çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Avro dəyərdən bir daha düşəcək

Image


Dünya maliyyə bazarlarında cərəyan edən proseslər avronun yenidən digər valyutalar, o cümlədən manat qarşısında xeyli dəyər itirə biləcəyini göstərir. Buna səbəb Avropada iqtisadi vəziyyətin pisləşməsi, həmçinin, Avropa Mərkəzi Bankının kəmiyyət yumşaldılması proqramıdır. Xatırladaq ki, Avropada müvafiq proqram çərçivəsində hər ay dövriyyəyə 60 milyard avro buraxılır və həmin pula dövlət və özəl qiymətli kağızların alınması həyata keçirilir.
Məqsəd avrozonada illik inflyasiya səviyyəsini 2%-ə yaxın həddə qaldırmaqdır. Proqram 2016-cı ilin sentyabr ayına qədər davam edəcək və vəziyyətdən asılı olaraq uzadıla bilər. Bu müddətdə Avropa iqtisadiyyatına yönəldilən vəsaitin həcmi 1,1 trilyon avro olacaq. Dünya bazarlarında avronun ucuzlaşması həm də Avropanın ixrac imkanlarının genişlənməsinə hesablanıb. Belə bir vaxtda isə "Standart and PoorTs" beynəlxalq Kredit reytinqi agentliyi Avropa Mərkəzi Bankının qiymətli kağızların alışı proqramını 2018-ci ilin ortasına qədər uzatmasını proqnozlaşdırıb. "Standart and PoorTs" proqramın həcmini iki qat artıraraq 2.4 trilyon avro olacağını proqnozlaşdırır. "Avro zonası üçün risqlər davam edir. Avropa Mərkəzi Bankının monetar ekspansiya proqramını 2016-cı ilin sentyabr ayından sonrakı müddətə uzadacağına inanırıq. Monetar ekspansiya 2018-ci ilin ortasına qədər davam edə və 1.1 trilyon avroluq proqram iki dəfədən çox artaraq 2.4 trilyon avroya çıxa bilər. İnkişaf edən ölkələrin pul vahidlərinin ucuzlaşması ilə əlaqədar olaraq avro yenidən bahalaşmağa başlayıb. Bu vəziyyət Avropa Mərkəzi Bankının iqtisadi artım və inflyasiyanı dəstəkləməyi qarşısına məqsəd qoyan monetar ekspansiya proqramını mürəkkəbləşdirir. Bu iki zəif nöqtə monetar ekspansiyanın 2016-cı ilin sentyabr ayından sonra da davam etdirilməsini təmin edəcək". Bütün bunlar avronun daha da ucuzlaşmasını şərtləndirəcək. Əslində, Çin də daxil olmaqla, bir sıra ölkələrin pullarının ucuzlaşması Avropanı narahat edir.
Belə bir vaxtda bəlli olub ki, Asiya ölkələrinin milli valyutaları son 17 ilin ən çətin rüblük dövrünü keçirir. Bu ölkələrin milli valyutaları 1997-1998-ci illərin Asiya maliyyə böhranından bu tərəfə ən yüksək rüblük zəifləmə ilə üzləşib. Milli valyutalar Çinin yuanı devalvasiya etməsi və ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırmaq planları səbəbindən kəskin devalvasiyaya məruz qalıb. Yaponiya istisna olmaqla, ən çox istifadə olunan 10 Asiya valyutasını araşdıran "Bloomberg-JP Morgan Asiya Dollar" indeksi 1997-1998-ci illərin böhranından bu tərəfə ən çətin dövrün başlandığını göstərir. Sözügedən indeks 4,2% geriləyib. Çindəki iqtisadi yavaşlama bölgənin ixrac potensialını azaldaraq "valyuta müharibəsi"nə yol açır. Sidneydə yerləşən "Westpac banking" Korporasiyasının valyuta strategiyası üzrə mütəxəssisi Şon Kalou bildirib ki, 2015-ci ilin son rübündə heç bir Asiya milli valyutası güclənə bilməyəcək. Qeyd edək ki, bu ilin üçüncü rübündə İndoneziya rupisi 9,1%, Tailand batı 7,1%, Tayvan dolları 6%, Cənubi Koreya vonu 6,4%, Çin yuanı isə 2,4% devalvasiyaya uğrayıb. Elə bu səbəbdən ixrac potensialını qorumaq üçün avronun məzənnəsinin aşağı salınması proqnozlaşdırılır.Bununla "valyuta müharibəsi"nin yenidən qızışması gözlənir. Artıq beynəlxalq təşkilatlar, o cümlədən BVF tərəfindən bu təsdiq edilib. Qeyd olunduğu kimi, əksər ölkələr böhrandan yaranmış iqtisadi problemlərini həll etmək üçün milli valyutalarını süni şəkildə ucuzlaşdırır və bu məzənnədən bir alət kimi istifadə edirlər. Burada təkcə inkişaf etməkdə olan yox, eyni zamanda inkişaf etmiş ölkələr də bu siyasətə qatılır. Belə vəziyyətdə avronun yenidən ucuzlaşması isə mənfi təsirlərə malikdir. Məsələn, avronun məzənnəsinin aşağı düşməsi Azərbaycan məhsullarının Avropa bazarında daha baha olmasına səbəb olur. Bu da Azərbaycan məhsullarının çıxış imkanlarını məhdudlaşdırır və ölkəmizin Avropada rəqabət imkanını xeyli daraldır. Avropa şirkətlərinə isə əksinə, imkan verir ki, Azərbaycan da daxil olmaqla, digər xarici bazarlara daha asan çıxsınlar. Çünki avronun məzənnəsinin aşağı düşməsi Avrozonada istehsal olunan məhsulların dünya bazarında ucuzlaşmasına və bununla daha çox rəqabət aparmasına imkan yaradır.
Eyni zamanda, təbii ki, Azərbaycan daxilində Avropada istehsal olunan məhsulların qiymətlərində enmələr müşahidə ediləcək. Çünki avronun məzənnəsinin aşağı düşməsi birmənalı şəkildə həmin məhsulların qiymətlərinin azalmasına gətirib çıxaracaq. Kiçik sahibkarlar, avrozonadan məhsul və avtomobil idxal edən iş adamları üçün avronun aşağı düşməsi sərfəlidir. Lakin ucuzlaşma Avropadan Azərbaycana gələn turistlərin ölkəmizdə daha az pul xərcləməsinə səbəb olur. Ekspertlər hesab edir ki, avronun ucuzlaşması bundan sonra da Azərbaycan manatının məzənnəsinə təsir edə bilər. Əsas təsirlərdən biri manatın məzənnəsinin daha da yüksəlməsidir. İndiki durumda bu hal sərfəli sayılmır.
Tahir TAĞIYEV




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ