada qəbul edilməsi imkanları yaradılıb. Mərkəzi Bank tərəfindən yuxarıda qeyd olunan layihələrin reallaşdırılması ödəniş sistemlərinin fasiləsiz və təhlükəsiz fəaliyyətini, habelə iqtisadiyyatda nağdsız hesablaşmaların daha effektiv həyata keçirilməsini təmin edərək nağdsız ödənişlərin inkişafı və əhatə dairəsinin genişlənməsində mühüm rol oynayır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ