"Bəlli olub ki, hotellərin xidmət keyfiyyəti artıb. Ötən ilə nisbətən bu il heç bir hoteldə bahalaşma olmayıb. İnanıram ki, yay turizm mövsümü zamanı da hotellərdə, turizm obyektlərində bahalaşma olmayacaq. Çünki buna əsas yoxdur . Hətta yeni açılan hotellərdə turistlərə xüsusi imtiyazlar və cəlbedici təkliflər olunur. Nazirlik yeni turist marşrutlarının formalaşdırılmasına xüsusi önəm verir. Hazırda tarixi abidələrin qorunması və həmin yerlərə turistlərin cəlb edilməsi istiqamətində işlər aparırıq”.