çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Azərbaycan dünyada neftin ən ucuz qiymətlərinə hazır ölkə kimi...

Image


Neft bazarında cərəyan edən son proseslər burada qiymətlərin müəyyən olunmasında spekulyativ amillərin bundan sonra da müəyyən müddət hökmran olacağını göstərir. Xüsusən də Rusiyanın neft gəlirlərini kəskin azaltmaq məqsədilə Qərb ölkələrinin atdığı addımlara bəzi ərəb dövlətlərinin verdiyi dəstək vəziyyəti daha da çətinləşdirir.
Bu arada Suriya məsələsinə görə Rusiya ilə münasibətləri xeyli pisləşən Səudiyyə Ərəbistanının kommersiya xarakterli neft ehtiyatı 2002-ci ilin rekordunu təzələyərək 326,6 milyon barrel olub. "Blomberq" agentliyi Səudiyyə Ərəbistanının neft ehtiyatını dünya bazarlarında öz yerini möhkəmləndirmək üçün artırdığını bildirib. O da qeyd olunur ki, bu hal neftin qiymətinin daha da ucuzlaşmasına rəvac verə bilər.
Qeyd edək ki, bu məsələ OPEK-in neftin qiymətinin 70 dollara qaldırılması yollarının müzakirəsinə dair oktyabrın 21-də keçiriləcək müşavirəsində də geniş müzakirə olunacaq. Xatırladaq ki, OPEK-ə üzv olan və ya olmayan hasilatçı ölkələrin müşavirəsini çağırmaq təklifini kartelin baş katibi Abdalla əl-Badri irəli sürüb. Gözlənir ki, iclasda Venesuela neftin qiymətinin artırılmasına dair yeni strategiya təklif etsin. Venesuela hesab edir ki, bu strategiya sayəsində neftin qiymətini 70 dollara qaldırmaq mümkündür.
Lakin nəinki OPEK-ə daxil olmayan, eləcə də kartelə üzv olan ölkələrin əksəriyyəti, qiymətlərin aşağı olmasına baxmayaraq, hasilatı azaltmaq təkliflərinə müsbət yanaşmır. Nəticədə OPEK-in neft bazarına təsir imkanı faktiki olaraq yoxdur. Ən iri neft hasilatısı olan Səudiyyə Ərəbistanı hasilatı heç bir halda aşağı salmayacağını elan edib. O cümlədən İran və bir çox digər hasilatçı ölkələr də bu taktikanı seçib. Bütün bunlar neftin qiymətinin aşağı düşəcəyini istisna etmir. Belə vəziyyət isə neft hasil edən ölkələrin maliyyə gəlirlərinə mənfi təsir göstərir. Amma neftin aşağı qiymətinə hazır olan ölkələr də var və bu sırada Azərbaycanın adı ön sıralarda çəkilir. Yeri gəlmişkən qeyd edək ki, Almaniyada Azərbaycan iqtisadiyyatı ilə bağlı "Moody’s" beynəlxalq reytinq agentliyinin növbəti məruzəsi dərc edilib. Məruzədə deyilir ki, Azərbaycanın xarici və yerli valyutada dövlət istiqrazları üzrə suveren reytinqinin "Baa3", proqnozunun "stabil" kimi təsdiq olunmasında Azərbaycanın xarici valyuta ehtiyatlarının iqtisadiyyatda hər hansı mənfi təsirin qarşısını almaqda "bufer" effekti yaratması əsas rol oynayıb. Agentlik hesab edir ki, kəskin azalan neft qiymətləri neft gəlirlərindən asılı olan Azərbaycan iqtisadiyyatında "şok" təsiri və təzyiqlər yaratsa da, 2015-ci ilin ikinci rübünün sonunda 42 milyard dollar təşkil edən valyuta ehtiyatları bu təzyiqləri aradan qaldırmaq üçün Azərbaycana müəyyən qədər vaxt verib.
"Moody’s" analitiki Sebastyan Bekker qeyd edib ki, Azərbaycanın yüksək valyuta ehtiyatları hökumətə aşağı neft qiymətləri dövründə büdcə kəsirlərini örtməklə, zəif iqtisadi artımın və azalan büdcə gəlirlərinin öhdəsindən gəlməyə imkan verəcək: "Son 10 ildə yüksək neft gəlirləri Azərbaycana xarici borclarını aşağı səviyyədə tutmağa və Azərbaycan Mərkəzi Bankı ilə Dövlət Neft Fondunda yüksək miqdarda valyuta ehtiyatı toplamağa şərait yaradıb. Buna baxmayaraq, neft gəlirlərindən asılı olan Azərbaycan gələcəkdə neftin qiymətlərinin azalmasına həssas qalmaqda davam edir. Hökumət neft gəlirlərini qeyri-neft sektorunun inkişafına yönəltməyə davam etməlidir". Agentlik İrana qarşı tətbiq edilən iqtisadi sanksiyaların aradan qaldırılmasından sonra İran neftinin dünya bazarlarına daxil olması ilə neft qiymətlərinin 2016-cı ildə bir qədər də enə biləcəyini qeyd edib: "Bu, Azərbaycan iqtisadiyyatına mənfi təsir etsə də, qonşu İranla ticarət münasibətlərinin bərpası yaranan çətinlikləri kompensasiya etməyə kömək edəcək". Beləliklə, ölkəmiz neftin aşağı qiymətilə bağlı yarana biləcək problemləri uğurla çözə biləcək. Amma bütün ölkələr haqda bunu demək olmaz. Məsələn, mərkəzi Londonda yerləşən "Energy Aspects" məsləhətçi şirkətinin neft analitiki Virendra Kauhan bildirir ki, gəlirlərinin böyük hissəsi neft ixracına bağlı olan Körfəz ölkələri neftin qiymətinin ucuzlaşması ilə iqtisadi və maliyyə problemləri ilə qarşılaşa bilər. O, neftin qiymətinin ucuzlaşmasının Körfəz ölkələrinin dövlət büdcəsinə mənfi təsir edəcəyini bildirib: "Neftin qiymətlərinin 2014-cü ilin iyunundan bu vaxtadək 60 faizə qədər ucuzlaşması və yaxın zamanda 70 dollardan aşağı olacağına dair proqnozlar gəlirlərinin, demək olar ki, hamısını neftdən əldə edən ölkələr üçün müəyyən narahatlıqları gündəmə gətirib.
Əsasən də son 10 ildə artan neft qiymətləri ilə əlaqədar təxminən 2,5 trilyon dollarlıq ehtiyata sahib olan və Orta Şərqin böhranlarla sarsıldığı bu dövrdə neft sərvətinin təmin etdiyi maliyyə gücü ilə siyasi, ictimai və iqtisadi tarazlıqlarını qorumağı bacaran Körfəz ölkələri baş verə biləcək təhlükədən ən çox təsirlənəcək bölgələr arasında yer alır.
Neftin qiymətlərinin uzun müddət hazırkı səviyyədə qalması və ya ucuzlaşması Körfəz ölkələrində dövlət büdcəsinə xeyli zərər vuracaq. Bu vəziyyət ötən vaxtlarda Səudiyyə Ərəbistanının büdcəsindəki azalmanın qarşısını almaq üçün dünyanın ən böyük fondlarındakı 70 milyard dollarlıq sərmayələrini geri qaytarmasına da səbəb olub". Venesuela və bir sıra Latın Amerikası ölkələri, o cümlədən ABŞ da neftin aşağı qiymətindən getdikcə daha çox əziyyət çəkməkdədir.
Nahid SALAYEV






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir - CANLI

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ