Son günlərdə bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən banklara manatla kreditlərin verilməsinin qadağan olunması ilə bağlı həqiqətə uyğun olmayan və yanlış məlumatlar verilməkdədir.
Mərkəzi Bankdan baki-xeber.com-a bildiriblər ki, banklara manatla kreditlərin verilməsinin qadağan edilməsi ilə bağlı hər hansı bir göstəriş verilməyib.
Azərbaycanda fəaliyyət göstərən banklar qanunvericiliyə uyğun olaraq kreditlərin hansı valyutada verilməsini müəyyən etməkdə sərbəstdirlər.