Bu gün ölkə başçısının bizim qarşımızda qoyduğu ən mühüm vəzifələrdən biri ondan ibarətdir ki, vergi daxilolmaları artırılsın, büdcənin cari xərcləri məhz vergi və gömrük daxilolmaları hesabına formalaşsın".
Bunu "APA-Economics”ə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
Nazir müavini bildirib ki, bu, ancaq vergitutma bazasının genişləndirilməsi hesabına mümkündür: "Biz də çalışırıq ki, harada vergi bazasının genişləndirilməsi imkanı varsa, biz o işləri sürətləndirək. Bu istiqamətdə də işlər aparılır. Düşünürəm ki, gələn il biz bu sahədə konkret addımlar atmağa başlayacağıq".