Azərbaycan Çinin təşəbbüsü ilə yaradılan Asiya İnfrastruktur İnkişaf Bankının (AİİB) gələcək təsisçi üzvü kimi təsdiqlənib.
Nazirlikdən "APA-Economics”ə verilən xəbərə görə, Asiya regionunun infrastruktur inkişafının artmaqda olan maliyyə ehtiyaclarının təmin edilməsi məqsədilə yaradılan AİİB-nin 27 aprel 2015-ci il tarixində Çinin paytaxtı Pekində keçiriləcək təsis müzakirələrində Azərbaycan Maliyyə Nazirliyinin nümayəndələri də iştirak edəcəklər.