çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Azərbaycanda alternativ enerji mənbələrinin mövcud vəziyyəti, əsas prioritetlər və perspektiv imkanlar

Image


Son illərdə dünya əhalisi arasında sıxlığın artması, yaşanan ekoloji fəlakətlər və bir sıra digər amillər "dünyanın sonunun çatması" - onun maddi sərvətlərinin tükənməsi ilə bağlı problemləri günün ən aktual mövzusuna çevirdi. Bu qayğılar insanların istər qida tələbatı, istərsə də zəruri yaşam şərtləri ilə təmin olunmasında yarana biləcək çətinliklərlə bağlı idi. Nəticədə dövlətlər elm adamlarını zəruri ehtiyatların alternativlərini yaratmaq yönündə axtarışlara səslədi.
Elə son illər bir çox ölkələrin baş bəlasına çevrilən genetik modifikasiya olunmuş (GMO) məhsullar da məhz həmin fəaliyyətin nəticəsində ortaya çıxdı. Bu proqramı işləyib hazırlayan elm adamları əmin idi ki, dünyanın sərvətləri əbədi deyil və bu sərvətlər tükənməyə doğru getdikdə insanların qidaya olan tələbatını məhz geni dəyişdirilmiş, bununla da uzunömürlülüyünə şərait yaradılmış məhsullar ödəyəcək. Lakin çox keçmədən bəlli oldu ki, geni ilə bərabər həmin məhsulun faydalılığı da itir, hətta daha pisi odur ki, həmin GMO məhsullar insanlarda təhlükəli xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Təsadüfi deyil ki, hazırda bir çox ölkələr belə məhsulların sərhədlərindən keçməməsi üçün ən müxtəlif üsullara əl atır. Azərbaycanda isə GMO məhsulların ölkəyə girişinin qarşısını almaq üçün xüsusi qanun qəbul olunub və bu sahə tam nəzarətdə saxlanır.
Alternativ enerji barəsində isə bunları söyləmək mümkün deyil. Hətta tam tərsinə, alternativ enerji, təbii qaynaqlardan alınan enerjidən fərqli olaraq, istər ekologiyaya, istərsə də insan həyatına heç bir təhlükə törətmir və bu səbəbdən ona üstünlük verilməsi daha məqsədəmüvafiqdir. Üstəlik, onun maya dəyəri də xeyli ucuz başa gəlir. Məsələ burasındadır ki, istilik elektrik stansiyalarından intensiv istifadə bir sıra ekoloji problemləri meydana çıxarıb. Bu sırada atmosferə buraxılan karbon qazının miqdarının artması və ozon qatı qalınlığının azalması, üstəlik ozon dəliyinin yaranması məsələsi də öz kəskinliyi ilə diqqət çəkir. Hesablamalara görə, son 100 il ərzindəYer atmosferində karbon qazının konsentrasiyası 13 faiz artıb. Bu artımın planetimizdə istilik effektinin yüksəlişi ilə nəticələnə biləcəyi reallıqdır. Çünki karbon qazı planetin fəzadan ultraqırmızı şüalar almasını əngəlləmək gücündədir ki, bununla da Yerlə kosmik fəza arasında istilik balansı pozula bilər. Mütəxəssislər Yerin orta temperaturunun yüksəlməsini, Arktikada və Antarktidada buzlaqların əriməyə başlamasını da məhz bununla bağlayır. Qeyd olunur ki, bu neqativ proses dayandırılmasa, həmin buzların tamam əriməsi nəticəsində dünya okeanının səviyyəsi 80-90 metr qalxa bilər ki, bunun planet üçün nə kimi fəlakət demək olduğunu əlavə şərhə ehtiyac yoxdur. Bütün bunlar isə istər planet, istərsə də onun sakinləri üçün daha təhlükəsiz gələcək vəd edən alternativ enerji mənbələrindən istifadəni zərurət kimi gündəmə gətirir.
Əslində Azərbaycan elə bir unikal ölkədir ki, karbohidrogen ehtiyatları ilə nəinki özünü, hətta bir neçə özü kimi dövləti dolandıra bilər. Azərbaycanın iqtisadiyyatındakı irəliləyişlər də elə bu sərvətlərin - Azərbaycanın neft və qazının dünya bazazına yol tapması ilə vüsət aldı. Lakin göstərilən kriteriyalar nəzərə alındığındandır ki, son illər ölkəmizdə də alternativ və bərpa olunan enerjinin istehsalı və istehlakı üzrə fəaliyyət genişlənməyə başlayıb. Məsələ burasındadır ki, Azərbaycanın təbiəti də alternatıv enerjinin alınması üçün unikal imkanlar vəd edir. Məsələn, aparılan çoxillik müşahidə və tədqiqatlar Azərbaycanın Xəzəryanı ərazilərində 40-50 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7 metrdən az olmadığını ortaya çıxarıb. Abşeron yarımadasında isə 12-14 metr yüksəklikdə bu göstərici saniyədə 5,6-7,1 intervalında dəyişir. 2009-cu ildə özəl şirkət Xızı rayonunun Şuraabad kəndi yaxınlığında külək enerjisindən elektrik enerjisi istehsal edən pilot layihə həyata keçirib. Bu məqsədlə həmin ərazidə Danimarka istehsalı olan 0,85 meqavatt gücündə 2 külək enerjisi qurğusu quraşdırılıb. Həmin qurğular vasitəsilə il ərzində 7 milyon kilovatt-saat elektrik enetjisi istehsal edilərək yüksək gərginlikli elektrik sisteminə ötürülüb. Bu isə Xızı rayonunun enerjiyə olan illik tələbatının 50 faizi deməkdir. Mütəxəssislər bildirir ki, bu qədər elektrik enerjisinin istilik elektrik stansiyasında istehsal edilməsi üçün 2 milyon kubmetr təbii qaz tələb olunur.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi də elə həmin ildə yaradılıb. Bundan bir neçə il öncə - 2004-cü il 21 oktyabr tarixində Azərbaycan Prezidenti "Azərbaycan Respubliasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nı təsdiq edib. Proqramın əsas vəzifələri elektrik enerjisi istehsalında alternativ enerji mənbələrinin potensialını müəyyənləşdirmək, bərpa olunan enerji mənbələrini istismara cəlb etməklə ölkənin enerji resurslarından istifadənin səmərəliliyini artırmaq, yeni enerji istehsalı sahələrinin yaradılması hesabına daha artıq iş yerlərinin açılmasına nail olmaqdır. Bu istiqamətdə hədəflərdən biri də Respublikanın ənənəvi enerji mənbələrinin mövcud ümumi gücü nəzərə alınmaqla alternativ enerji mənbələri hesabına enerji gücünün artırılmasıdır ki, bununla da ölkənin enerji təhlükəsizliyinə əsaslı təminat yaratmaq mümkündür. Dövlət proqramının bir üstünlüyü də ondadır ki, özəl investisiya mənbələrinin də bu sahəyə cəlb olunmasına imkan yaradır. Bu imkanlardan istifadə olunması isə ölkənin alternativ enerji istehsalına geniş perspektivlər açır.
Alternativ enerji istehsalının daha bir önəmli cəhəti ölkələrin, ərazilərin, təsərrüfat subyektlərinin neftdən və onun qiymətindən asılılığını minimuma endirməsidir. Son 4-5 ildə əsas neft ixracatçısı olan ərəb ölkələrində yaşanan təlatümlərin nəticəsi olaraq dünya bazarında neftin qiyməti ətrafında baş verənlər nəzərə alınarsa, alternativ enerji istehsalının dövrümüzdə nə dərəcədə əhəmiyyət kəsb etdiyini əlavə şərhə ehtiyac qalmaz. Üstəlik, Rusiya kimi böyük enerjı ixracatçısının Ukrayna siyasəti üzündən dünya gücləri tərəfindən "oyundankənar" vəziyyətə salınması da vəziyyətə təsirsiz ötüşmür və mütəxəssislər, belə davam edərsə, yaxın bir neçə il üçün neftin qiyməti ilə bağlı optimist notlara köklənmiş proqnozlar səsləndirmir. Bu isə iqtisadiyyatı neftdən asılı ölkələrə işıqlı perspektiv vəd etmədiyindən, alternativ enerji istehsalını qaçılmaz edir.
Alternativ və bərpa olunan enerjidən istifadə onun tətbiq olunacağı ölkənin iqlimindən birbaşa asılıdır. Məsələn, İslandiya, Danimarka və ABŞ-ın bəzi ştatlarında alternativ enerji istehsalında biotermal mənbələrə üstünlük verilir. Norveçdə daha kiçik gücə malik hidroenergetik qurğulardan istifadə olunur. Ümumiyyətlə, ölkənin relyefi burada mühüm rol oynayır. Yəni düzənlik ərazi çoxluq təşkil edirsə, külək elektrik stansiyalarına üstünlük verilir, isti və sakit iqlimə malik regionlarda günəş batareyalarından istifadə edilir. Zəngin meşə ehtiyatlarına malik ölkələr isə alternativ enerji istehsalı üçün biokütlə - yonqar, talaşanın yanma texnologiyasından istifadəyə üsünlük verir.
Azərbaycana gəldikdə, bəlli həqiqətdir ki, ölkəmiz günəşli və küləkli günlərin sayına görə tükənməz və zəngin enerji potensialına malikdir. Mütəxəssislərin fikrincə, günəş enerjisindən istifadə sahəsində 3000 kilovata qədər gücə malik elektrik stansiyaları qurmaqla ildə 13 min ton şərti yanacağa qənaət etmək, bununla yanaşı, atmosferdə karbon qazının miqdarını 23 min ton azaltmaq mümkündür. Ölkəmizdə külək enerjisinin illik potensialı isə 800 meqavatt, başqa sözlə, 4 milyard kilovatt-saat təşkil edir ki, bu da öz növbəsində, ildə 1 milyon ton şərti yanacağa qənaət deməkdir. Bundan əlavə, respublikanın bioqaz, termal sular və dəniz dalğası kimi alternativ enerji istehsalı üçün qeyri-ənənəvi enerji ehtiyatları var ki, səmərəli istifadə olunarsa, alternativ enerji istehsalında yüksək nəticələrin əldə olunacağı şəksizdir. Faktdır ki, son illərdə artıq bu istiqamətdə bir sıra işlər görülür. Məsələn, 2010-cu ildən Sumqayıt Texnologiyalar Parkında Günəş Kollektorları və Qazanları Zavodu fəaliyyət göstərir. Yüksək keyfiyyətilə seçilən bu kollektorların "vəzifəsi" suyu qızdırmaqdan ibarətdir. Hava şəraitindən asılı olaraq həmin kollektorlar 1 saat ərzində 100 litr suyu 40-80 və hətta daha artıq dərəcədə qızdırmaq gücünə malikdir. Zavodda, həmçinin, təbii dövretmə prinsipi ilə işləyən qapalı isti su kollektorları və xrom çənlərdən ibarət su sistemləri və təzyiqlə işləyən boyler sistemləri də istehsal olunur.
Bundan əlavə, günəş enerjisindən istifadə məqsədilə Bakının Qaradağ rayonunda da müvafiq qurğular quraşdırılıb. Qobustan Eksperimental Poliqonu adlandırılan həmin ərazidə 1,8 meqavatt gücündə günəş elektrik stansiyası fəaliyyət göstərir. Yeri gəlmişkən, Qobustan Eksperimental Poliqonunda həm də biokütlə enerjisinin istehsalı həyata keçirilir ki, bu məqsədlə həmin ərazidə 1 meqavatt gücündə bioenerji qurğusu quraşdırılıb. Bundan əlavə, Qobustanda ümumi gücü 20 meqavatt olan 10 qurğudan ibarət külək elektrik stansiyasının tikilməsi nəzərdə tutulur. Hər qurğunun gücü 2 meqavatt olacaq. Layihəyə əsaslı vəsait qoyuluşu 40 milyon ABŞ dollarıdır. Bu stansiya ildə 700 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcək. Ümumiyyətlə, Azərbaycan hazırda 9 elektrik stansiyasının tikilməsini nəzərdə tutan plan üzərində işləyir. Məqsəd ucuz enerji almaqla daha çox qaza qənaət edib xarici bazara yönəltməkdir. Onu da qeyd etmək yerinə düşər ki, artıq Azərbaycanda günəş elektrik enerjisi istehsalı sahəsində ilk addımlar atılıb. Belə ki, bir neçə il öncə Mərkəzi Seçki Komissiyasının yeni inzibati binasında Azərbaycanda ilk günəş batareyaları quraşdırılıb. Bu bina günəş enerjisi hesabına bütünlüklə elektrik enerjisi ilə təchiz olunub. Bu təşəbbüs özünü doğrultduğundan, dövlət başçısı onun Azərbaycanda geniş yayılması barədə göstəriş verib. Bu istiqamətdə fəaliyyətin tam sürətlə getdiyi isə göz qabağındadır. Belə ki, bu il iyulun 21-də Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) "Azalternativenerji" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə Türkiyənin "Turcas Petrol"un "Turcas Enerji Holding A.Ş." Şirkəti arasında Türkiyədə və Azərbaycanda günəş, külək və geotermal enerji stansiyalarının inşası və birgə layihələrin həyata keçirilməsi məqsədilə Niyyət Protokolu imzalanıb. Razılaşmaya əsasən, Niyyət Protokolu imzalandığı tarixdən 3 il müddətində etibarlıdır. Bu əməkdaşlıq çərçivəsində 2017-ci ildən geotermal enerjidən elektrik enerjisi istehsal edilməsi nəzərdə tutulur. "Turcas Petrol"un "Turcas Enerji Holding A.Ş." Şirkəti ABOEMDA-nın tabeliyindəki "Azalternativenerji" MMC ilə imzalanan həmin Protokol çərçivəsində həm Türkiyə, həm də Azərbaycanda alternativ (bərpa olunan) enerji mənbələrinin inkişafına investisiya qoymağı planlaşdırır.
Azərbaycan Gürcüstanla da alternativ və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığını genişləndirir. Bu məqsədlə AR Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlovun rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin iyun ayında Gürcüstanda səfərdə olub. Səfər çərçivəsində Dövlət Agentliyinin sədri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili və energetika naziri Kaxa Kaladze ilə görüşlər keçirib.
Görüşlərdə Akim Bədəlov Azərbaycanla Gürcüstan arasında alternativ və bərpa olunan enerji mənbələri sahəsindəki əməkdaşlığın Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa diqqət mərkəzində olduğunu vurğulayaraq, 2020-ci ilədək Azərbaycanın alternativ və bərpa olunan enerji mənbələri üzrə inkişaf xəritəsinin hazırlandığını və bu çərçivədə Samux rayonunda müasir aqroenerji yaşayış kompleksinin inşa olunduğunu bildirib. A.Bədəlov hər iki ölkənin alternativ və bərpa olunan enerji mənbələri sahəsində mövcud potensialına diqqət çəkərək, biokütlə və geotermal enerji mənbələrindən geniş və səmərəli istifadənin ətraf mühitin qorunması üçün əhəmiyyətini qeyd edib. Görüşün sonunda hər iki nazirliklə dövlət agentliyi arasında müvafiq işçi qrupların yaradılması qərara alınıb.
Atalar deyib ki, bir işə başlamaq, artıq onun yarısını görmək deməkdir. Sadalananlar isə bu yöndə fəaliyyətin sadəcə başlamadığını, ortada ciddi niyyətin və gərgin əməyin olduğunu göstərir. O da həqiqətdir ki, gərgin əmək varsa, uğur özü gələcək. Bizə isə, ölkəmizin çiçəklənməsini, ekologiyamızın qorunmasinı, ən əsası - insanlarımızın sağlamlığını prioritet götürən bu işlərdə tərəflərə uğurlar arzulamaq və media əhli olaraq, əldə etdikləri hər bir uğuru işıqlandırmağı diləmək qalır.

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ