"Bank Technique" ASC öz köhnə adını qaytarıb. Bunu Trend-ə bankın Müşahidə Şurasının sədri Etibar Əliyev deyib. Onun sözlərinə görə, bank artıq "Texnika Bank" adı altında fəaliyyətə başlayıb. Müvafiq qərar bankın Müşahidə Şurasında qəbul edilib.
E.Əliyev deyib: "Mövcud qanunvericiliyə uyğun olaraq artıq Azərbaycan Mərkəzi Bankına müraciət etmişik. Müraciətimizə baxıldı və adın dəyişdirilməsi ilə bağlı müsbət qərar qəbul edildi".