Azərbaycandan Türkiyəyə turist kimi səfər edənlərin sayında azlama müşahidə olunur. Bunu Trend-ə açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin Turizm İdarəsinin rəisi Aydın İsmiyev deyib. Onun sözlərinə görə, ötən illə müayisədə bu il Türkiyənin müxtəlif şəhərlərinə səfər edənlərin sayı 20 faiz azalıb.