Onun sözlərinə görə, 2015-ci ilin yanvar ayında torpaq sahələrinin qiymətində artım cəmi 0,6 faiz olub: "Bakıda mənzil bazarında qiymətlər çox yüksəkdir, buna görə də bir çoxlarının paytaxtda mənzil almağa imkanı çatmır. Son iki il ərzində əksər potensial alıcılar birinci və ikinci mənzil bazarından torpaq bazarına keçiblər”.
Şirkət rəhbərinin fikrincə, kiçik torpaq sahəsi alaraq 60-70 min manata bir və ya ikimərtəbəli ev tikmək mənzil üçün böyük məbləğ ödəməkdən daha sərfəlidir: "Mənzil alarkən birbaşa pul ödəmək lazım gəlir. Amma 10 min manata kiçik torpaq sahəsi almaq və iki-üç il ərzində orada ev tikmək mümkündür. Bir çoxuna bu variant daha münasibdir”.