çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Azərbaycanda alternativ (bərpa olunan) enerji mənbələri: mövcud vəziyyət, əsas prioritetlər və perspektiv imkanlar

Image


İqtisadi inkişaf müxtəlif növ enerjiyə tələbatın artması ilə müşayiət olunur. Bunun nəticəsində bir sıra ekoloji problemlər meydana çıxır. Qlobal istiləşmə, səhralaşma və quraqlıq, biomüxtəliflik, ozon qatının dağılması kimi problemlər son vaxtlar insan həyatı, ümumiyyətlə, bütün canlı aləm üçün real təhlükəyə çevrilib.
Dünyada, o cümlədən Azərbaycanda belə mühüm problemlərin həlli "Ozon qatının qorunması haqqında Vyana Konvensiyası" (1985), "Ozon qatını dağıdan maddələr haqqında Monreal Protokolu" (1987) və Protokola düzəlişlər (London-1990, Kopenhagen-1992, Monreal-1997), "Dayanıqlı inkişaf haqqında" BMT-nin XXI əsrin gündəliyi konfransı (Rio-de Janeyro-1992), Avropa ölkələrinin ətraf mühit nazirlərinin konfransı (Lyusem-1993), "Dayanıqlı energetika və parnik effekti yaradan qaz tullantılarının azaldılması haqqında Kioto Protokolu"nun (1997) prinsiplərinə əsaslanıb. Bu prinsiplər əsasında yaradılmış konsepsiya artıq bəyənilib və "Ətraf mühitin mühafizəsi üzrə Milli İcra Planı"na daxil edilib.
Konkret icra mexanizmləri nəzərə alınmaqla bərpa olunan enerji mənbələrindən istifadəni inkişaf etdirmək üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2004-cü il oktyabrın 21-də "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı" təsdiq olunub. Sərəncamın həyata keçirilməsi müvafiq dövlət qurumlarına tapşırılıb. Onu da qeyd etmək lazımdır ki, vaxtında qəbul olunmuş bu Dövlət Proqramı milli energetikanın tərəqqisi naminə yeridilən məqsədyönlü siyasətin məntiqi nəticəsidir.
Ölkəmizdə alternativ enerji mənbələrindən maksimum istifadə istiqamətində tədbirlər davam edir.
"Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması" üzrə Dövlət Proqramında külək, günəş, hidro, biokütlə və geotermal enerji mənbələrindən geniş və səmərəli istifadə olunması üçün konkret məsələlər qoyulub. Dövlət Proqramına müvafiq olaraq ölkədə külək və günəş enerjisinin paylanması üzrə xəritələr, cədvəllər hazırlanıb, kiçik çayların, kanal və digər su axarlarının enerji potensialının öyrənilməsi həyata keçirilib.

Külək enerjisindən elektrik enerjisinə

Aparılmış çoxillik müşahidələr və tədqiqatlar nəticəsində müəyyən olunub ki, Azərbaycanın Xəzəryanı ərazisində küləyin illik orta sürəti 40-50 metr hündürlükdə saniyədə 7 metrdən az deyil. Abşeron yarımadasında isə 12-14 metr hündürlükdə bu göstərici saniyədə 5,6-7,1 metr intervalında dəyişir. Külək enerjisi qurğuları müxtəlif - kiçik (0,1-30 kVt (kilovat), orta və böyük gücə (0,33-5 MVt) malikdir. Təyinatına görə onlar müvafiq olaraq fərdi və şəbəkə qurğularına bölünür. Kiçik gücə malik energetik qurğular əsasən fərdi elektrik tələbatçılarını (fərdi və bağ evlərini, kiçik fermer təsərrüfatlarını, müxtəlif məişət xidməti obyektlərini və s.) elektrik enerjisi ilə təchiz etmək üçün istifadə olunur. Orta və böyük gücə malik olan energetik qurğular isə yüksək gərginlikli elektrik sisteminə qoşularaq onun dayanıqlı və fasiləsiz işləməsinə şərait yaradır.

Xızıda pilot layihə

2009-cu ildə özəl şirkət Xızı rayonunun Şurabad kəndi yaxınlığında külək enerjisindən elektrik enerjisi istehsal edən pilot layihə həyata keçirib və həmin ərazidə Danimarka istehsalı olan 0,85 MVt gücə malik olan 2 külək enerjisi qurğusu (KEQ) quraşdırılıb. Qurğular vasitəsilə bir il ərzində 7 milyon kVt-saat elektrik enerjisi istehsal olunaraq yüksək gərginlikli elektrik sisteminə ötürülüb. Bu qədər elektrik enerjisi Xızı rayonunun tələbatını 50 faiz ödəməklə bərabər tələbatçıları "yaşıl enerji" ilə təmin edib. Yeri gəlmişkən, bu qədər elektrik enerjisinin istilik elektrik stansiyasında istehsalına 2 milyon kubmetr təbii qaz tələb olunur.
Şirkətin yeni layihəsinə görə, hazırda hər birinin gücü 3 MVt olan 16 KEQ-dən ibarət külək parkının yaradılması üçün işlər yerinə yetirilir. Bundan əlavə, Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin ərazisində hər birinin gücü 0,9 MVt olan 3 KEQ quraşdırılıb.
Avropa İttifaqı dövlətlərinin rəsmi məlumatına görə, təkcə külək enerjisindən istifadə olunması atmosferə atılan karbon qazının miqdarını 2020-ci ildə 236 milyon ton azaltmağa imkan verəcək.

240 min günəş paneli və 12 milyon LED lampası

Azərbaycanın iqlim şəraiti günəş enerjisindən istifadə etməklə elektrik və istilik enerjisinin istehsalını artırmağa geniş imkanlar açır. Ölkəmizdə günəşli saatların miqdarı il ərzində 2400-3200 saat, 1 kvadratmetr yer səthinə düşən günəş enerjisinin miqdarı 1500-2000 kVt-saatdır. "AzGüntex" zavodunda günəş modulları istehsal olunur. Yaxın gələcəkdə LED lampaları xətləri də fəaliyyət göstərəcək. Müəssisədə hər birinin gücü 42 Vt-dan 250 Vt-a qədər olan və 60 fotoelementlə təchiz edilən panellər beynəlxalq standartlar səviyyəsində hazırlanır və sabit elektrik enerjisi verir. Bərpa olunan enerjinin tətbiqi zamanı istifadə olunan əsas çeviricilərdən biri də LED lampalarıdır. Yeni nəsil işıqlandırma sistemi olan və geniş yayılan bu LED lampalar enerjiyə qənaəti və uzun müddət ərzində istismar olunması ilə fərqlənir. "AzGüntex" zavodunda il ərzində 240 min günəş paneli və 12 milyon LED lampası istehsal olunacaq.

Günəş Elektrik Stansiyası

2010-cu ildən Sumqayıt Texnologiyalar Parkında "Günəş kollektorları və qazanları" zavodu fəaliyyət göstərir. Yüksək keyfiyyətə malik olan bu kollektorların iş prinsipi suyun qızdırılmasından ibarətdir. Kollektorlar 1 saat ərzində 100 litr suyu hava şəraitindən asılı olaraq 40-80 selsi və daha artıq qızdırma gücünə malikdir. Zavodda təbii dövretmə prinsipi ilə işləyən qapalı isti su kollektorlarından və xrom çənlərdən ibarət su sistemləri və təzyiq altında işləyən boyler sistemləri də istehsal edilir. Həmçinin Qobustan Eksperimental Poliqonu ərazisində 1,8 MVt gücündə günəş elektrik stansiyası fəaliyyət göstərir.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı" Dövlət Proqramına müvafiq olaraq iqtisadi rayonlarda ümumi gücü 140 MVt olan kiçik su elektrik stansiyalarının tikintisi, Naxçıvan iqtisadi rayonunda isə eyni zamanda külək enerjisi qurğularının və günəş elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Biokütlə enerjisinə gəldikdə isə, Qobustan Eksperimental Poliqonu ərazisində 1 MVt gücündə bioenerji qurğusu quraşdırılıb. Azərbaycanın ərazisi termal sularla da zəngindir və bu sulardan istilik enerjisi almaq məqsədilə istifadə oluna bilər.

Bioqaz qurğuları

Dağ rayonlarında fərdi tələbatçılar üçün kiçik dağ çaylarının enerjisindən istifadə etməklə kiçik gücə malik (30 kVt-a qədər) qurğuların, maldarlığın, quşçuluğun inkişaf etdiyi iqtisadi regionlarda isə sutkada məhsuldarlığı 5-15 kubmetr olan kiçik bioqaz qurğularının istehsalı çox fayda verir. Belə qurğuların istismarı zamanı alınan maye gübrələr əkinçilikdə məhsuldarlığı 15-20 faiz artırmağa şərait yaradır. Xəzər dənizi akvatoriyasında isə küləyin potensialından səmərəli istifadə etmək məqsədilə dəniz külək parkının yaradılması məqsədəuyğun olardı.
Kiçik gücə malik külək enerjisi və bioqaz qurğularının, günəş kollektorlarının fərdi istehlakçılar arasında yayılmamasının əsas səbəblərindən biri də geniş əhali kütləsinin bu qurğular haqqında məlumatlarının kifayət qədər olmamasıdır. Fərdi istehlakçıların bərpa olunan enerji mənbələri, onlardan istifadə edilməsi, texniki imkanları və s. haqqında maarifləndirilməsi məqsədilə kütləvi informasiya vasitələrinin imkanlarından, internet şəbəkəsindən geniş istifadə olunmalıdır. Telekanallarda, radio yayımlarında, qəzetlərdə aparıcı alimlər və mütəxəssislərin çıxışları hazırlanmalı, xüsusi internet şəbəkəsi yaradılmalı və bu qəbildən olan digər vacib tədbirlər görülməlidir.
Yuxarıda qeyd edildiyi kimi, alternativ enerji mənbələrinin istifadəsi bu potensialın yüksək olduğu və ənənəvi yanacaq resurslarının çatışmadığı rayonlarda daha perspektivlidir. Azərbaycanda bu tip yerlər ucqar dağ kəndləri və dağlıq ərazilər, xüsusi mühafizə olunan təbiət əraziləri ola bilər. Azərbaycanın, demək olar ki, bütün əraziləri zəngin alternativ enerji resurslarına malikdir. Ölkəmizin cənub rayonları və Naxçıvan çox yüksək günəş enerjisi resurslarına malikdir. Dəniz neftçıxarma sahələrində, dənizçilikdə, Şirvan Milli Parkı və Ağgöl dövlət təbiət qoruğuna dalğa energetikası effektiv tətbiq oluna bilər. Abşeron-Qobustan ərazisi yüksək külək energetikası potensialına malikdir.

Qanunvericilikdəki boşluqlar

Bərpa olunan enerji mənbələri ilə məşğul olan mütəxəssislər bu sahənin inkişaf perspektivlərinə şübhə etmirlər. Ən başlıca məsələ ölkədə bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə kapital qoyuluşu üçün hüquqi bazanın yaradılmasıdır. Bununla bərabər, sahənin inkişafına mane olan bir sıra amillər də var. Bunlardan alternativ enerji mənbələrinin perspektivləri barədə əhalinin lazımi dərəcədə məlumatlandırılmamasını, bərpa olunan enerji mənbələrindən istifadənin özünəməxsus xüsusiyyətlərindən irəli gələn digər səbəbləri - ənənəvi təcrübənin yoxluğunu, peşəkarların azlığını, müasir texnologiya və reklamların çatışmamasını, rəqabət qabiliyyətinin aşağı səviyyəsini, xaricdə istifadə olunan avadanlıqlar haqqında informasiyanın qıtlığını, cəlbedici layihələrin olmamasını, sistemli infrastrukturun zəifliyini və s. göstərmək olar. İnanırıq ki, "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi ilə göstərilən problemlər öz həllini tapacaq.
Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ