çərşənbə axşamı günü, 27 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Xarici borcun miqdarına görə Azərbaycan yaxşılar sırasında...
Tarix: 22.10.2015 / 02:44
Bölmə: İqtisadiyyat
Lakin ekspertlər 4 ildə 60 faiz artım barədə narahatlıq ifadə edirlər
Qərb ölkələri də daxil olmaqla, dünya dövlətlərinin üzləşdiyi iqtisadi böhranın əsas səbəblərindən biri də xarici borc amili ilə bağlıdır. İndi ölkələrin əksəriyyəti dəyəri milyardlarla dollar olan xarici borclarının qaytarılmasında çətinlik çəkir. Ölkəmizə gəlincə, bu xüsusda vəziyyət kifayət qədər qənaətbəxş sayılır. Maliyyə Nazirliyinin məlumatına görə, Azərbaycanın xarici dövlət borcu 6 milyard 621.2 milyon dollar təşkil edir.
Bunun da ümumi daxili məhsula (ÜDM) olan nisbəti 12,2 faizdir. Borc statistikasına hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxildir. Borc vəsaitlərinin 7%-i 10 ilə qədər, 59,7%-i 10 ildən 20 ilə qədər, 33,3%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub. Borclar əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlərdir. Ölkənin böyük valyuta ehtiyatları isə xarici dövlət borcunun istənilən an bağlanmasına imkan verir.
Özəl sektorun, xüsusən də bankların xaricdən külli miqdarda borclanmaya getməsini əngəlləmək xüsusi diqqət mərkəzindədir. Bu məqsədlə Mərkəzi Bankın hüquqlarının genişləndirilməsi planlaşdırılır. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə də Azərbaycan hökumətinin özəl sektorun xarici borcu haqqında məlumatın toplanması yönündə Mərkəzi Bankın səlahiyyətlərinin artırılacağını bildirib. Onu da bildirək ki, Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəlikləri avqust ayında 315,2 milyon manat azalaraq 6 milyard 246,2 milyon manata düşüb. Bu ilin fevralında məlum devalvasiyadan sonra bankların xarici öhdəlikləri 7 milyard 468,2 milyon manata çıxmışdı. Lakin həmin vaxtdan ötən dövrdə xarici öhdəliklər 1 milyard 222 milyon manat və ya 16,3% azalıb.
Dövlət borclarına gəlincə, Azərbaycan bu məsələdə ən yaxşı göstəricilərdən birinə malikdir. Azərbaycanın bu günə olan 6 milyard 621.2 milyon dollar həcmində dövlət borcu dünyada ən aşağı borclanma göstəricilərdən biridir və bu borcun adam başına düşən həcmi 675 dollara bərabərdir. Müqayisə üçün deyək ki, bu rəqəm ABŞ-da 57 000 dollara, Böyük Britaniyada 158 000 dollara, Almaniyada 71 000 dollara, Fransada 81 000 dollara, Rusiyada 4200 dollara, Gürcüstanda 2400 dollara, Ermənistanda 2700 dollara bərabərdir. Bütün bunlar onu göstərir ki, hazırda Azərbaycanda borclanmaya dair beynəlxalq standartların tələb etdiyi bütün göstəricilər kifayət qədər yüksəkdir. Amma buna rəğmən, hökumət borcların miqdarını azaltmağı düşünür.
İndiki durumda isə ölkəmizdə xarici borclanmanın mənfi tərəfi xarici borcların məbləğinin son illər artmasıdır. Belə ki, 2011-ci ilin əvvəlində ölkənin xarici borcu cəmi 3.7 milyard dollar idisə, indi bu rəqəm 6,6 milyard dollardan çoxdur. Bu isə o deməkdir ki, son 4 ildə ölkənin xarici borc məbləği 60 faizdən çox artıb. Ekspertlər bu artım tempinin aşağı düşməsini zəruri sayır. Bundan əlavə, mütəxəssislər cəlb edilən xarici kreditlərin böyük əksəriyyətinin qaytarılma vaxtının bir neçə il sonrakı dövrə təsadüf etdiyini də xatırladır. Həmin dövrdə borcların qaytarılması üçün büdcədən pul ayrılmasında problematik hal yaşanmaması üçün borcların miqdarının azaldılması zəruri sayılır. Bundan əlavə, hazırda dünya bazarındakı dəyişikliklərin proqnozlaşdırılmasının mümkün olmadığı dövrlər üçün xarici borclanmaya getmək iqtisadi baxımdan təhlükəli sayılır. Digər tərəfdən, Azərbaycan bütün investisiya və sosial proqramları öz maliyyə vəsaitləri hesabına reallaşdıra bilər. Bu hal Azərbaycana həm təhlükəsizlik baxımından xeyli sərfəlidir, həm də xarici donorlardan, beynəlxalq maliyyə qurumlarından, xarici ölkələrdən asılılığın yaranmasına imkan vermir. İndinin özündə də maliyyə baxımından praktiki olaraq Azərbaycan xarici qurum və ölkələrdən asılı deyil.
Hətta bir sıra hallarda Azərbaycan özü donor kimi çıxış edir. Onu da qeyd edək ki, "Dövlət Borcu Haqqında" Qanuna əsasən, dövlət borcu Azərbaycan Respublikası adından bağlanmış müqavilələrin öhdəlikləri üzrə ödənilməli olan borcdur. Dövlət zamənəti ilə alınan borclara görə dövlət məsuliyyət daşıyır. Elə həmin qanuna görə, əsas borcalan dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliyini icra edə bilmədiyi təqdirdə zəmanətçi verilmiş dövlət zəmanətinin müddəalarına uyğun olaraq öhdəliyi yerinə yetirir. Lakin dövlət zəmanətinin verilməsi üçün qanunla müəyyən edilmiş konkret şərtlər var. Məsələn, əsas borcalan tələb etdiyi dövlət zəmanəti üzrə öhdəliyinin təminatı kimi istifadə edilə biləcək əmlakının siyahısını təqdim etməlidir.
Tahir TAĞIYEV
DİGƏR XƏBƏRLƏR
Tarix: 26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi
- maraqlı səbəblərdən danışılır...
Tarix: 26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək?
- AÇIQLANDI...
Tarix: 23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
Tarix: 23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
Tarix: 23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
Tarix: 23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi
20 DƏFƏ ARTIRILIR...
Tarix: 21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu -
"tranzitlərin rekordu"...
Tarix: 21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...
Tarix: 21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər
- Aİ-dən TƏKLİF...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub
- YENİ DETALLAR ortaya çıxdı...
27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi
26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur
- qərar verildi…
26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub
- FOTO
26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi
- FOTO
26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi
- maraqlı səbəblərdən danışılır...
26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...
26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...
26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...
26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...
26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur
26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır
- Bu insanlara nə olub?
26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...
26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...
26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir
- Niyə?...
26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...
26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir
26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür
26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
- FOTO
26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...
26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır
26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi
- Əli Əsədov qərar imzaladı...
26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi...
İnanaq?
26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu
26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...
26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...
26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"
26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır"
- Prezidentin köməkçisi
26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"
26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir"
- Hikmət Hacıyev
26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"
26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir"
- Hikmət Hacıyev
26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"
26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb"
- Hikmət Hacıyev
26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB
- İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...
26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi
- son nöqtəni qoymağa hazırıq...
26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı...
114 vəzifəli həbs olundu...
26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...
26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir"
- Ceyhun Bayramov
26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi
26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
- FOTO
26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri
26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi
- FOTO
26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək
26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi
26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı
- əsaslandırılmış sənəd gətir…
26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi
- FOTO
26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…
26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı
- təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…
26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi
- FOTO
26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?...
AMİP iddialara cavab verdi
26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək?
- AÇIQLANDI...
26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi
– onlar yalan danışırlar…
26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi
26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu
- öz ölkənizin problemləri ilə məşğul olun...
26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...
26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib
26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...
26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…
26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi
- VİDEO
26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi
26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə...
Kimlərə nə qədər ödənilir?
26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı
- Vaşinqton narahatdır...
25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...
25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü...
- VİDEO
25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi
25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...
25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür
- AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...
25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi
25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı
25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi
- "kəpənək adamların" xatirinə...
25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu
25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...
25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi
- anası yaralandı...
25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...
25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər”
- Mask Ukraynanı günahlandırdı...
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ