çərşənbə axşamı günü, 27 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycanda alternativ (bərpa olunan) enerji mənbələri: mövcud vəziyyət, əsas prioritetlər və perspektiv imkanlar
Tarix: 24.09.2015 / 05:10
Bölmə: İqtisadiyyat
Son illər beynəlxalq aləmdə neft və qazdan istifadə edilməsi sahəsində ortaya çıxan çoxsaylı problemlər, onların ətraf mühitə vurduğu külli miqdarda ziyan alternativ enerji mənbələri sahəsində həyata keçirilən tədbirlərin daha da sürətləndirilməsinə yol açıb. Bu müstəvidə də dünya dövlətləri tərəfindən ekoloji baxımdan təmiz enerji mənbələrindən istifadə etməklə elektrik enerjisinin alınması sahəsində görülən işlərə çəkilən xərclər ildən-ilə artmaqda davam edir.
Son dövrlər dünya ölkələri özlərinin yanacaq-energetik balansına yeni enerji mənbələrinin cəlb edilməsinə çalışırlar. Bu istiqamətdə külək, günəş, dalğa, qabarma- çəkilmə, kiçik çayların hidroloji enerjisi kimi qeyri-ənənəvi enerji mənbələri xüsusi yer tutur. Bu tip alternativ (bərpa olunan) enerji mənbələrinin potensial imkanları sonsuzdur. Onların ekoloji təmizliyi heç kəsdə şübhə doğurmur. Son məlumatlara görə, dünyanın aparıcı ölkələri tərəfindən alternativ enerji mənbələrindən istifadəni nəzərdə tutan layihələrin reallaşdırılmasına təxminən 220-250 milyard ABŞ dolları xərclənib ki, bu da adıçəkilən sahənin gələcəkdə dünyanın əsas yanacaq-enerji mənbələrindən birinə çevriləcəyini sübut etməkdədir. Bu baxımdan külək, günəş, dalğa, qabarma-çəkilmə, kiçik çayların hidroloji enerjisi kimi qeyri-ənənəvi alternativ enerji mənbələrinin potensial imkanları kifayət qədər genişdir. Bir tərəfdən, bu enerji mənbələrinin təsərrüfat dövriyyəsinə qatılması üzvi (neft-qaz, torf, daş kömür, odun və s.) yanacaqların istifadəsini azaldır, enerjiyə qənaət edir, ekoloji şəraiti yaxşılaşdırır. Digər tərəfdən, müasir dövrdə dünya ictimaiyyətini narahat edən suallardan biri də budur ki, bəşəriyyət enerjiyə getdikcə artan tələbatı necə ödəyəcək? Hətta enerji böhranı həll edilsə belə, dünya gec-tez bu problemlə - bərpa olunmayan enerji mənbələri olan neft, qaz, daş kömürün tükənməsi ilə üz-üzə dayanacaq. Bu mənbələrdən nə qədər aktiv istifadə ediriksə, onlar bir o qədər azalır və bahalaşır. Hesablamalara görə, hələ bugünkü istismar tempi ilə daş kömür 400-500, neft və qaz isə maksimum 100 ilə çatacaq. Digər tərəfdən, Yer təkinin istismarı və yanacağın yandırılması planeti eybəcərləşdirir, onun ekologiyasını getdikcə pisləşdirir. Başqa sözlə, bəşəriyyət qarşısında ekoloji təmiz, bərpa olunan alternativ enerji mənbələrinin mənimsənilməsi məsələsi getdikcə aktuallaşır. Bunların içərisində yalnız günəş və külək enerjisi, bioloji resurslar tükənməz və təbiətə tam təsirsizdir.
Alternativ energetika təkcə ətraf mühitin mühafizəsi üçün vacib deyil. O, ölkələrin, ərazilərin, təsərrüfat sistemlərinin neftdən və onun qiymətindən asılılığını yumşaldır. Regionun xüsusiyyətindən asılı olaraq, alternativ enerjidən istifadənin strukturunda bu və ya digər mənbə üstünlük təşkil edir. Məsələn, İslandiya, Danimarka və ABŞ-ın bəzi ştatlarında alternativ enerji istehsalında üstünlük geotermal mənbələrə verilir. Norveçdə əsasən kiçik gücə malik hidroenergetik qurğulardan istifadə edilir. Düzən ərazilərdə külək elektrostansiyalarından, cənub regionlarda günəş batareyalarından istifadə edilir. Zəngin meşə ehtiyatlarına malik ölkələrdə biokütlənin (yonqar, talaşa) yanma texnologiyasından geniş istifadə edilir. Göründüyü kimi, qeyri-ənənəvi enerji mənbələrindən istifadə iki vacib şərtə əsaslanır: yanacaq mənbəyinin bərpa olunan olması; verilmiş ərazidə mövcudluğu.
Qeyri-ənənəvi (alternativ) bərpa olunan enerji mənbələri aşağıdakılardır: biokütlə enerjisi (bioqaz); külək enerjisi; günəş enerjisi; hidroelektrik enerjisi; geotermal enerji; dalğa enerjisi; nüvə parçalanmasından yaranan enerji; termonüvə sintezi enerjisi; hidrogen yanacağı enerjisi; qabarma-çəkilmə enerjisi; dünya okeanının termik enerjisi.
Azərbaycan günəşli və küləkli günlərin miqdarına görə tükənməz enerji potensialı baxımından əlverişli imkanlara - bərpa olunan təbii sərvətlərə malikdir. Günəş enerjisindən istifadə sahəsində 3000 Kvt-a qədər gücə malik elektrik stansiyaları qurmaqla ildə 13 min ton şərti yanacağa qənaət etmək, atmosferdə karbon qazını 23 min ton azaltmaq olar. Ölkəmizdə külək enerjisinin illik potensial gücü 800 Mvt, başqa sözlə, 4 mlrd kvt/saatdır. Bu da, öz növbəsində, ildə 1 milyon ton şərti yanacağa, 3.7 mln. ton karbon qazına qənaət deməkdir. Bundan əlavə, respublika bioqaz, termal sular və dəniz dalğası kimi digər qeyri-ənənəvi enerji ehtiyatlarına malikdir.
Yuxarıda qeyd edildiyi kimi, alternativ enerji mənbələrinin istifadəsi bu potensialın yüksək olduğu və ənənəvi yanacaq resurslarının çatışmadığı rayonlarda daha perspektivlidir.
Azərbaycan böyük ənənəvi enerji resurslarına - neft və qaz ehtiyatlarına malikdir və yaxın yüz ildə ölkəmizin enerji təhlükəsizliyi tam təmin olunub. Ancaq ənənəvi enerji mənbələrinin tədricən tükənməsi, bahalaşması, onlardan istifadə zamanı ətraf mühitə külli miqdarda ziyan vurulması son zamanlar, bütün dünyada olduğu kimi, Azərbaycanda da alternativ (bərpa olunan) enerji növlərindən istifadə zərurətini yaradır. "Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması" üzrə Dövlət Proqramında külək, günəş, hidro, biokütlə və geotermal enerji mənbələrindən geniş və səmərəli istifadə olunması üçün konkret məsələlər qoyulub. Dövlət Proqramına müvafiq olaraq ölkədə külək və günəş enerjisinin paylanması üzrə xəritələr, cədvəllər hazırlanıb, kiçik çayların, kanal və digər su axarlarının enerji potensialının öyrənilməsi həyata keçirilib. Azərbaycanda bu tip yerlər ucqar dağ kəndləri və dağlıq ərazilər, xüsusi mühafizə olunan təbiət əraziləri ola bilər. Azərbaycanın, demək olar ki, bütün əraziləri zəngin alternativ enerji resurslarına malikdir. Ölkəmizin cənub rayonları və Naxçıvan çox yüksək günəş enerjisi resurslarına malikdir. Dəniz neftçıxarma sahələrində, dənizçilikdə, Şirvan Milli Parkı və Ağgöl dövlət təbiət qoruğuna dalğa energetikası effektiv tətbiq oluna bilər. Abşeron-Qobustan ərazisi yüksək külək energetikası potensialına malikdir.
Azərbaycanda bu imkanlar artıq diqqət mərkəzindədir. Azərbaycan Respublikası Prezidentinin 21.10.2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı" qüvvədədir. Alternativ enerji mənbələrindən istifadə edilməsi ölkəmizdə istilik elektrik stansiyalarında yandırılan yanacağa qənaət edəcək, ətraf mühitə atılan zərərli tullantıların miqdarını azaldacaq, insanlara əlavə qazanc gətirəcək. Aparılmış çoxillik müşahidələr və tədqiqatlar nəticəsində müəyyən olunub ki, Azərbaycanın Xəzəryanı ərazisində küləyin illik orta sürəti 40-50 metr hündürlükdə saniyədə 7 metrdən az deyil. Abşeron yarımadasında isə 12-14 metr hündürlükdə bu göstərici saniyədə 5,6-7,1 metr intervalında dəyişir. Külək enerjisi qurğuları müxtəlif - kiçik (0,1-30 kVt (kilovat), orta və böyük gücə (0,33-5 MVt) malikdir. Təyinatına görə onlar müvafiq olaraq fərdi və şəbəkə qurğularına bölünür. Kiçik gücə malik energetik qurğular əsasən fərdi elektrik tələbatçılarını (fərdi və bağ evlərini, kiçik fermer təsərrüfatlarını, müxtəlif məişət xidməti obyektlərini və s.) elektrik enerjisi ilə təchiz etmək üçün istifadə olunur. Orta və böyük gücə malik olan energetik qurğular isə yüksək gərginlikli elektrik sisteminə qoşularaq onun dayanıqlı və fasiləsiz işləməsinə şərait yaradır.
2009-cu ildə özəl şirkət tərəfindən Xızı rayonunun Şurabad kəndi yaxınlığında külək enerjisindən elektrik enerjisi istehsal edən pilot layihə həyata keçirilib və həmin ərazidə Danimarka istehsalı olan 0,85 MVt gücə malik olan 2 külək enerjisi qurğusu (KEQ) quraşdırılıb. Qurğular vasitəsilə bir il ərzində 7 milyon kVt-saat elektrik enerjisi istehsal olunaraq yüksək gərginlikli elektrik sisteminə ötürülüb. Bu qədər elektrik enerjisi Xızı rayonunun tələbatını 50 faiz ödəməklə bərabər tələbatçıları "yaşıl enerji" ilə təmin edib. Yeri gəlmişkən, bu qədər elektrik enerjisinin istilik elektrik stansiyasında istehsalına 2 milyon kubmetr təbii qaz tələb olunur. Şirkətin yeni layihəsinə görə, hazırda hər birinin gücü 3 MVt olan 16 KEQ-dən ibarət külək parkının yaradılması üçün işlər yerinə yetirilir. Bundan əlavə, Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin ərazisində hər birinin gücü 0,9 MVt olan 3 KEQ quraşdırılıb.
Avropa İttifaqı dövlətlərinin rəsmi məlumatına görə, təkcə külək enerjisindən istifadə olunması atmosferə atılan karbon qazının miqdarını 2020-ci ildə 236 milyon ton azaltmağa imkan verəcək. Azərbaycanın iqlim şəraiti günəş enerjisindən istifadə etməklə elektrik və istilik enerjisinin istehsalını artırmağa geniş imkanlar açır. Ölkəmizdə günəşli saatların miqdarı il ərzində 2400-3200 saat, 1 kvadratmetr yer səthinə düşən günəş enerjisinin miqdarı 1500-2000 kVt-saatdır. 2010-cu ildən Sumqayıt Texnologiyalar Parkında "Günəş kollektorları və qazanları" zavodu fəaliyyət göstərir. Yüksək keyfiyyətə malik olan bu kollektorların iş prinsipi suyun qızdırılmasından ibarətdir. Kollektorlar 1 saat ərzində 100 litr suyu hava şəraitindən asılı olaraq 40-80 selsi və daha artıq qızdırma gücünə malikdir. Zavodda təbii dövretmə prinsipi ilə işləyən qapalı isti su kollektorlarından və xrom çənlərdən ibarət su sistemləri və təzyiq altında işləyən boyler sistemləri də istehsal edilir. Həmçinin Qobustan Eksperimental Poliqonu ərazisində 1,8 MVt gücündə günəş elektrik stansiyası fəaliyyət göstərir.
Dağ rayonlarında fərdi tələbatçılar üçün kiçik dağ çaylarının enerjisindən istifadə etməklə kiçik gücə malik (30 kVt-a qədər) qurğuların, maldarlığın, quşçuluğun inkişaf etdiyi iqtisadi regionlarda isə sutkada məhsuldarlığı 5-15 kubmetr olan kiçik bioqaz qurğularının istehsalı çox fayda verir. Belə qurğuların istismarı zamanı alınan maye gübrələr əkinçilikdə məhsuldarlığı 15-20 faiz artırmağa şərait yaradır. Xəzər dənizi akvatoriyasında isə küləyin potensialından səmərəli istifadə etmək məqsədilə dəniz külək parkının yaradılması məqsədəuyğun olardı.
Vidadi XUDAŞOV
Yazı Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.
DİGƏR XƏBƏRLƏR
Tarix: 26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi
- maraqlı səbəblərdən danışılır...
Tarix: 26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək?
- AÇIQLANDI...
Tarix: 23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
Tarix: 23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
Tarix: 23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
Tarix: 23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi
20 DƏFƏ ARTIRILIR...
Tarix: 21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu -
"tranzitlərin rekordu"...
Tarix: 21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...
Tarix: 21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər
- Aİ-dən TƏKLİF...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı -
ələ keçirilən arsenalın taleyinə Livan qərar verir
27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" -
Fərid Şəfiyev
27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" -
Türkmənistanın mədəniyyət naziri
27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi
27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat
– üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...
27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...
27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb"
-ICESCO-nun Baş direktoru
27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib"
- İƏT-in Baş katibi
27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?
27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır
27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"
27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı
27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"
27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür"
- Prezident
27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"
27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi
- saxlanan var...
27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil"
- Prezident
27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"
27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"
- Prezident
27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı
27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı
27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"
- Prezident İlham Əliyev
27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"
27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir
27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır"
- Prezident
27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"
27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir"
- Prezident
27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
- FOTO/VİDEO
27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində
- Netanyahu, ya Eisenkot...
27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…
27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti...
Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…
27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub
- YENİ DETALLAR ortaya çıxdı...
27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi
26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur
- qərar verildi…
26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub
- FOTO
26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi
- FOTO
26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi
- maraqlı səbəblərdən danışılır...
26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...
26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...
26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...
26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...
26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur
26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır
- Bu insanlara nə olub?
26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...
26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...
26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir
- Niyə?...
26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...
26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir
26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür
26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
- FOTO
26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...
26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır
26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi
- Əli Əsədov qərar imzaladı...
26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi...
İnanaq?
26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu
26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...
26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...
26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"
26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır"
- Prezidentin köməkçisi
26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"
26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir"
- Hikmət Hacıyev
26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"
26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir"
- Hikmət Hacıyev
26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"
26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb"
- Hikmət Hacıyev
26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB
- İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...
26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi
- son nöqtəni qoymağa hazırıq...
26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı...
114 vəzifəli həbs olundu...
26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...
26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir"
- Ceyhun Bayramov
26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi
26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
- FOTO
26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri
26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi
- FOTO
26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ