çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Nefti ucuzlaşdıran ölkələr indi bunun əziyyətini özləri çəkir...

Image


Dünya bazarında neftin qiymətinin ucuzlaşması bu prosesdə rol oynayan ölkələrin özünə də böyük ölçüdə zərər vurmağa başlayıb. Qeyd edək ki, neftin dəyərdən düşməsində əsas rol oynayan dövlətlər qismində daha çox ABŞ və Səudiyyə Ərəbistanının adı hallanır. Xüsusən də Səudiyyə Ərəbistanının hasilatı azaltmaqdan imtina etməsi qiymətlərin yenidən yüksəlməsinin qarşısını alıb.
Amma artıq bu vəziyyət sözügedən ölkəyə də mənfi istiqamətdə ciddi təsir etməyə başlayıb. Hətta iş o yerə çatıb ki, Səudiyyə Ərəbistanı Krallığı neftin ucuzlaşması fonunda dövlət sifarişilə görülən işlərə ödəniş edə bilmir. Krallıq 2009-cu ildən bəri ilk dəfə dövlət büdcəsi kəsirini formalaşdırmaq problemi ilə üzləşib.
"Bloomberg" agentliyi üç məlumatlı mənbəyə istinadən xəbər yayıb ki, infrastruktur layihələrini reallaşdıran şirkətlər 6 aydır ödəniş gözləyir, hökumət isə pul vəsaitlərinə qənaət etməyə çalışır. Agentliyin adının açıqlanmasını istəməyən mənbəsi qeyd edib ki, ödənişlərin yubadılması problemi bu ildən dərinləşib və dövlət şirkətlərlə bağladığı müqavilələrin dəyərinə yenidən baxmaq istəyir. Krallığın gəlirlərinin təxminən 80 faizi neftdən gəlir. Səudiyyə Ərəbistanı problemi həll etmək üçün beynəlxalq ehtiyatlarından istifadə edir, xərclərini azaldır və istiqrazlar yerləşdirir. Ölkənin beynəlxalq ehtiyatları təxminən 82 milyard dollar azalıb.
ABŞ-da da vəziyyət pisləşməkdədir. Beynəlxalq Enerji Akademiyasının məlumatına görə, ötən ay ABŞ-da neft hasilatı gündəlik 120 min barrel azalıb. Bu, son 1 ildə ABŞ-da qeydə alınan ən aşağı istehsal göstəricisidir. Eyni zamanda, Birləşmiş Ştatlarda hasilatın azalacağı ilə bağlı proqnozlar verilməkdədir. Bu durum neft istehsalı və emalı ilə məşğul olan ABŞ şirkətlərinin yarıya qədərinin fəaliyyətinin dayanması ilə nəticələnib. Vəziyyətin daha da pisləşəcəyi gözlənir. OPEK üzvlərinin bir çoxunda da eyni hal müşahidə olunur. Vyanada Venesuelanın təşəbbüsü ilə çağırılan toplantıda bu ölkənin neft naziri Euloqio del Pino yeni strategiya - hasilatı azaltmaq hesabına neftin bir barrelinin qiymətini 70 dollardan aşağı olmayan səviyyəyə çatdırmaq üçün öz təkliflərini təqdim edib. Xatırladaq ki, məşvərətə 8 qeyri-OPEK üzvü - Azərbaycan, Braziliya, Kolumbiya, Qazaxıstan, Norveç, Meksika, Oman və Rusiya dəvət edilib. Lakin Azərbaycan bu məşvərətə qatılmayıb. Energetika naziri Natiq Əliyev bununla bağlı bildirib: "Biz OPEK-in iclasında iştirak etmək üçün dəvət alsaq da, düşündüm ki, orada müzakirə olunan məsələlər bizim üçün o qədər də vacib deyil. Buna görə, özüm qərar qəbul etdim ki, orada iştirak etməyə ehtiyac yoxdur". Natiq Əliyev vurğulayıb ki, OPEK-in iclaslarında bir neçə vacib məsələ, o cümlədən neftin hasilatının azaldılması ilə bağlı məsələyə dəfələrlə baxılsa da, Səudiyyə Ərəbistanı başda olmaqla, digər OPEK ölkələri heç zaman buna getməyib: "Şübhəsiz, OPEK vaxtında belə bir qərar qəbul etsəydi, neftin hasilatını aşağı salsaydı, ola bilsin ki, neftin qiyməti artardı. Bu bizim üçün də əlverişli olardı. Eyni zamanda, qeyri-OPEK ölkələri də neftin hasilatının azaldılması ilə bağlı səy göstəriblər". Artıq o da bəllidir ki, kartelə üzv olmayan ölkələr hasilatı azaltmaq niyyətində deyillər. Əksinə, Rusiya hasilatı daha da artırır. Üzləşdiyi çətinliyə rəğmən, Səudiyyə Ərəbistanı da hələlik hasilatı azaltmaq niyyətində olmadığını bildirir. Bu durumda İranın neft naziri Bican Namdar Zangane xəbərdarlıq edib ki, OPEK ölkələri hasilatı azaltmalı və neftin bir barrelinin qiymətini 70-80 dollaradək artırmağa nail olmalıdırlar. Əks təqdirdə, Qərb sanksiyalarını ləğv etdikdən bir həftə sonra İran bazara gündə 500 min barrel neft çıxaracaq. Bu da qiymətlərin daha da aşağı düşməsinə gətirib çıxaracaq. Məhz bütün bunlar fonunda "MoodyTs" beynəlxalq reytinq agentliyi "Brent" markalı neftin 2016-cı il qiymətləri ilə bağlı yeni proqnoz açıqlayıb. Gələn il neftin bir barrelinin 53 dollar olacağı proqnozlaşdırılır. Əvvəlki proqnoz 57 dollar idi. "MoodyTs" agentliyi "Layt" markalı neftin bir barrelinin qiyməti üçün də proqnozu dəyişib. Gələn il üçün qiymət 52 dollardan 48-ə düşürülüb.
Xatırladaq ki, "MoodyTs" neft qiymətlərinin azalmasına çox az sayda ölkənin, o cümlədən Azərbaycanın hazır olduğunu bildirib. "Moody’s" analitiki Sebastyan Bekker qeyd edib ki, Azərbaycanın yüksək valyuta ehtiyatları hökumətə aşağı neft qiymətləri dövründə büdcə kəsirlərini örtməyə, zəif iqtisadi artımın və azalan büdcə gəlirlərinin öhdəsindən gəlməyə imkan verəcək: "Son 10 ildə yüksək neft gəlirləri Azərbaycana xarici borclarını aşağı səviyyədə tutmağa və Azərbaycan Mərkəzi Bankı ilə Dövlət Neft Fondunda yüksək miqdarda valyuta ehtiyatı toplamağa şərait yaradıb. Buna baxmayaraq, neft gəlirlərindən asılı olan Azərbaycan gələcəkdə neftin qiymətlərinin azalmasına qarşı həssas qalmaqda davam edir.
Hökumət neft gəlirlərini qeyri-neft sektorunun inkişafına yönəltməyə davam etməlidir".
Lakin aydındır ki, neftin dünya bazar qiymətinin yüksəlməsi Azərbaycan üçün olduqca faydalıdır. Bu, ölkəyə daxil olan valyutanın həcminin artmasının, büdcə gəlirlərinin çoxalmasının, monetar stabilliyin və dövlət rezervlərinin həcminin qorunub saxlanmasının əsas şərtlərindən hesab edilir.
Tahir TAĞIYEV
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ