çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Küllü miqdarda borclanma bizə lazımdırmı? – Təhlükə, reallıq və mif

Image


Son günlər mətbuatda dövlət borcu və borclanma zərurəti ilə bağlı müxtəlif fikirlərə rast gəlinir. Əslində, biz dövlət borcu ilə bağlı məsələlərə bu ilin iyul ayının sonlarında "Azərbaycanın dövlət borcu: Bizi təhlükələr gözləyirmi?” sərlövhəli təhlilimizdə aydınlıq gətirmişdik. Lakin görünür ki, öz bildiklərini heç kimə vermək istəməyənlər, reallığı olduğu kimi əks etdirməkdən hələ də çox uzaqdırlar. Dövlət borcu ətrafında qeyri-real fikirlərin səslənməsi cəmiyyəti çaşdırır, insanlar bu yazıları oxuduqdan sonra əsil həqiqətin nədən ibarət olduğunu aydınlaşdıra bilmirlər. Elə bu səbəbdən də mövzuya yenidən qayıtmağı lazım bildik.

Bəzi iqtisadçılar dövlətin bu günə olan 6,5 milyard dollar borcunun üzərinə əsassız olaraq müəssisə və təşkilatların borclarını da əlavə edərək məsələni özlərinə sərf edən qaydada siyasiləşdirir, bunula da borcun 25 milyard dollar olduğunu iddia edirlər. Dövlət borcunu bu qayda ilə 4 dəfəyə qədər şişirdən müəlliflər belə təsəvvür yaratmağa çalışırlar ki, guya borclanma "təhlükəli həddə” çatıb və deməli, "həyəcan təbili” çalmağn zamanıdır. Bəziləri isə bugünkü borcun çox az olduğunu qeyd edərək iqtisadiyyatın qeyri-neft sektorunda "inqlab edilməsi” məqsədilə dövlətin təcili şəkildə 100 milyard dollar həddində borclanmaya getməsinin zəruriliyini əsaslandırmağa çalışırlar.

Birmənalı şəkildə və qəti olaraq bildiririk ki, hər iki mövqe kökündən səhvdir və əsassızdır. Əvvəla dövlət borcu ilə müəssisə borcunu bir-birilə qarışdıranlar bilməlidirlər ki, nə nəzəriyyədə, nə də təcürbədə bu iki borcu bir-birinin üzərinə gəlməklə yekun məbləği əhalinin sayına bölüb adambaşına düşən dövlət borcu müəyyən etmək kimi bir qayda yoxdur və bu, ümumiyyətlə absurddur.

Dövlət borcuna bu cür yanaşımanı ancaq iqtisadiyyatın nəzəriyyəsindən xəbəri olmayanlar, ya da bu məsələni özünə sərf edən qaydada cəmiyyətə təqdim etməyi qarşısına məqsəd qoyan "siyasilər” edə bilərlər. Müəssisə borcunu dövlətin borcu kimi qələmə vermək istəyənlər bu borcların dövlət zəmanəti ilə alınmasını əsas kimi göstərə bilməzlər. Onda gərək bütün ölkələrdə müəssisə və təşkilatların dövlət zəmanəti ilə aldığı borclar dövlətlərin borcu kimi qəbul edilsin. Ancaq hamı çox gözəl bilir ki, bu, belə deyil. Məsələn, əgər Almaniya "Mersedes” şirkətinin aldığı kredit üçün dövlət zəmanəti verirsə, bu, Alman dövlətinin deyil, aktivləri kifayət qədər olan "Mersedes” şirkətinin öz borcudur. Əgər şirkət bu borcu qaytara bilməsə, onda zəhmət çəkib öz aktivlərindən istifadə edəcək.

"Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun 1 maddəsinin 1-ci bəndində açıq və aydın şəkildə göstərilir ki, dövlət borcu Azərbaycan Respublikası adından bağlanmış müqavilələrin öhdəlikləri üzrə ödənilməli olan borcdur. Əlbəttə, dövlət zamənəti ilə alınan borclara görə, dövlət məsuliyyət daşıyır. Elə həmin qanuna görə, əsas borcalan dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliyini icra edə bilmədiyi təqdirdə zəmanətçi verilmiş dövlət zəmanətinin müddəalarına uyğun olaraq öhdəliyi yerinə yetirir. Lakin nəzərdən qaçırmaq olmaz ki, dövlət zəmanətinin verilməsi üçün qanunla müəyyən edilmiş konkret şərtlər var.

Məsələn, əsas borcalan tələb etdiyi dövlət zəmanəti üzrə öhdəliyinin təminatı kimi istifadə edilə biləcək əmlakının siyahısını təqdim etməlidir. Dövlət verdiyi zəmanətə görə riskləri də dəqiqliklə hesablayır. Əgər əsas borcalan öhdəliklərini yerinə yetirə bilmirsə, bu halda onun girov kimi qoyduğu əmlakdan və Azərbaycan Respublikasının dövlət zəmanəti üzrə borc öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibindəki Təminat Fondunun vəsaitlərindən istifadə olunur. Bu fond dövlət zəmanətinin verilməsi üçün əsas borcalandan alınan birdəfəlik əvəzsiz ödənişlərdən(haqq) formalaşıdırlır. Haqqın miqdarı isə tələb edilən dövlət zəmanəti üzrə riskin dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Beləliklə də dövlət verdiyi zəmanəti tamamilə sığortalayır. Odur ki, müəssisə və təşkilatların borcunu dövlət borcu kimi təqdim etmək tamamilə əsassızdır.

Sual oluna bilər ki, SOCAR-ın borcları necə, bunu dövlət borcu hesab etmək olarmi? Əslində bu nümunənin məxsusi özəlliyi var. Belə ki, SOCAR-ın bu günə qədər aldığı borclara dövlət heç bir zəmanət verməyib. Bu səbəbdən SOCAR-ın borcunu dövlət borcu kimi təqdim etmək, yüngül deyək ki, cəfəngiyatdır. Dövlət müəssisəsi olmasına baxmayaraq borca görə məsuliyyəti dövlət deyil, SOCAR özü daşıyır və zəruri hallarda aldığı borcdan dəfələrlə artıq olan aktivləri ilə vəziyyəti tənzimləyə bilir. SOCAR kommersiya fəaliyyəti həyata keçirən hüquqi şəxsdir, müstəqil balansa, banklarda, o cümlədən xarici banklarda hesablara malikdir. Şirkətin Nizamnəməsində də göstərilir ki, onun öz adından əmlak və digər hüquqlar əldə etmək, vəzifələr daşımaq hüquqları var. Nəhayət Nizamnamədə o da konkret vurğulanır ki, dövlət şirkətin öhdəliklərinə görə cavabdeh deyil.

Borc ətrafında həmişə ziddiyyətli fikirlər səsləndirilib. Ən böyük həqiqət bundan ibarətdir ki, borclanma bütövlükdə yaxşı hal sayılmır.

Məsələyə sadə yanaşaq: Ailə dövlətin ibtidai formasıdır. Bütün işlərini borcla quran bir ailə haqqında nə düşünə bilirəriksə, Ümumi Daxili Məhsulundan artıq həddə borclanaraq yaşayan dövlətlər haqqında da bunu düşünməyə haqlıyıq. Böğazdan yuxarı borc yükü altına girən dövlətlərin bir çoxunun aqibəti son illərdə gözümüz önündədi.

Boclanma sahəsində bütün rekordlara imza atmış ABŞ-ı heç kim nümunə gətirməsin. ABŞ lazım saydığı hallarda BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan da istədiyi ölkəyə hər hansı bir adla hərbi müdaxilə edə bilir. Ancaq gəlin görək bunu başqa bir dövlət də edə bilərmi? Qətiyyən. Ona görə dəbelə müqaisələrin heç bir əsası yoxdur. Məsələnin başqa bir tərəfi isə ondan ibarətdir ki, belə borc məngənəsində üzərək iqtisadi tərəqqiyə nail olmuş hər hansı bir dövlət istənilən vaxt ABŞ kimi nəhəngin cəmi bir iqtisadi həmləsi ilə çökdürülə bilər. Rusiya, Çin kimi nəhəngləri iqtisadi cəhətdən silkələməyə cəhd edən bu gücün qarşısında orta və kiçik dövlət anlayışı yoxdur. Təki bu dövlət borc burulğanına düşsün. Ona görə də burada məsələlərə reallıqla yanaşmaq ən düzgün yoldur.

Prezident İlham Əliyev öz çıxışlarında borc məsələlərilə bağlı Azərbaycan hökumətinin mövqeyini dəfələrlə açıqlayıb. Bu ilin sentyabr ayının 17-də Kürdəmirdə Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun açılışında çıxışı zamanı Prezidentin dövlət borcu ilə bağlı səsləndirdiyi fikirləri bir daha yada salırıq: "Bizim maliyyə vəziyyətimiz sabitdir. Öz gücümüzə güvənirik, arxalanırıq. Xarici borcumuz da çox aşağı səviyyədədir. Biz bütün xarici borcumuzu bir gün də ödəyə bilərik. Ona görə ödəmirik ki, buna ehtiyac yoxdur. Hələ ki, kreditlərdən istifadə edirik, amma kreditlərsiz də yaşaya bilərik. İndi ikinci belə ölkə tapılarmı ki, bir gündə xarici borcunu ödəyə bilsin? Çətin. Bəzi ölkələrin xarici borcu ümumi daxili məhsuldan çoxdur. Yəni, onlar borc içində yaşayırlar və borcun üstünə borc gəlir. Nəticə etibarilə xalq əziyyət çəkəcək. Nə vaxtsa, necə deyərlər, bu piramida çökəcək”.

Azərbaycanın bu günə olan 6,5 milyard ABŞ dolları həcmində dövlət borcu dünyada ən aşağı borclanma göstəricilərdən biridir və bu borcun adam başına düşən həcmi 675 ABŞ dollarına bərabərdir. Bunu hər kəs bilməlidir. Müqayisə üçün deyək ki, bu rəqəm ABŞ-da 57 000 dollara, Böyük Britaniyada 158 000 dollara, Almaniyada 71 000 dollara, Fransada 81 000 dollara, Rusiyada 4200 dollara, Gürcüstanda 2400 dollara, Ermənistanda 2700 dollara bərabərdir.

Bu gün Azərbaycanda borclanmaya dair beynəlxalq standartların tələb etdiyi bütün göstəricilər kifayət qədər yüksəkdir. Bu göstəricilərlə Azərbaycan hökuməti on milyardlarla dollar həcmində kreditlər götürə bilər. Lakin o bunu etmir. Çünki zamanla kredit yükünün altına girmiş və on illərdir ki, bu kredit labirintindən çıxmağı bacarmayanların aqibəti gözümüz önündədir. İyirminci əsrin ikinci yarısının ortalarından başlayaraq ölkələri borclandırmaqla təsir altına almaq işğalın müasir formasına çevrildi. Bu gün Azərbaycanı öz təsir dairəsində görmək uğrunda "ölüm-dirim” mübarizəsi aparan güclər əllərindən gələn hər şeyi etsələr də dövlətimizin müstəqil siyasət kursunu dəyişə bilmirlər.

Təsəvvür edin, biz də bəzi dövlətlər kimi borclanıb sonradan bu güclərin süni şəkildə yaradacaqları hər hansı bir "fors major” vəziyyətinə düşsək, nələr baş verər? Borca görə Yunanstana "Müflis olmuş yunanlar adaları və Akropolu borcla əvəzləşdirin!” deyən Almaniya bizə nə deyər? Hələ mən Almaniyadan daha böyük güclərin necə davrana biləcəklərini demirəm.

Dövlət borcuna dövlətimizin başçısının münasibəti isə bu ətrafda yaranan bütün suallara ən sanballı cavabdır: "Xarici dövlət borcumuz minimum səviyyədə olmalıdır. Hazırda təqribən 10-11 faiz civarındadır. Biz onu daha da aşağı salmalıyıq. Biz borc götürə bilərik. Ancaq bu, bizə lazım deyil. Sabah bu, bizə problem yarada bilər”. Dünyanın bugünkü siyasi və iqtisadi müstəvisində Azərbaycan üçün ən real olanı da məhz bu yanaşmadır.

Fikrət Yusifov

"Ekonomiks” BİAB-ın sədri, iqtisad elmləri doktoru, professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ