Nazirliyin məlumatında deyilir: "Sığorta qanunvericiliyinin müddəalarına əsasən sığortaçılar, təkrar sığortaçılar və sığorta vasitəçiləri (sığorta agentləri və sığorta brokerləri) sığorta bazarının peşəkar iştirakçıları olmaqla, onların fəaliyyəti xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinə aiddir. Vergi Məcəlləsinin 218.2-ci maddəsinə uyğun olaraq sığorta təşkilatlarının, o cümlədən sığorta vasitəçilərinin (sığorta agentlərinin və sığorta brokerlərinin) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur və bu fəaliyyət növü ilə hüquqi şəxslər mənfəət vergisinin, fiziki şəxslər isə gəlir vergisinin ödəyicisi kimi məşğul ola bilərlər".
Hər iki halda vergi dərəcəsi 20 faiz təşkil edir.