"Bu il Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsində azalma müşahidə edilib. Bu da əsasən neft məhsullarının, neftin qiymətinin aşağı düşməsi ilə bağlıdır". "APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Türkiyənin gömrük və ticarət naziri Cenap Aşçı ilə görüşündən sonra bildirib.
"Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Buna görə, ümid edirik ki, gələcəkdə iki ölkə arasında ticarət dövriyyəsi getdikcə artacaq", - deyə DGK sədri qeyd edib.