2015-ci ilin əvvəlindən Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları 4,29 milyard dollar (31,2 faiz) azalaraq 13,76 milyard dollardan 9,47 milyard dollara enib. Trend xəbər verir, bu barədə AMB-nin statistik məlumatlarında deyilir.
Mart ayında Mərkəzi Bankın valyuta ehtiyatları 1,5 milyard dollar (1,39 faiz), 2014-cü ilin analoji dövrü ilə müqayisədə isə 5,24 milyard dollar (35,6 faiz) azalmışdı.