Bazar günü günü, 27 sentyabr 2026
     

Bahalaşan neftin Azərbaycana müsbət və mənfi təsirləri...

Image


Bazar günü səkkiz OPEC+ ölkəsi - Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman - hasilatı gündə 206 min barel artırmaq barədə razılığa gəldilər. Nümayəndələrə istinadən xəbər agentlikləri əvvəllər OPEC+ ölkələrinin Hörmüz boğazı açıldıqdan sonra sürətli istehsal artımı potensialı barədə bazara siqnal olaraq rəsmi şəkildə hasilatı artıra biləcəyini bildirmişdilər. İqtisadçılar boğazın may və ya iyun aylarının ortalarına qədər bağlanmasının neft qiymətlərinin bir barel üçün 200 dollara qədər artmasına, yanacaq çatışmazlığına və təchizat zəncirlərinin pozulmasına səbəb olacağını proqnozlaşdırırlar.

Bu arada, boğazın ətrafında vəziyyət pisləşir. ABŞ prezidenti Donald Tramp Hörmüz boğazını açmasa, İranın elektrik stansiyalarına və körpülərinə hücum etməklə hədələyib. Bu fonda OPEC+ Monitorinq Komitəsi nazirlərinin görüşündə fasiləsiz enerji təchizatı üçün beynəlxalq gəmiçilik yollarının qorunmasının vacibliyi vurğulanıb. İştirakçılar həmçinin enerji infrastrukturuna edilən hücumlarla bağlı narahatlıqlarını ifadə ediblər. Ənənəvi olaraq, monitorinq komitəsi neft bazarındakı vəziyyəti, iştirakçı ölkələrin razılaşmaya riayət etmə səviyyəsini təhlil edir və kvotaların dəyişdirilməsini və ya bütün OPEC+ ölkələrinin, o cümlədən razılaşmaya səs verən, lakin sanksiyalar səbəbindən kvotalarla məhdudlaşmayan ölkələrin (İran, Venesuela və Liviya) iştirakı ilə tammiqyaslı iclasın çağırılmasını tövsiyə edə bilər. Rusiya Baş nazirinin müavini Aleksandr Novakın sözlərinə görə, OPEC+ Nazirlər Monitorinq Komitəsi "sürətli sabitləşməyə və enerji infrastrukturuna hücumların qarşısının alınmasına ehtiyac olduğunu" bəyan edib: "Bu, tam gücün bərpasının xərclərinin yüksək olması və bazarda tədarükü və balansı təmin etmək üçün xeyli vaxt tələb etməsi ilə bağlıdır". Qərb xəbər agentlikləri mənbələrə istinadən bildiriblər ki, OPEC+ Yaxın Şərqdəki münaqişə fonunda may ayında istehsal kvotalarının simvolik şəkildə artırılmasına razılıq verə bilər. Xüsusilə, Səudiyyə Ərəbistanı və Rusiyanın əvvəllər istehsal hədəflərini təxminən 206 min artırmaq üçün prinsipial razılığa gəldikləri bildirilib. Belə bir qərarın Yaxın Şərqdəki münaqişə səbəbindən faktiki olaraq bağlanan Hörmüz boğazı yenidən açıldıqdan sonra istehsalı daha da artırmaq istəyini göstərəcəyinə inanılır. Təşkilatdakı mənbələrə istinadən bildirilib ki, "Heç olmasa kağız üzərində cavab verməliyik".

Bunlar fonunda iqtisadçı ekspert Rəşad Həsənov bildirir: “Hazırkı şərtlər daxilində qlobal neft qiymətlərindəki dəyişikliklər məsələsinə Azərbaycanda valyuta sabitliyi aspektindən və yaxud ölkənin ixrac gəlirlərinin artması aspektindən baxsaq, bugünkü volatillik Azərbaycan hökumətinin proqnozlarının üzərində bir həddə müşahidə edilir. Baxmayaraq ki, volatillik var, ancaq qiymətlər proqnozlaşdırılan göstərici ilə müqayisədə yuxarıdır. Azərbaycan təxminən gündəlik 450-500 min barel neft ixrac edir və neftin 1 barelinin 1 dollar bahalaşması gündəlik 450-500 min dollar, aylıq isə təxminən 15 milyon dollar əlavə gəlirin ölkəyə daxil olmasına səbəb olur. Biz hazırkı şərtlər daxilində neftin qiymətinin təxminən 2 dəfə daha baha qiymətə satıldığını müşahidə etməkdəyik. Bu isə kifayət qədər əlavə vəsait və daxilolma deməkdir”. Ekspert diqqətə çatdırıb ki, Azərbaycan nefti təxminən proqnozlaşdırılan qiymətlə müqayisədə 40 dollar baha satırsa bu, gündəlik 20 milyon dollar, aylıq isə 600 milyon dollar əlavə gəlirin ölkəyə daxil olması deməkdir: “İllik aspektdən baxsaq bu, artıq 7-8 milyard dollar səviyyəsinə yüksəlir. Bu göstərici, ilk növbədə, cari əməliyyatlar balansının profisitinin artmasına gətirib çıxarır, xarici ticarət saldosu artır və dolayı yolla tədiyə balansının da profisit gözləntiləri daha da yüksəlir. Bu isə manatın məzənnəsinin mövcud şərtlər daxilində ABŞ dolları ilə münasibətdə sabit saxlanması siyasəti üçün hökumətə daha əlverişli şərait formalaşdırır. Ancaq təbii ki, bu təsirlər yalnız müvafiq aspektdən nəzərdən keçirilə bilər. Biz əgər digər təsirləri də nəzərdən keçirmiş olsaq, neftin hazırkı qiymətləri Azərbaycan üçün mənfi təzyiqlər də formalaşdırmaqdadır. Bu, bütün növ mal və xidmətlərin maya dəyərinin artmasına gətirib çıxarır və dolayı yolla qlobal inflyasiyanı aktivləşdirir. İdxalçı ölkə kimi Azərbaycanda da bu istiqamətdə inflyasiya təzyiqləri artır ki, bu da bütövlükdə ölkə əhalisinin hər biri üçün əlavə xərc yükü formalaşdırır”. O qeyd edib ki, hökumət bir tərəfdən neftin bahalaşmasından ciddi gəlirlər əldə etmək imkanı qazanır, digər tərəfdən isə vətəndaşlar yoxsullaşma riski ilə üzləşirlər: “Düşünürəm ki, bu gəlirlərin hansısa formada bir qismini artan yoxsulluq təzyiqlərinin aradan qaldırılması və yaxud qiymət stabilliyi ilə optimallığını təmin edən siyasətlərin maliyyələşdirilməsinə yönəltməklə idarə edilməsi daha məntiqli olar. Çünki mövcud şəraitdə təbii ki, Azərbaycan hökuməti, Azərbaycan Respublikası Dövlət Neft Fondu, SOCAR gəlirlərini artırmaq istiqamətində imkanlar əldə etsə də, bütövlükdə hər bir azərbaycanlı ciddi qiymət artımı riski və alıcılıq gücünün aşağı düşməsi, yoxsullaşma riski ilə üzləşir ki, bunlar da müvafiq konyunkturun mənfi tərəfləri kimi nəzərdən keçirilməlidir”.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ