Bunu Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev Prezident İlham Əliyevin gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında imzaladığı fərmana münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, istər vergi sistemində, istər lisenziyaların verilməsi ilə bağlı, istərsə də vergilərin sadələşdirilməsi ilə bağlı qərarlar təqdirəlayiq haldır. M.Quliyev deyib ki, Prezidentin imzaladığı son sərəncam və fərmanlar ölkədə mütərəqqi dəyişikliklərə səbəb olacaq: "Prezidentin son fərman və sərəncamları Azərbaycanda monopoliyanın aradan qaldırılmasına, aşkar və gizli rüşvətxorluq və mənfi halların aradan qaldırılmasına, korrupsiyanın yox olmasına yönələn çox ciddi iqtisadi rıçaqlardır. Bu addımlar Azərbaycana idxal olunan malların qiymətinin ucuzlaşmasına gətirib çıxaracaq”.