çərşənbə axşamı günü, 27 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycan neft gəlirlərinin azalmasını təbii qaz satışı ilə kompensasiya edəcək
Tarix: 23.10.2015 / 03:57
Bölmə: İqtisadiyyat
Dünya neft bazarında cərəyan edən son hadisələr bu məhsulun qiyməti ilə bağlı müsbət heç nə vəd etmir. Proseslər göstərir ki, geosiyasi maraqlar yaxın tezlikdə neftin qiymət yüksəlişini əngəlləyən əsas faktor olaraq qalacaq. Rusiyalı ekspert Anna Kokoreva da bildirir ki, neftin qiyməti uzun müddət bahalaşmayacaq. Onun sözlərinə görə, qiymətin bahalaşmamasına əsas səbəb Avropa Birliyi, Çin, Rusiya, Braziliya, Argentina və sair kimi ölkələrin inkişaf tempinin dayanmasıdır:
"Bu, neftə yaranan tələbatı aşağı salır. Neft hasilatçıları bazar uğrunda amansız mübarizəyə başlayıblar. Yaxın iki ildə həmin savaş davam edəcək. Yalnız qaliblər müəyyən olunduqdan sonra hər kəs yenidən öz yerinə oturacaq".
Neft hasilatçılarının bazar uğrunda amansız mübarizəsi OPEK-in bu kartelə daxil olmayan ölkələrin iştirakı ilə qiyməti bahalaşdırmaq planını müzakirə etmək üçün Vyanada keçirdiyi texniki müşavirənin də tam fiasko ilə nəticələnməsinə gətirib çıxarıb. Məlumatlara görə, müşavirədə neftin qiymətini 70-80 dollara qaldıra bilmək üçün hasilatı azaltmaq planına Venesueladan başqa dəstək verən olmayıb. Xatırladaq ki, nefti bahalaşdırmaq üçün hasilatı mərhələlərlə azaltmaq təklifini OPEK-ə daxil olmayan Venesuela irəli sürmüşdü və bununla bağlı iclasa Azərbaycan da dəvət almışdı. Ancaq Azərbaycanın energetika naziri Natiq Əliyev müşavirəyə qatılmaqdan imtina edib. Eləcə də OPEK-ə daxil olmayan ölkələrdən Norveç və Oman da bu müşavirəyə öz nümayəndə heyətlərini göndərməyib. Rusiya, Qazaxıstan, Kolumbiya, Meksika və Venesuela nümayəndə heyətləri müşavirəyə getsə də, Venesuela istisna olmaqla, qalanlar hasilatı azaltmaq ideyasını dəstəkləmədiklərini əvvəlcədən elan etmişdilər. Rusiya nümayəndəsi, Yanacaq və Energetika Nazirliyinin departament rəhbəri İ.Qalkin də ölkəsinin hasilatı süni şəkildə azaltmaq ideyasına qarşı olduğunu bildirib. Müşavirədə OPEK-ə daxil olan ölkələr də hasilatı azaltmaq ideyasını boykot ediblər. OPEK-in bazara gündə 30 milyon barrel neft çıxarmasına dair limit müəyyən olunsa da, hazırda kartel ölkələri sutkada 31.6 milyon barrel neft satır. Bu baxımdan Vyana müşavirəsinin nəticəsiz başa çatması neftin daha da ucuzlaşmasına səbəb olub. ABŞ Maliyyə Nazirliyinin Konqres üçün hazırladığı "Beynəlxalq iqtisadiyyat və faiz siyasəti haqqında" adlı rüblük hesabatında isə bildirilir ki, neftin qiymətlərinin sərt enişi qlobal pul axını dinamikasında ciddi sıçrayışa səbəb olub: pul xammal ixracçılarından idxal edənlərə doğru axır. Neftin aşağı qiymətlərinin əsas xeyir götürənləri isə Asiya ölkələridir. Onlar 6 ayda xammal alışında ümumilikdə 340 milyard dollara qənaət ediblər. Avrozona ölkələri neft alışına ötən illə müqayisədə bu il 142 milyard dollar az xərcləyib. "Şist bumu"na rəğmən neft idxal etməkdə davam edən ABŞ-a gəldikdə isə, Birləşmiş Ştatlar ilk yarımildə "qara qızıl" idxalına 110 milyard dollar az xərcləyib. Əsas itkiyə neft hasil və ixrac edən ölkələr məruz qalıb: hasilatçı ölkələrin ümumi valyuta gəlirləri bu ilin ilk rübündə 295 milyard dollardan 40 milyard dollara düşüb.
Ən böyük itkini Səudiyyə Ərəbistanı yaşayıb. Belə ki, bu ölkənin neft gəlirləri yarımil ərzində 150 milyard dollar azalıb. Fars körfəzinin digər ölkələri ümumilikdə 130 milyrad dollar itiriblər. Bu itkilərin həcminin neftin qiymətinin düşməsi fonunda daha da artması qaçılmaz sayılır.
Aydındır ki, bu halda, neft hasilatçısı kimi Azərbaycanın da gəlirləri azalacaq. Amma ölkə neftin ucuz qiymətinə hazırdır. Həmçinin, proseslər Azərbaycanın neft gəlirlərinin azalmasının qazdan əldə olunan vəsaitlə kompensasiya olunacağını göstərir. Xüsusən də Avropanın Azərbaycan qazına böyük marağının olması bu prosesi daha da sürətləndirir. Elə bu günlərdə Amerikada çıxan "Penn Energy" jurnalı da sözügedən məqama xüsusi diqqət yetirib. Qeyd olunur ki, Azərbaycandan Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliya istehlakçılarına təbii qaz nəql edilməsi üçün nəzərdə tutulan üç qaz kəmərinin tikintisi ilə bağlı işlərə başlanıb: "Azərbaycan tarixən neft hasil edən ölkə kimi məşhur olsa da, onun qaz istehsalçısı və ixracatçısı kimi də əhəmiyyəti artmaqdadır".
Məqalədə vurğulanır ki, Avropada "Cənub qaz dəhlizi"nə qoşula biləcək digər qaz kəmərləri - interkonnektorlar tikintisi barədə təkliflər də səslənir. Məsələn, "Transbalkan" qaz kəməri vasitəsilə Macarıstandan və Rumıniyadan keçməklə Slovakiyadan Türkiyəyə "Eastring" adlı reversiv boru kəmərinin inşa edilməsi təklif olunub. O da vurğulanır ki, bu il iyun ayının axırlarında Azərbaycandan Gürcüstan-Türkiyə sərhədinə qədər Cənubi Qafqaz qaz kəmərinin genişlənməsi layihəsi başlanıb, 2015-ci ilin mart ayında isə Gürcüstan-Türkiyə sərhədindən başlanan və Türkiyə ilə Yunanıstanın sərhədində başa çatan "Transanadolu" qaz kəmərinin tikintisinə rəsmən start verilib. 2016-cı ildə "Transadriatik" qaz kəmərinin tikintisinə başlanması gözlənir.
Türkiyə-Yunanıstan sərhədindən başlanan bu kəmər Yunanıstan və Albaniya ərazisindən keçməklə Adriatik dənizinin dibi ilə İtaliyadakı terminala qədər uzanacaq. Bütün bunlar isə Azərbaycanın təbii qaz satışından böyük gəlir əldə etməsilə nəticələnəcək.
Nahid SALAYEV
DİGƏR XƏBƏRLƏR
Tarix: 26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi
- maraqlı səbəblərdən danışılır...
Tarix: 26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək?
- AÇIQLANDI...
Tarix: 23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
Tarix: 23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
Tarix: 23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
Tarix: 23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi
20 DƏFƏ ARTIRILIR...
Tarix: 21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu -
"tranzitlərin rekordu"...
Tarix: 21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...
Tarix: 21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər
- Aİ-dən TƏKLİF...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub
- YENİ DETALLAR ortaya çıxdı...
27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi
26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur
- qərar verildi…
26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub
- FOTO
26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi
- FOTO
26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi
- maraqlı səbəblərdən danışılır...
26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...
26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...
26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...
26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...
26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur
26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır
- Bu insanlara nə olub?
26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...
26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...
26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir
- Niyə?...
26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...
26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir
26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür
26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
- FOTO
26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...
26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır
26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi
- Əli Əsədov qərar imzaladı...
26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi...
İnanaq?
26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu
26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...
26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...
26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"
26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır"
- Prezidentin köməkçisi
26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"
26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir"
- Hikmət Hacıyev
26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"
26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir"
- Hikmət Hacıyev
26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"
26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb"
- Hikmət Hacıyev
26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB
- İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...
26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi
- son nöqtəni qoymağa hazırıq...
26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı...
114 vəzifəli həbs olundu...
26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...
26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir"
- Ceyhun Bayramov
26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi
26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
- FOTO
26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri
26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi
- FOTO
26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək
26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi
26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı
- əsaslandırılmış sənəd gətir…
26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi
- FOTO
26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…
26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı
- təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…
26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi
- FOTO
26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?...
AMİP iddialara cavab verdi
26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək?
- AÇIQLANDI...
26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi
– onlar yalan danışırlar…
26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi
26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu
- öz ölkənizin problemləri ilə məşğul olun...
26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...
26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib
26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...
26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…
26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi
- VİDEO
26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi
26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə...
Kimlərə nə qədər ödənilir?
26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı
- Vaşinqton narahatdır...
25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...
25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü...
- VİDEO
25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi
25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...
25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür
- AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...
25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi
25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı
25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi
- "kəpənək adamların" xatirinə...
25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu
25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...
25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi
- anası yaralandı...
25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...
25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər”
- Mask Ukraynanı günahlandırdı...
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ