çərşənbə günü, 28 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Texnoloji tərəqqidən texnologiyaların basqısına doğru...
Tarix: 06.04.2015 / 02:23
Bölmə: İqtisadiyyat
Müasir dövrümüzdə texnologiyaların sürətli inkişafı müşahidə olunur. Elmi proqnozlara görə, gələcəkdə insanlar texnologiyaların basqısı ilə üzləşəcək. Bir sıra ciddi elmi tədqiqatlarda bu prosesin qarşısıalınmaz olduğu nəticəsinə gəlinib. Belə bir vəziyyət bəşəriyyətə hansı problemləri yarada bilər? İndi bir sıra elmi mərkəzlər bu prosesin perspektivi barədə müxtəlif csenariləri nəzərdən keçirir.
Süni peyklər, kollayderlər, robotlar, kompyuterlər, mobil telefonlar və s. elmi-texniki tərəqqinin töhfələridir. Bu töhfələr insanların həyat tərzi və şəraitini, iş fəaliyyətini, dünyagörüşünü və müəyyən dərəcədə psixologiyasını da dəyişib. Yeni texnologiyaların bizi əhatə edən çoxşaxəli informasiya axınında xüsusi rolu var. İnformasiya axınının intensivliyi artdıqca, insan təfəkkürü üçün bunun qavranılması və təhlili daha da mürəkkəbləşir.
Həyatımızın bütün sahələrində yeni-yeni texnologiyaların geniş tətbiqi insan əməyinin məzmun və formalarını da dəyişikliklərə uğradır. Bu dəyişikliklər nəticəsində insanların yeni texnologiyalara yiyələnməkdən və bir sıra hallarda öz yerini onlara təslim etməkdən başqa yolu qalmır.
Müasir texnologiyalar dövlətlər arasında hərbi sahədə rəqabətin güclənməsində də aparıcı rola malikdir. Bu rəqabətdə geriləyən dövlətlər üçün təhlükəsizliyin nə dərəcədə effektiv təmin olunması problemi aktuallıq kəsb edir. Yeni, dəqiqlik parametrləri üzrə modernləşdirilmiş silah sistemləri, texnika nümunələri, kəşfiyyat vasitələri hərbi münaqişələrdə canlı qüvvə faktorunu ciddi şəkildə üstələyəcək. Yeni bioloji silah növlərinin, hərbi texnologiyaları iflic halına gətirəcək virusların hazırlanması təhlükəsi də istisna olunmur. Bütün bunların hansısa formada terrorçuların əlinə keçməsi isə beynəlxalq aləm üçün böyük təhlükə mənbəyi ola bilər.
Modern texnologiyalara yiyələnən və bu sahəni daim təkmilləşdirən dövlətlərin Kosmosun fəth olunmasında da kəskin rəqabəti gözlənir. Belə bir rəqabətin daha çox bəşəriyyətin inkişafına töhfə verəcəyi, yoxsa təhlükəli qarşıdurmaya çevriləcəyi suallar doğurur. Kosmosun dərindən öyrənilməsi bəşəriyyətin gələcəyi üçün vacibdir. Bizim sivilizasiya Kosmosda digər sivilizasiyaların axtarışındadır. Kosmosdan elmi məqsədlər üçün istifadənin prioritetliyi beynəlxalq sabitliyin qarant amilidir. Ancaq bəzi dövlətlər öz kosmik proqramlarında hərbi-strateji üstünlüyə nail olunması vəzifəsini də hədəfləyirlər.
Bu gün fəzada "kosmik tullantı" adlandırılan, ötən illərdən qalma, texniki istismar müddətini bitirmiş, ayrı-ayrı ölkələrə məxsus kosmik aparatlar mövcuddur ki, onların sayının artması Yerətrafı orbit üçün müəyyən təhlükə mənbəyidir. Bəşəriyyət uzaq planetlərə insanın göndərilməsi üçün nəqletmə imkanlarına malik olduqda bunun elmi-texniki tərəqqinin sıçrayışı ilə yanaşı, kosmik ekspansiyaya təkan verib-verməyəcəyi də diskussiya mövzusudur.
Elmi-texniki tərəqqi insanları gələcəkdə tədricən kiborqlara çevirəcək. Artıq insan bədəninin bir sıra orqanlarını əvəz edə bilən xüsusi protezlər yaradılıb. Belə ki, bu protezlər xassəcə əvəzlədiyi orqanlardan daha davamlıdır. İnsan beyninin kompyuter texnologiyalarına birləşdirilməsi yönündə də mürəkkəb tədqiqatlar aparılır. Bir sıra ölkələrdə insan beyni üçün kəllə-beyin zədələrindən sonra adamın keçmişinə dair yaddaşından silinən məlumatların bərpasına imkan verəcək xüsusi implantlar hazırlanır. Bundan əlavə, insanın fikrinin gücü ilə kompyuter texnologiyalarını idarə etmək bacarığına yiyələnməsi yönündə tədqiqatlar da böyük maraq doğurur.
Kiborqlaşma prosesi insan bədəninə müxtəlif təyinatlı çiplərin yerləşdirilməsi ilə də müşayiət olunacaq. Bu çiplər adamların yerdəyişməsini, sağlamlıq vəziyyətini nəzarətdə saxlamağa, habelə konkret şəxslərin bundan parol kimi istifadə edərək qapalı obyektlərə, məlumat şəbəkələrinə daxil olmasına imkan verəcək. Artıq bəzi qabaqcıl ölkələrdə ayrı-ayrı sahələr üzrə belə çiplərin tətbiqi praktikası mövcuddur. Həmin ölkələrin ictimaiyyəti tərəfindən bu cür texnologiyaların insanın şəxsi azadlığını məhdudlaşdırdığı, fərdi məlumatların sızmasına yol açdığı barədə müzakirələr aparılır. Bütövlükdə, bu proses müəyyən ictimai təpki ilə qarşılanır.
Qabaqcıl elmi mərkəzlərin məlumatına görə, yeni texnologiyalar tibb sahəsində kardinal dəyişikliklərin əsasını qoyur. Belə ki, bu dəyişikliklər xəstəliklərin diaqnostikası və müalicəsində unikal imkanlar açır. Xüsusən əlil insanların bundan bəhrələnəcəyi vurğulanır. Bununla yanaşı, tibbdə geniş tətbiqi gözlənən bu texnologiyaların insan şüuru və iradəsini, eləcə də onun bədəninin hormonal balansını, immun sistemini kənar təsirlərə məruz qoyacağı da müxtəlif tədqiqat materiallarında qeyd olunur.
Texnologiyaların basqısı təhsil sisteminin tamamilə elektronlaşmasını gerçəkliyə çevirir. Kitab dərsliklər elektron dərsliklərlə əvəzlənir. Elektron oxunuş kitab oxunuşunu sıxışdırmağa başlayıb. Bir sıra ölkələrin məktəblərində əl ilə yazı üsulundan imtina olunur. Bəzi mütəxəssislər bunun fərdin formalaşması, onun özünü emosional cəhətdən ifadəsi, hətta fiziki inkişafı baxımından zərərli olduğu barədə xəbərdarlıq edir.
Elektron texnologiyaların inkişafı özünəməxsus özəllikləri olan paralel virtual dünyanın formalaşmasına gətirib çıxarıb. Bu virtual dünyada milyonlarla insan ünsiyyət qurmaq imkanı qazansa da, gündəlik həyatda canlı ünsiyyətdən uzaqlaşıb. Bundan başqa, bəhs olunan virtual dünya əhatə etdiyi ölkələrdə və cəmiyyətlərdə internetdən asılılıq adlandırılan, həm xəstəlik, həm də sosial bəla kimi xarakterizə olunan problemi gündəmə gətirib. Virtual dünyanın insan düşüncəsini müəyyən qədər zombiləşdirə bildiyi də iddia olunur.
Beləliklə, bütün bu proseslər özünün müsbət və mənfi cəhətləri ilə birgə bəşəriyyətin texnoloji tərəqqidən texnologiyaların basqısı mərhələsinə istiqamətlənməsini şərtləndirir. Bu mərhələyə insanın necə adaptasiya olunacağını isə zaman göstərəcək.
DİGƏR XƏBƏRLƏR
Tarix: 28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik -
hesabatı kim yayıb?
Tarix: 28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...
Tarix: 28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı
Tarix: 28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı
- 122 dollar...
Tarix: 27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...
Tarix: 27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...
Tarix: 26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi
- maraqlı səbəblərdən danışılır...
Tarix: 26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək?
- AÇIQLANDI...
Tarix: 23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
Tarix: 23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
Tarix: 23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
Tarix: 23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib
28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...
28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar -
İsrail onları sayacaq?..
28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik -
hesabatı kim yayıb?
28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...
28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..
28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...
28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil"
– Məhkəmə bankın iddiasını rədd etdi...
28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq"
- Allahşükür Paşazadə
28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" -
Obama Trampın 2 ilini yıxıb-sürüdü...
28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi
- FOTO
28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi
– “problemi iki dəqiqəyə həll edər"...
28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...
28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...
28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır
- tarix AÇIQLANDI
28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...
28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı
28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə
- 50 manat cərimə gəlir...
28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...
28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir"
- Prezident
28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi
– “özləri çıxsalar yaxşı olar”...
28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib
28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"
28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"
- Prezident
28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi
28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları
- SİYAHI AÇIQLANDI...
28.10.2026 / 10:28
İsraildə seçki düyünü
– heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...
28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı
- 122 dollar...
28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…
28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.
28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb -
exit-pollar nəticə açıqlaya bilmir
28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi
– ruslara maşın satışından imtina edilir...
27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...
27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...
27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...
27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...
27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu
- 14 il iş, bütün əmlakı da müsadirə olundu...
27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir”
- YENİ TƏLƏB...
27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu -
mövcud müxalifəti məhv edib yenisini yaradacaq...
27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..
27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...
27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...
27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi
- Makron rejimi qorxur...
27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub
27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi
– biz öz adımızdan danışırıq...
27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...
27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...
27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır
27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi
27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...
27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib
- FOTO
27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...
27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb
- FOTO
27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır
27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...
27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
- FOTO
27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...
27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...
27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi
- İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...
27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu
- süründürməçiliyə və təhqirə yol verilməsin!
27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq
– ABŞ səfirliyi açıqladı...
27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...
27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar
- FOTO
27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır -
hədəf kimdir?
27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib
- VİDEO
27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı -
ələ keçirilən arsenalın taleyinə Livan qərar verir
27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
- FOTO
27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" -
Fərid Şəfiyev
27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" -
Türkmənistanın mədəniyyət naziri
27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi
27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat
– üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...
27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...
27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb"
-ICESCO-nun Baş direktoru
27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib"
- İƏT-in Baş katibi
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
XƏBƏR ARXİVİ