çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Neftsiz Azərbaycan: Bizi nə gözləyir?

Image


Dünya bazarlarında neftin qiymətlərinin ucuzlaşması bəzi "həvəskar” yazarların qol-qanadını açıb. Baş verən proseslərin mahiyyətini yetərincə dərk edə bilməyənlər vəziyyəti "mütəxəsis” kimi şərh etməyə meyillənirlər. Biz Azərbaycan iqtisadiyyatında neft amili ilə bağlı söylənilən yalanları konkret faktlarla nə qədər ifşa etsək də, bu yalanları tırajlayanlar öz əməllərindən əl çəkmək fikrində deyillər.

Bu adamların işi-gücü kol dibində gizlənib yoldan keçən avtomobilə daş atan uşaqlar kimi hərdən mətbuata çıxıb beləcə "daş atmaq”dan ibarətdir. Amma gərək unutmasınlar ki, hansı yalanları uydurmalarından, cəmiyyətə hansı çaşdırıcı xəbəri ötürmələrindən asılı olmayaraq, biz bütün bunları ifşa etməkdə və kimin hara qədər iqtisadçı olduğunu göstərməkdə davam edəcəyik. Vətənimizi sevirik, dövlətimizə sarsılmaz tellələrlə bağlıyıq, ölkəmizin qısa zaman ərzində böyük iqtisadi inkişaf yolu keçərək regionda ən qüdrətli dövlətə çevrilməsindən qürur duyuruq. Kim bu nailiyyətlərə kölgə salmağa, görülən bənzərsiz işlərə qara yaxmağa, özündən rəqəmlər uydurub insanlarımıza doğru olmayan bilgilər verməyə çalışacaqsa, bunun cavabını dərhal alacaq. Bu adamlar əmin olsunlar ki, biz – "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi olaraq dünyada gedən iqtisadi prosesləri yaxından izləməklə yanaşı, Azərbaycanın sosial-iqtisadi özəlliklərini dərindən təhlil edib ölkələr arasında paralellər aparmaq yolu ilə reallığın şəklini çəkməkdə davam edəcəyik. Özünün siyasi maraqlarından çıxış edən, eləcə də müxtəlif xarici dairələrdən gələn göstərişləri yerinə yetirmək həvəsinə düşənlərin cızma-qaraları, iqtisadiyyat adına uyğun gəlməyən "təhlilləri” nəzərimizdən yayınmır. İqtisadi sahəyə aid bütün xəbər və açıqlamaları diqqətlə izləyir, iqtisadçı qiyafəsində zühur edənlərin dilə gətirdiyi rəqəmləri qeydə alırıq. İstənilən bir uyğunsuzluq və ölkənin iqtisadi göstəricilərinin təhrif olunması kimi hallar müşahidə olunarsa, biz bütün bunlara, "Hər şeyi olduğu kimi göstərmək” kimi prinsipimizə uyğun şəkildə reaksiya verəcəyik.

***

Son 10 ildən bir qədər artıq vaxt ərzində Azərbaycanın inqilabi sıçrayışla əldə etdiyi iqtisadi nailiyyətlərdən beynəlxalq maliyyə qurumlarının hesabatlarında açıq və aydın şəkildə bəhs olunur. Xarici təşkilatların hesabatlarına istinad etməyi sevənlər buyurub həmin sənədlərə nəzər sala bilərlər. Əslində bu adamlar Azərbaycanın haradan hara gəldiyini hamıdan yaxşı görürlər. Yəqin Heydər Əliyev hakimiyyətinə qəpiyə möhtac bir büdcə qoyub getdiklərini də unutmayıblar. Sadəcə bir missiyaları var ki, onu yerinə yetirmək xatirinə istənilən yalanın altından imza atmağa hazırdırlar. Bu missiya hər şeyi qara rəngdə təqdim etmək, görülən işlərə kölgə salmaq, insanlara həqiqətə uyğun olmayan informasiyalar ötürmək və ölkəni guya fəlakətlər gözlədiyinə dair təsəvvürlə yaratmaqdan ibarətdir. Belə bir missiyaya "könül verən”lər öz çirkin niyyətlərini nə yolla olursa olsun reallaşdırmağa çalışırlar. Lakin anlamırlar ki, tutduqları yol əslində onların özlərini bataqlığın dərinliklərinə aparır. "Neftin qiymətləri düşür və bu səbəbdən Azərbaycan iqtisadiyyatı çökəcək, onun maliyyə bank sistemi tam iflasa uğrayacaq” kimi heç bir məntiqə və ağıla sığmayan çağrışlar da göstərir ki, bu adamlar adi riyazi hesablamaları belə düzgün apara bilmirlər. Ortada konkret rəqəmlər var və onları təkzib etmək, gizlətmək mümkün deyil.

***

2004-cü ildən başlayaraq son 11 il ərzində Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkə hesab olunur. Bu müddət ərzində onun Ümumi Daxili məhsulu 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, valyuta ehtiyatları isə 28 dəfəyə qədər artmışdır. Göstərilən dövrdə ölkədə orta aylıq əmək haqqı 5,7 dəfə, orta aylıq pensiya 9,2 dəfə artmışdır. Bu illər ərzində 2900 məktəb binası, 560 tibb ocağı tikilib və əsaslı təmir edilib. 41 olimpiya idman mərkəzi, 30 gənclər mərkəzi yaradılıb. 11 il ərzində yüzlərlə yeni istehsal və emal müəssisələri açılmış, 1 milyon 300 mindən artıq yeni iş yerləri yaradılmışdır ki, bunun da 1 milyona qədəri daimi iş yerləridir.

***

2014-cü ilin yekunlarına görə, Azərbaycanın qeyri-neft sektorundan ixracın həcmi 1,8 milyard ABŞ dollarına yaxın olmuşdur. Bəli, bu rəqəm bizim ümumi ixracımızın 8,0%-nə bərabərdir və elə bu səbəbdən də ilk baxışda az görünür . Lakin son 10 ildən artıq bir vaxt ərzində hökumətin ölkədə qeyri-neft sektorunu inkişaf etdirməklə bağlı atdığı kardinal addımlar - Regionların sosial-iqtisadi inkişafına dair iki dövlət proqramının uğurla reallaşması, keçən ilin sənaye, cari ilin kənd təsərrüfatı ili elan edilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyinin artması və bütün bunların nəticəsi olaraq yerlərdə sürətlə sənaye məhəllələrinin yaradılması, aqroparkların qurulması, sonda qeyri-neft sektorundan ixracın həcminin böyük sürətlə artmasına gerçək zəmin yarada bilmişdir. Son 5 il ərzində Ümumi Daxili Məhsulun tərkibində qeyri-neft sektorunun payı 20%-ə qədər artaraq ümumilikdə 70%-ə yaxınlaşmışdır. Elə bunun nəticəsidir ki, son 5 ildə qeyri-neft sektorundan ixracın həcmi 65% artmışdır ki, bu da orta illik 13% artım deməkdir. Qeyri neft-sektorunun qısa zaman çərçivəsində belə sürətli inkişafı təcrübəsinə heç yerdə rast gəlinməyib. Bax, budur Azərbaycan iqtisadiyyatının bugünkü real durumu. Bu faktları, bu həqiqətləri heç kim təkzib edə bilməz. Bunu təkcə biz deyil, bütün dünya görür və etiraf edir. Unutmayaq ki, Azərbaycan bütün bu nailiyyətləri Ermənistanla müharıbə şəraitində olduğu bir dövrdə əldə edib. Bəli, neftin qiymətləri dünya bazarlarında bu günə qədər iki dəfəyə qədər aşağı düşüb və heç bir şübhə yoxdur ki, bu prosesi idarə edən nəhəng güclər qiymətləri bir qədər də aşağı sala və lazım bildikləri səviyyəyə endirə bilərlər. Lakin qiymətlərin aşagı düşməsi Ümumi Daxili Məhsulunda qeyri- neft sektorunun payı artıq 70%-ə yaxın olan və bu kursu xüsusi dövlət proqramları çərçivəsində aparan bir ölkə üçün hansısa "qorxulu perspektivlər” yarada bilməz. Neftin qiymətlərinin aşağı düşməsi gəlirlərimizi azaldacaq, ancaq bu, heç bir halda fəlakət sayıla bilməz. Biz artıq neft gəlirlərini kifayət qədər səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafında yüksək nəticələr əldə edə bilmişik. Azərbaycan hökuməti son 11 il ərzində elə neft gəlirlərinin də bir qismini bu məqsədə istifadə etməklə ölkə iqtisadiyyatının diversifikasiya edilməsi üçün elə bir möhkəm bünovrə yarada bilib ki, bundan sonra iqtisadiyyatın neftdən asılılığı getdikcə minimuma enəcək.

Fikrət Yusifov

İqtisad elmləri doktoru, professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ