çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Azərbaycanda energetikanın alternativi: perspektivlər böyükdür

Image


Enerji mənbələrinin tükənmə təhlükəsi, ekoloji problemlərin ildən-ilə kəskinləşməsi bərpa olunan enerji mənbələrinə keçidi aktuallaşdırır və bir çox ölkələr alternativ energetikanın inkişafına bu sahənin gələcəyi kimi yanaşırlar. Cənubi Qafqazın ən böyük neft və təbii qaz istehsalçısı və ixracatçısı olan, Avropanın enerji təhlükəsizliyinin əsas iştirakçılarından birinə çevrilən və nəhəng enerji ixracı layihələrinin təşəbbüskarı olan Azərbaycan bərpa olunan və ekoloji cəhətdən təmiz qeyri-ənənəvi energetika sahələrinin inkişafında maraqlıdır.
Təsdiqlənmiş neft ehtiyatı 2 milyard ton və qaz ehtiyatı 2,6 trilyon kubmetr olan Odlar Yurdu Azərbaycan Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərlərini, Bakı-Tbilisi-Ərzurum qaz kəmərini öz enerji daşıyıcıları ilə təmin etməklə yanaşı, Trans Anadolu və Trans Adriatik qaz kəmərlərini özündə birləşdirəcək 45 milyard ABŞ dolları dəyərində olan Cənub Qaz Dəhlizi kimi iri layihələri öz təbii qazı ilə təmin etməyə hazırdır.
Amma bir sıra faktorlar bütün dünya ölkələrinin olduğu kimi, Azərbaycanın da ənənəvi enerji ehtiyatlarından alternativ enerji mənbələrinin istifadəsinə keçidini labüd edir. Belə ki, uzun illər ərzində istifadə olunan karbohidrogen ehtiyatları - neft və təbii qaz ehtiyatları artıq tükənmək üzrədir. Ekoloqlar bu ehtiyatların cəmi 80-100 il istifadə oluna biləcəyi barədə xəbərdarlıq edirlər. Həmçinin, ekoloji problemlərin artması alternativ enerji mənbələrindən istifadəni zəruri edir.

Azərbaycan geniş imkanlara malikdir

ABŞ, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, Yaponiya kimi dünyanın inkişaf etmiş ölkələri bərpa olunan qeyri-ənənəvi enerji mənbələrindən geniş istifadə edir. Statistika göstərir ki, inkişaf etmiş ölkələrdə istehsal olunan enerjinin təqribən 15 faizi məhz alternativ enerji mənbələrinin payına düşür.
Dövlət başçısı İlham Əliyevin də dediyi kimi alternativ və bərpa olunan enerji mənbələrindən istifadə müasirlikdir, yenilikdir, ekoloji cəhətdən təmiz texnologiyalardır. Düzənlik və dağlıq relyefə malik olan Azərbaycanda alternativ energetika sahəsini inkişaf etdirmək üçün geniş ekoloji imkanlar var. Belə ki, Azərbaycan relyefində müxtəlif uzunluqlu 1100 çay var ki, bu çaylardan kiçik olanların ümumi ehtimal olunan potensialı 700 meqavat gücündə dəyərləndirilir.
Həmçinin ölkə ərazisində 280 gün ərzində küləyin orta sürəti saniyədə 7-8 metrə, il ərzində günəşli günlərin sayı 260-280 günə bərabər olur. Bundan başqa, Azərbaycanın bir çox regionlarında yeraltı isti sular da təsərrüfat əhəmiyyəti daşıyır. Bu isə o deməkdir ki, ölkənin ekoloji imkanları alternativ energetika sahəsini inkişaf etdirmək üçün çox əlverişlidir.
Günəş bütün bəşəriyyətin işıq və istilik mənbəyidir. Dünyanın 70-dən çox ölkəsi günəş enerjisi istehsal edən elektrik stansiyalarının fəaliyyətindən yararlanır. Bu baxımdan Azərbaycanın iqlimi günəş enerjisini məişət və istehsal prosesində istifadə etməyə geniş imkanlar yaradır. Belə ki, Azərbaycanın il ərzində günəşli saatlarının miqdarı 2400-3200 saat təşkil edir. Bu isə Azərbaycana günəş enerjisindən yararlanmağa imkan verir.
Hazırda günəş enerjisindən istifadəni təmin etmək üçün Azərbaycanın ucqar rayon və kəndlərində günəş panellərindən istifadə olunması gözlənir. Bu layihənin əsasən kənd təsərrüfatı üzrə ixtisaslaşmış bölgələrdə - Naxçıvan, Gədəbəy, Balakən, Neftçala və Siyəzən rayonlarında reallaşdırılması planlaşdırılır. Günəş panellərinin daha çox fermaların yerləşdiyi tikililərin üzərində quraşdırılması, kənd təsərrüfatının inkişafına töhfə verilməsi nəzərdə tutulur. Bundan başqa, Bakıda binaların üzərində günəş panelləri yerləşdirməklə evlərin, küçələrin və blokların işıqlandırılması məsələsi gündəmdədir.
Ekoloji təmizliyi və maya dəyərinin çox ucuz olmasına görə külək enerjisindən istifadə Azərbaycan üçün çox əlverişlidir. Azərbaycanın bir çox rayonlarında külək enerjisi qurğularının tətbiqinin böyük perspektivi var.
Hesablamalar da göstərir ki, ölkəmiz illik 800 meqavata yaxın külək enerjisi istehsal etmək iqtidarındadır. Bu isə o deməkdir ki, əgər külək qurğuları illik bu qədər enerji istehsal edərsə, Azərbaycan ildə 2,4 milyard kilovat-saat elektrik enerjisi, bir milyon tona yaxın şərti yanacağa qənaət edə, həmçinin külli miqdarda tullantıların atmosferə atılmasının qarşısını ala bilər.
Külək enerjisi qurğularının quraşdırılması üçün ən əlverişli ərazilər Abşeron yarımadası, Xəzər dənizi sahili zolağında və akvatoriyanın şimal-qərb hissəsində olan adalar, həmçinin Gəncə-Daşkəsən zonası və Naxçıvan Muxtar Respublikasının Şərur-Culfa ərazisidir.
Hazırda Xızı rayonu ərazisində yerləşən və 50 meqavat istehsal gücünə malik "Yeni Yaşma" külək elektrik stansiyasında yoxlanış işləri aparılır. İşlər başa çatdıqdan və turbinlər sistemə qoşulduqdan sonra stansiya bütün gücü ilə işləyəcək. Yaxın 5 il ərzində Azərbaycanda 100-ə qədər bu tip stansiyanın qurulması planlaşdırılır.
Azərbaycanda irili-xırdalı çayların hidroenergetika potensialı 40 milyard kilovat-saat miqdarında dəyərləndirilir. Bu gün ölkəmizin enerji balansında su elektrik stansiyalarının payı təxmini 7-8 faizdir. Hökumətin qarşıya qoyduğu məqsədlər sırasında bu potensialdan maksimum dərəcədə yararlanaraq 60-dan çox kiçik su elektrik stansiyasının tikintisi yer alır.
Əhalisinin sayı 9,6 milyon nəfəri ötmüş bir ölkə olaraq Azərbaycan istehsal tullantılarından biokütlə maddələri alaraq həmin maddədən elektrik enerjisinin istehsalında istifadə edə bilər. Biokütlə bioqaz, biomaye və bərk biokütlənin alınması üçün əsas xammal hesab olunur.
Müasir dünyada bir sıra inkişaf etmiş Avropa ölkələri əhalinin sıx məskunlaşdığı ərazilərdə məişət tullantılarının yandırılması ilə məşğul olan müəssisələr yaradır. Burada yanmadan alınan istilik isə yaşayış məntəqələrinin qızdırılması üçün istifadə olunur. Azərbaycan bu potensialı əhalinin kompakt şəkildə yaşadığı Bakı, Sumqayıt, Gəncə kimi iri şəhərlərdə həyata keçirə bilər.
"Təmiz Şəhər" ASC paytaxt Bakıda toplanan tullantıları Balaxanı Tullantılar Poliqonunda zərərsizləşdirərək onlardan bioqaz almağı planlaşdırır. Bioqaz ərazidə quraşdırılacaq stansiyada emal ediləcək və alternativ enerji kimi elektrik və ya istilik enerjisi istehsal olunacaq.

Alternativ energetikaya doğru

Dünya ölkələrinin təcrübəsini yaxından izləyən və bu təcrübəni öz reallıqları çərçivəsində tətbiq edən Azərbaycan hökuməti son illər ölkəmizin mövcud alternativ enerji imkanlarını inkişaf etdirmək yolunda mühüm addımlar atır.
Azərbaycan bərpa olunan energetikanı inkişaf etdirərək havaya buraxılan karbon dioksidin miqdarını azaltmağa və bununla da ətraf mühiti mühafizə etməyə, həmçinin enerji istehsalını şaxələndirməyə çalışır. Bu istiqamətdə qarşıya qoyulan hədəf 2020-ci ilə qədər bərpa olunan və alternativ enerji mənbələrindən istehsal olunan enerjinin payını ümumi enerji istehsalının 20 faizinə çatdırmaqdır. Qeyd olunanları və dünyanın ekoloji və iqtisadi reallıqlarını da nəzərə alaraq Prezident İlham Əliyev 2004-cü il oktyabrın 21-də "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı. Qəbul olunmuş proqramın məqsədi ölkənin alternativ enerji potensialından istifadə edərək ekoloji cəhətdən təmiz mənbələrdən enerji istehsalını genişləndirmək və karbohidrogen resurslarından istifadəni tədricən azaltmaq idi. Sözügedən sənəd Azərbaycanın alternativ enerji istehsalına keçidinə stimul verməklə yanaşı, ölkəmizin enerji gücünü alternativ enerji mənbələrinin hesabına artırmağa və bununla da Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın enerji təhlükəsizliyinin təminatının yaxşılaşdırılmasına səbəb oldu.
2013-cü ilin fevral ayından Prezident fərmanı əsasında yaradılmış Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ölkəmizin bərpa olunan energetika sahəsində fəaliyyətinin vahid mərkəzdən idarə olunması istiqamətində mühüm addım oldu. Məhz bu agentliyin yaradılması ilə ölkəmizdə alternativ enerji mənbələrindən elektrik enerjisi alınması istiqamətində vacib addımlar atıldı.
Belə ki, 2011-ci ildə dünyada ilk hibrid stansiya sayılan Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi açıldı və bu müəssisə ölkəmizdə günəş, külək və bioqaz enerjisi istehsalı sahəsində reallaşdırılan ilk iri layihə oldu. Burada 2,7 meqavat külək, 1,8 meqavat günəş və 0,6 meqavat bioqaz enerjisi istehsal edən stansiyalar fəaliyyət göstərir. Burada həmçinin, hər birinin gücü 0,9 meqavat təşkil edən üç külək turbini, 1,8 meqavat gücündə günəş enerjisi stansiyası və 1 meqavat gücündə bioenerji qurğusu quraşdırılıb. Gələcəkdə Qobustan Eksperimental Poliqonunun gücünün 5,5 meqavata çatdırılması nəzərdə tutulur.
Azərbaycan bərpa olunan energetika sahəsinin inkişafını təkcə daxili qanunvericiliklə deyil, həmçinin beynəlxalq hüquq normaları çərçivəsində də dəstəkləyir. Belə ki, ölkəmiz "İqlim Dəyişmələri haqqında" Çərçivə Konvensiyasını və Kioto protokolunu ratifikasiya edib. Həmçinin ənənəvi enerji mənbələrindən asılılığın azaldılması, enerji təhlükəsizliyi və enerji səmərəliliyinin təmin olunması, vahid enerji siyasətinin yürüdülməsi və ətraf mühitə vurulan ziyanın aşağı salınması məqsədilə "20-20-20" direktivinə tərəfdar çıxıb. Son sənədə qoşulmaqda əsas məqsəd 2020-ci ilə qədər bərpa olunan enerji mənbələrindən istifadə etməklə enerji istehlakının payını 20 faizə çatdırmaq, enerji səmərəliliyini 20 faiz artırmaq və istixana qazlarının emissiyasının 1990-cı il səviyyəsindən 20 faiz azaldılmasına nail olmaqdır.
Azərbaycan Respublikasının alternativ və bərpa olunan enerji mənbələri üzrə inkişaf xəritəsinə nəzər salsaq görərik ki, 2020-ci ilədək Azərbaycanın hər bir şəhər və rayonunda hibrid tipli elektrik stansiyalarının yaradılması qarşıya məqsəd qoyulub. Hazırda hansı bölgədə neçə stansiyanın quraşdırılması ilə əlaqədar araşdırmalar aparılır. Belə stansiyaların yaşayış yerlərinə yaxın yaradılması elektrik enerjisi itkisinin qarşısını alacaq və enerjinin istehlakçıya daha ucuz qiymətə çatdırılması mümkün olacaq. Ümumilikdə, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafını təmin etmək məqsədilə 2020-ci ilədək qoyuluş gücü 2500 meqavat olan elektrik stansiyalarının hesabına ildə 11 milyard kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulur ki, bu da il ərzində 3 milyard kubmetrə yaxın qaza qənaət etmək deməkdir.

Beynəlxalq əməkdaşlıq davam edir

Alternativ enerji ehtiyatları ilə zəngin olan Azərbaycan bərpa olunan enerji istehsalı sahəsində ixtisaslaşmış ölkələrlə əməkdaşlığa da xüsusi diqqət ayırır. Bu istiqamətdə qonşu ölkələr olan İran, Gürcüstan və Türkiyə ilə əməkdaşlıq əsas prioritetlər sırasındadır.
Son zamanlar Azərbaycan və İran alternativ enerji sahəsində birgə layihələrin reallaşdırılması məqsədilə işçi qrupu yaradıb. İşçi qrup təşkilati məsələlərin həlli ilə məşğul olacaq. Azərbaycan həmçinin İranla hidroenergetika və geotermal energetika sahələrində texniki məlumatların mübadiləsində maraqlıdır.
Azərbaycan və Gürcüstan da alternativ energetika sahəsində birgə işçi qrupunun yaradılması ilə bağlı razılığa gəlib. Hər iki ölkənin coğrafi mövqeyi günəş, külək, geotermal və biokütlə enerji resurslarından istifadə etməyə imkan verdiyi üçün əməkdaşlığın perspektivli olacağını güman etmək olar.
Həmçinin Azərbaycan və Türkiyə bərpa olunan energetika sahəsinə birgə sərmayə qoymağı planlaşdırır. Bu barədə iki ölkə arasında anlaşma memorandumu imzalanıb. Sənədə əsasən, tərəflər Türkiyə və Azərbaycanda günəş, külək və geotermal elektrik stansiyalarının tikintisinə, eləcə də digər layihələrə birgə sərmayə qoyacaqlar.
Beləliklə, faktlar və rəqəmlər göstərir ki, alternativ və bərpa olunan enerji mənbələri ilə zəngin olan Azərbaycan yaxın illərdə bu sahədə bir sıra mühüm layihələri reallaşdırmaq iqtidarındadır. Bu baxımdan Sumqayıtda yaradılacaq Yüksək Texnologiyalar Parkının ərazisində alternativ enerjidən səmərəli istifadə texnologiyasına əsaslanan 15 zavod tikiləcək. Həmçinin Samux Aqrotexniki Kompleksinin fəaliyyəti ekoloji cəhətdən təmiz günəş, su, geotermal, bioqaz enerjisi mənbələri hesabına təmin ediləcək. 2020-ci ilədək isə ölkəmizin əksər rayonlarında gücü ilkin mərhələdə 15-20 meqavat, sonradan isə 45-50 meqavata çatdırıla bilən hibrid stansiyaların inşası nəzərdə tutulur.
Azərbaycanda alternativ enerji mənbələrinin istismarı istiqamətində ilk addımlar atılır. Bu, ölkəmizin enerji siyasətinin uğurla həyata keçirilməsinə mühüm töhfələr verməklə yanaşı, ekoloji tarazlığın qorunması üçün də geniş imkanlar yaradacaq. Unutmamalıyıq ki, alternativ enerji həm də təhlükəsiz və təmiz ətraf mühit deməkdir.
Aynur Kərimova
Layihə: Azərbaycanın alternativ (bərpa olunan) enerji mənbələri: mövcud vəziyyət, əsas prioritetlər və perspektiv imkanlar.
Yazı Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ