çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Azərbaycanda alternativ (bərpa olunan) enerji mənbələri: mövcud vəziyyət, əsas prioritetlər və perspektiv imkanlar

Image


Günəş, külək və digər alternativ və bərpa olunan enerji mənbələrindən istifadə bir çox dünya ölkələrində energetika sahəsinin əsas qollarından biridir. Nəzərə alsaq ki, Azərbaycanda ildə 300 günəşli və 270 küləkli gün var, deməli, bu sahənin inkişafı ölkəmiz üçün daha səmərəlidir. Azərbaycan alimləri də "yaşıl" enerji mənbələrinin istifadəsi istiqamətində yorulmadan çalışır.
Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsinin hər il dərc olunan "The World Factbook" kitabının və BP şirkətinin "dünya energetikasına statistik baxış - 2014" hesabatına əsasən, dünya ölkələrinin ümumi neft ehtiyatları təxminən 240 mlrd. tonn, təbii qaz ehtiyatları isə 185-200 trln. kubmetr təşkil edir. Qeyd edək ki, neft, təbii qaz və mövcud bütün yanacaq ehtiyatlarının tükənmə müddəti orta hesabla 100 il təşkil edir, deməli, alternativ və bərpa olunan enerji mənbələrindən dünya miqyasında istifadə artıq zərurətdir. 2013-cü ildə dünyanın enerji istehlakının təxminən 21 faizi bərpa olunan enerji resursları hesabına təmin olunub. Azərbaycan özünün əlverişli təbii şəraiti ilə kifayət qədər alternativ və bərpa olunan enerji potensialına malikdir. Ölkəmizdə "yaşıl" energetikanın inkişafı üçün 2013-cü ildən etibarən Dövlət Agentliyi fəaliyyət göstərir. Bu müddət ərzində alternativ və bərpa olunan enerji mənbələri sahəsində kifayət qədər işlər görülüb. Lakin ölkəmiz üçün bu hələ başlanğıcdır.
Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması da dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Ölkə başçısının müvafiq Sərəncamı ilə 2004-cü ildə "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın təsdiqlənməsi bu istiqamətdə işlərin daha intensiv şəkildə həyata keçirilməsini təmin edib. Azərbaycan alternativ enerji istehsalı üçün coğrafi şəraitinə görə də olduqca əlverişli region sayılır. İl ərzində günəşli günlərin çoxluq təşkil etməsi, eləcə də küləkli ərazilərin mövcudluğu alternativ enerji mənbələrinin ortaya çıxmasını şərtləndirir və ondan səmərəli istifadəni aktuallaşdırır.
Ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə qəbul edilən Dövlət Proqramında qarşıya qoyulan əsas vəzifələr elektrik enerjisinin istehsalında alternativ enerji mənbələrinin potensialını müəyyənləşdirməkdən, bərpa olunan enerji mənbələrini istismara cəlb etməklə ölkənin enerji resurslarından istifadənin səmərəliliyini yüksəltməkdən, yeni enerji istehsalı sahələrinin yaradılması hesabına əlavə iş yerlərinin açılmasını təmin etməkdən, alternativ enerji mənbələrinin hesabına respublikanın enerji gücünün artırılması və bununla ölkənin enerji təhlükəsizliyinin təminatının yüksəldilməsinə nail olmaqdan ibarətdir. Dövlət Proqramına uyğun olaraq, özəl investisiya mənbələrinin də bu sahəyə cəlb edilməsi istiqamətində işlər görülür. Bu investisiyalar hesabına alternativ enerji mənbələrinin imkanlarından maksimum istifadə edilərək ölkənin elektrik enerjisi sisteminin gücləndirilməsi təmin olunacaq.
Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə olunması sahəsində dövlət siyasəti və tənzimlənməsi, alternativ və bərpa olunan enerji mənbələri (ABOEM) üzrə fəaliyyətin səmərəli təşkili, bu sahədə fəaliyyətin əlaqələndirilməsi və dövlət nəzarəti Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Qurumun işgüzar fəaliyyəti sayəsində qısa müddətdə ölkəmizdə alternativ enerji mənbələrindən istifadə edilməsi üzrə ən yüksək səviyyədə təchizata malik müəssisələr istifadəyə verilib.
Onu da qeyd edək ki, bərpa olunan enerji mənbələrinin inkişafını təmin etmək məqsədilə ildə 11 milyard kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulur.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin "Azalternativenerji" Məhdud Məsuliyyətli Cəmiyyətinin Suraxanı Günəş Elektrik Stansiyasının yaradılması da bu istiqamətdə görülən işlərin ardıcıl xarakter almasını bir daha sübut edir. Stansiya 2014-cü ilin iyulunda istifadəyə verilib. Müasir avadanlıqla təchiz olunan stansiyada elektrik enerjisinin istehlakçıya itkisiz çatdırılması üçün bütün imkanlar yaradılıb. Altı hektar sahədə yaradılan stansiyada 8 min günəş paneli quraşdırılıb. Bu panellər gündə təxminən 12 min kilovat-saat elektrik enerjisi istehsal etmək iqtidarındadır. Gələcəkdə burada daha 4 min belə panelin quraşdırılması nəzərdə tutulur.
Stansiyanın idarəetmə mərkəzindən Qobustan Hibrid Elektrik Stansiyası, Suraxanı Günəş Elektrik Stansiyası, Biləsuvar qaçqın şəhərciyi, Masallı İdman Kompleksi, həmçinin Bakı şəhərində 5 məktəb və 2 poliklinikanın üzərində quraşdırılan günəş panellərinin fəaliyyətinə nəzarət etmək mümkündür. Gələcəkdə Sumqayıt, Samux, Səngəçal və Pirallahıda günəş elektrik stansiyalarının istifadəyə verilməsi nəzərdə tutulur. Adıçəkilən stansiyaların fəaliyyəti nəticəsində 4 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunub, 1 milyon 300 min kubmetrə yaxın təbii qaza qənaət edilib. Yaradılmasında əsasən yerli xammal və avadanlıqdan istifadə olunan Suraxanı Günəş Elektrik Stansiyasının layihə gücü 2800 kilovatdır. Stansiyada illik elektrik enerjisi istehsalı 4 milyon kilovatdır. Stansiya layihə gücü ilə tam işləyəndə il ərzində 1,5 milyon kubmetr qaza qənaət olunacaq.

Günəş enerjisindən istifadə

Azərbaycanda günəş enerjisindən istifadə sahəsində atılan uğurlu addımlardan biri də Mərkəzi Seçki Komissiyasının yeni inzibati binasında ilk günəş batareyalarının quraşdırılması oldu. Azərbaycanda günəş enerjisindən istifada sahəsində həyata keçiriləcək tədbirlər çərçivəsində yaxın gələcəkdə Sumqayıt, Samux, Səngəçal və Pirallahıda günəş-elektrik stansiyalarının istifadəyə verilməsi nəzərdə tutulur. Ümumiyyətlə isə bununla bağlı 9 elektrik stansiyası tikiləcək.
Azərbaycanda günəş enerjisindən istifadə məqsədilə müvafiq istehsal sahələri də yaradılıb. Bu müstəvidə də "AzGüntex" zavodunda günəş modulları istehsal olunur.
Müəssisədə hər birinin gücü 42 Vt-dan 250 Vt-a qədər olan və 60 fotoelementlə təchiz edilən panellər beynəlxalq standartlar səviyyəsində hazırlanır və sabit elektrik enerjisi verir. "AzGüntex" zavodunda il ərzində 240 min günəş paneli və 12 milyon LED lampası istehsal olunacaq. Günəş enerjisinin alınmasında Dövlət Agentliyinin istehsalı olan səyyar günəş generatorları böyük rol oynayır. Günəş panelləri ilə təchiz olunan bu avadanlıq əvəzsiz qurğudur. Bu avadanlığın ən önəmli xüsusiyyətlərindən biri də onun günəşdən enerji alaraq saxlamaq imkanına malik olması ilə bağlıdır.

Külək enerjisindən istifadənin əhəmiyyəti

Azərbaycanda küləkli günlərin sayı digər ölkələrdəkindən xeyli çox olduğundan, ölkəmizdə külək enerjisindən istifadə etməklə ildə 800 Mvt, başqa sözlə desək, 4 milyard kvt/saat elektrik enerjisi almaq mümkündür. Nəticədə təkcə külək enerjisindən istifadə etməklə Azərbaycan hər il 1 milyon ton şərti yanacağa, 3,7 milyon ton karbon qazına qənaət edə bilər.
Ekologiya sahəsi üzrə mütəxəssis Şamil Mövsümovun sözlərinə görə, külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir. Külək enerjisindən istifadə edilməsi ilə bağlı 2009-cu ildə Xızı rayonunun Şurabad kəndi yaxınlığında külək enerjisindən elektrik enerjisi istehsal edən pilot layihə həyata keçirildi. Burada quraşdırılan 0,85 MVt gücə malik olan 2 külək enerjisi qurğusu (KEQ) vasitəsilə bir il ərzində 7 milyon kVt-saat elektrik enerjisi istehsal olunaraq yüksək gərginlikli elektrik sisteminə ötürülüb. Bu qədər elektrik enerjisi Xızı rayonunun tələbatını 50 faiz ödəyir. Yeri gəlmişkən, bu qədər elektrik enerjisinin istilik elektrik stansiyasında istehsalına 2 milyon kubmetr təbii qaz tələb olunur.
Alternativ enerji mənbələri arasında su elektrik stansiyaları da özünəməxsus yer tutur. Su elektrik stansiyaları hazırda ölkəmizdə istehsal edilən elektrik enerjisinin 12,5 faizini verir. Amma bu sahə də geniş imkanlara malikik. Mütəxəssislərin hesablamalarına görə, ölkəmizdəki çaylar üzərində onlarca kiçik su elektrik stansiyaları quraşdırmaqla ildə 3,2 milyard kilovat-saat elektrik enerjisi istehsal etmək mümkündür.
Bundan əlavə, respublikamız bioqaz, termal sular və dəniz dalğası kimi digər qeyri-ənənəvi enerji ehtiyatlarına malikdir.
Alternativ enerjidən istifadə sahəsində həyata keçirilən tədbirlər çərçivəsində 2020-ci ilədək Azərbaycanın hər bir şəhər və rayonunda hibrid tipli elektrik stansiyalarının yaradılması nəzərdə tutulub. Belə stansiyaların yaşayış yerlərinə yaxın yaradılması, ilk növbədə, elektrik enerjisi itkisinin qarşısını alacaq və enerjinin istehlakçıya daha ucuz qiymətə çatdırılmasına şərait yaradacaq. Bu çərçivədə də 2020-ci ilədək alternativ enerji mənbələrindən istifadə məqsədilə inşa ediləcək elektrik stansiyaları vasitəsilə ildə 11 milyard kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulub. Bu da il ərzində 3 milyard kubmetrə yaxın qaza qənaət etmək deməkdir. Beləliklə, Azərbaycanda alternativ enerjidən istifadə sahəsində həyata keçirilən uğurlu addımlar gələcəkdə ölkəmizin bu sahədə dünyanın aparıcı dövlətlərindən birinə çevrilməsinə imkan verəcək.
Qeyd edək ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin əsas hədəfləri sırasında alternativ və bərpa olunan enerji resurslarının istehsalının artırılması və ondan səmərəli istifadə olunması, alternativ və bərpa olunan enerji mənbələri üzrə kadastrın hazırlanması, institusional mühitin inkişaf etdirilməsi, alternativ və bərpa olunan enerji mənbələri üzrə layihələrin həyata keçirilməsi də yer alır. Bu addımların atılması gələcəkdə sənayeləşmə hesabına yeni iş yerlərinin açılmasında da öz mühüm əhəmiyyətini göstərmiş olacaq.
Günel CƏLİLOVA
Yazı Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ