çərşənbə günü, 30 sentyabr 2026
     

Rusiya və İran bu cəhətdən bizdən yaxşıdır - baxmayaraq ki, sanksiya altındadır...

Image


Azərbaycanın ərzaq bahalaşması indeksi niyə regionun sanksiyalı ölkələri səviyyəsindədir?

Beynəlxalq təşkilatların son hesabatına əsasən, 2025-ci ildə 139 ölkə arasında ərzaq qiymətlərinin artım tempinə görə Azərbaycan 112-ci yerdə qərarlaşıb. Müqayisə üçün qeyd edək ki, Türkiyə 79-cu, Ermənistan 86-cı, Gürcüstan 104-cü, Rusiya 134-cü, İran isə 136-cı sıradadır.

Reytinqin prinsipi belədir ki, sıra artdıqca bahalaşma da çoxalır. Yəni Azərbaycan regionda yalnız Rusiya və İrandan öndədir – halbuki, bu iki ölkə ağır beynəlxalq sanksiyalar altındadır.

Baki-xeber.com-a görə, bu vəziyyət haqlı sual doğurur: sanksiyalardan uzaq, enerji resursları ilə zəngin və sabit maliyyə sistemi olan Azərbaycan nəyə görə ərzaq bahalaşmasında belə zəif nəticə göstərir?

İdxaldan yüksək asılılıq – əsas struktur problem

Azərbaycanın ərzaq bazarının təməl problemi daxili istehsalın məhdudluğu və xarici tədarükçülərdən yüksək asılılıqdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkənin ərzaq idxalı ümumi idxalın 20-25%-ni təşkil edir.

Buğda, şəkər, yağ və ət məhsulları üzrə idxal payı 40-70% arası dəyişir.

Ərzaq məhsullarının əsas tədarükçüləri Rusiya, Qazaxıstan, Türkiyə və Ukraynadır. Bu ölkələrdəki qiymət dəyişiklikləri, logistika xərcləri və geosiyasi risqlər Azərbaycan bazarına birbaşa təsir göstərir.

Məsələn, 2023–2024-cü illərdə Qazaxıstanda buğda istehsalının azalması və Rusiya ixrac rüsumlarının artması Azərbaycanda un və çörək məhsullarının bahalaşmasını sürətləndirdi.

Yerli kənd təsərrüfatının məhsuldarlığı və səmərəliliyi aşağıdır

Azərbaycan torpaq və iqlim baxımından kənd təsərrüfatı üçün əlverişli ölkədir, amma məhsuldarlıq göstəriciləri region ortalamasından aşağıdır. Bir hektardan taxıl məhsuldarlığı, rəsmi rəqəmlərə əsasən, Azərbaycanda orta hesabla 33 (realda təxminən 27) sentner, Türkiyədə 45, Gürcüstanda 39 sentnerdir.

Suvarma sistemlərinin 60%-i köhnədir, torpaqların şoranlaşması artmaqdadır. Müasir suvarma texnologiyaları əkinə yararlı və suvarılan torpaqların 10%-ə qədərini (təxminən 40 min ha.) əhatə edir. Eyni zamanda, suvarma suyu idarə edilmir.

Fermerlər çox vaxt müasir texnika və subsidiyalara çıxışda çətinlik çəkirlər. Subsidyaların verilmə metodologiyasi səmərəsizdir.

Bu amillər daxili təklifi azaldır və bazarda idxal məhsullarının payını artırır. Nəticədə, yerli məhsulların qiymətləri də idxal qiymətləri ilə “bərabərləşir”.

Logistika və topdansatış bazarlarında şəffaflığın zəifliyi

Ərzaq məhsulları istehsalçıdan istehlakçıya çatana qədər bir neçə vasitəçidən keçir.

Fermer → topdansatış bazarı → anbar → mağaza → istehlakçı zənciri

hər mərhələdə 5-15% qiymət artımı yaradır.

Türkiyədə bu sistemi sadələşdirmək üçün “Hal” (topdansatış mərkəzləri) və elektron izləmə sistemləri qurulub. Gürcüstanda “bazara birbaşa çıxış” layihələri vasitəsilə fermerlər vasitəçisiz satış imkanına malikdirlər.

Azərbaycanda isə ərzaq paylama və nəqliyyat xərcləri çox yüksəkdir. Qiymət tənzimləməsinə cavabdeh orqanların (Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti) təsir gücü məhduddur.

Manatın nominal sabitliyi, amma real alıcılıq gücünün azalması

Rəsmi məzənnə sabit qalsa da, manatın daxili alıcılıq gücü azalır. 2024-cü ilin sonuna ərzaq inflyasiyası 12–14% civarında qeydə alınıb. Eyni zamanda orta aylıq əməkhaqqı artımı bu səviyyəni kompensasiya etmir.

Nəticədə, real gəlir azalır, vətəndaşlar daha az miqdarda ərzaq ala bilir. Bu vəziyyət beynəlxalq hesabatlarda həyat keyfiyyəti və yaşayış dəyəri göstəricilərinə mənfi təsir edir.

Dövlətin sosial və fiskal siyasəti zəif tənzimlənib

Ərzaq qiymətlərinin artımının qarşısını almaq üçün region ölkələrinin əksəriyyəti vergi və subsidiyalarla müdaxilə edib. Türkiyədə 2022-ci ildən bir çox əsas ərzaq məhsullarına ƏDV 8%-dən 1%-ə endirildi. Gürcüstanda kənd təsərrüfatı məhsullarının idxalına və satışına güzəştlər tətbiq olundu. Ermənistanda da fermerlərə yanacaq və gübrə subsidiyaları artırıldı.

Azərbaycanda bu tədbirlər epizodik xarakter daşıyır. Subsidiyalar səmərəsiz üsullarla təqdim edildiyindən, korrupsiyaya yem olur, çox zaman isə məlumatlı və iri fermerlərə çatsa da, kiçik istehsalçılar kənarda qalır.

Sanksiyalı ölkələrin fərqli modeli

Rusiya və İranın bu reytinqdə Azərbaycanın arxasında olması ilk baxışdan təəccüblü görünsə də, iqtisadi məntiq var. Rusiya özünü təmin edən ərzaq siyasəti həyata keçirir. Bu ölkə buğda, ət və süd məhsullarında idxaldan asılı deyil.

İran sanksiyalara uyğun paralel bazarlar yaradıb, valyuta nəzarətini daxili istehsala yönəldib.

Hər iki ölkə öz daxili tələbatını yerli istehsalla qarşılayır. Azərbaycan isə azad ticarətə açıq, lakin idxaldan asılı iqtisadi modelə malikdir. Buna görə də qlobal qiymət dalğalanmalarından daha çox zərbə alır.

Həyat keyfiyyəti, kirayə və yaşayış dəyəri göstəriciləri

Beynəlxalq reytinqlər (Numbeo, Global Food Security Index, Economist Intelligence Unit və s.) göstərir ki, Azərbaycan yaşayış dəyərinə görə regionda ən bahalı ölkələrdən biridir. Lakin ortalama maaş və alıcılıq qabiliyyəti göstəricilərində Rusiya, Türkiyə və hətta Gürcüstandan geri qalır.

Bu da o deməkdir ki, vətəndaşın gündəlik gəliri ərzaq və kirayə xərclərini tam qarşılamaq gücündə deyil.

Azərbaycanın ərzaq bahalaşması indeksi təkcə qiymətlərin yüksəlməsi deyil, iqtisadi modelin struktur zəifliklərinin göstəricisidir.

Əsas problemlər idxal asılılığı, kənd təsərrüfatında aşağı məhsuldarlıq, qiymət tənzimlənməsinin səmərəsizliyi, sosial siyasətin qeyri-hədəfli olmasıdır.

Bu vəziyyətdən çıxış üçün dövlətin ərzaq təhlükəsizliyi strategiyası sadəcə subsidiya deyil, istehsal, saxlanma, logistika və rəqabət mexanizmlərinin modernləşdirilməsini əhatə etməlidir.

İnnovativ kənd təsərrüfatı texnologiyalarının tətbiqi, regionlararası ticarət mərkəzlərinin yaradılması və idxaldan asılılığın tədricən azaldılması Azərbaycanın ərzaq bazarında sabitliyi təmin edə bilər.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 11:02
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ