Bunun mahiyyəti odur ki, Avro/ABŞ dolları məzənnəsində baş verən gündəlik dəyişikliklər qismən ABŞ dolları/manat məzənnəsinə ötürülür. Bu o deməkdir ki, manat ABŞ dollarına qarşı müəyyən günlərdə bahalaşa, müəyyən günlərdə isə ucuzlaşa bilər. Bunu "manatın ucuzlaşmasına hansı faktorlar təsir edir" sorğusuna cavab olaraq Mərkəzi Bankdan Trend-ə bildiriblər.