Cümə günü, 30 oktyabr 2026
     

Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

Image


Son illər ərzində Bakı şəhərinin ən böyük rayonu olan Qaradağda hərtərəfli inkişaf üçün böyük işlər görülüb və bu işlər hazırda da uğurla davam etdirilir. Rayonun ərazisi 1080 kv.km, əhalisi isə 130 min nəfərdən çoxdur. Qaradağ rayonu inzibati ərazi vahidi kimi Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar 1923-cü ildə yaradılıb. Rayonun adı Cənubi Qafqazda ilk dəmir yolu stansiyalarından olan Qaradağ stansiyasının adı ilə bağlıdır.
Hazırda Qaradağ rayonunun inzibati ərazi vahidliyinə 13 yaşayış məntəqəsi daxildir. Rayonun inzibati mərkəzi Lökbatan qəsəbəsidir.
Rayonda 30 təhsil müəssisəsi, 22 uşaq bağçası və körpələr evi, 7 səhiyyə müəssisəsi, 90-dan artıq sənaye müəssisəsi, 8 mədəniyyət evi, 1 muzey, 10 kitabxana, 10 mədəniyyət və istirahət parkı, 1 dövlət qoruğu, 15 mədəniyyət və tarixi abidə var.
Qaradağ rayonunda görülən işlər rayonun iqtisadi gücünün artırılmasında öz ifadəsini tapıb. Elə bu səbəbdəndir ki, Qaradağ rayonunun statistik göstəriciləri kifayət qədər yüksəkdir. Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov deyib ki, ötən doqquz ayın yekunlarına əsasən, rayon üzrə sənaye məhsulunun ümumi həcmi 447,0 milyon manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 8,7 milyon manat olub. Onun sözlərinə görə, sosial-iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 403,7 milyon manat investisiyadan istifadə edilib. İstifadə olunmuş vəsaitin 312,3 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub: «İqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 430,0 min ton xam neft və 653,3 milyon kubmetr təbii qaz hasil olunub. Rayon üzrə 1,4 milyon ton sement, 97,2 min ton mişar daşı istehsal edilib. Hesabat dövründə rabitə xidmətlərinin həcmi 1,7 milyon manat təşkil edib. Pərakəndə əmtəə dövriyyəsi 1,4 milyard manat, əhaliyə göstərilən pullu xidmətlər isə 84,7 milyon manat olub. Ötən dövr ərzində rayonumuzda orta aylıq əməkhaqqı 765,0 manat olub».
11 qəsəbənin daxil olduğu Qaradağın sürətli inkişafına geniş imkanlar açan amillərdən biri də bu rayonun respublikanın əsas nəqliyyat arteriyası üzərində bərqərar olmasıdır. Xəzər hövzəsində ən böyük ticarət limanı olacaq Ələt Beynəlxalq Dəniz Ticarəti Limanının bu rayonda inşası isə rayonu, sözün həqiqi mənasında, nəqliyyat-logistika mərkəzinə çevirib. Bu infrastrukturların tam gücü ilə işləməsinin zamana ehtiyacı olduğuna baxmayaraq, bu ilin üçüncü rübünün yekunlarına görə nəqliyyat sektorunda xidmətlərin həcmi 8,7 milyon manata çatıb.
Əlbəttə, rayonun inkişafını təkcə sənaye məhsulu istehsalının sürətli artımı müəyyənləşdirmir. Yeni tikilən və istehsal gücü ilə rayonun iqtisadi potensialını artıran sənaye nəhəngləri ilə paralel olaraq Qaradağın sosial-məişət infrastrukturu da yenidən qurulur və o, yaxın bir neçə onilliklərə qaradağlıların ehtiyaclarının ödənilməsinə hesablanır. Bu işlərə qapı açan isə Azərbaycan Prezidentinin təşəbbüsü və iştirakı ilə işlənib hazırlanan və artıq uğurla həyata keçirilən 2006-2007-ci və 2011-2013-cü illəri əhatə edən Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramı olub. Dövlətimizin başçısı çıxışlarında bu proqramların reallaşmasında Bakının meqapolisə çevrilməsinin prioritet məqsəd olduğunu vurğulayraq, bunu kompleks şəkildə həyata keçirməyi vacib hesab edir. Yəni tək Bakı deyil, ətraf rayon və qəsəbələr də bu məqsədlərə uyğun inkişaf etdirilməlidir. Məsələn, irəli sürülən layihələrdə paytaxtın əsas sənaye müəssisələrini Qaradağ rayonuna köçürməklə, buranın sosial-iqtisadi mənzərəsinin, ümumi görkəminin, əhalisinin yaşayış səviyyəsinin də ən müasir standartlara cavab verməsi vəzifə olaraq qarşıya qoyulur.
Ölkə Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, Qaradağ rayonu Azərbaycanın ikinci sənaye mərkəzi olmalıdır. Çünki ərazisində 100-dən artıq sənaye müəssisəsinin fəalyyət göstərməsi Qaradağ rayonunun ölkəmizin sənaye potensialının inkişafındakı rolunu ilbəil artırmaqdadır. İqtisadi və sənaye inkişafı sürətlə gedən bu rayon Azərbaycanın güclü sənaye mərkəzinə və əhalinin məskunlaşması regionuna çevrilməkdədir. İstehsal gücü 300 meqavata bərabər olan modul tipli Səngəçal elektrik stansiyasının tikilərək istifadəyə verilməsi əlavə elektrik enerjisinə tələbatı ödədiyindən, Qaradağda yaradılan müəssisələr və tikilməkdə olan zavodlar bu rayonun iqtisadi gücünü artırır və yeni iş yerləri açılır. Məsələn, 2013-cü ildə Buta qəsəbəsində tikintisi başa çatdırılmış Metanol zavodu ölkəmizdə, eləcə də Cənubi Qafqazda ən nəhəng özəl müəssisələrdən biri sayılır. Yaxud dünyanın ən böyük inteqrasiya edilmiş neft və qaz emalı terminallarından və Azərbaycanın neft və qaz sənayesində həyati əhəmiyyətə malik obyektlərindən biri sayılan Səngəçal terminalının Qaradağda yerləşməsi bu rayonun beynəlxalq statusunu, enerji resurslarının saxlanmasında, ötürülməsində və nəqlində, həmçinin ölkə iqtisadiyyatının perspektiv inkişafında xüsusi çəkisini və ölkəmizin beynəlxalq iqtisadi əlaqələrində rolunu daha da artırır. «Bakı-Tiflis-Ceyhan» boru kəməri üçün də çox mühüm rol oynayan bu terminala işə götürülmüş şəxslərin təxminən yarısının Səngəçala qonşu kəndlərin və qəsəbələrin sakinlərinin olması Qaradağın sosial-iqtisadi inkişafının və əhalinin rifah halının yüksəldilməsinin bariz nümunəsidir.
ARDNŞ-in Qaz Emalı Zavodu da Qaradağın sosial-iqtisadi həyatında həlledici rol oynayır. Azərbaycanda 12 milyard kubmetrə qədər qaz istehsal olunduğundan, həmin zavod ölkəmizin ehtiyacını ödəmir. Ona görə də bu həcmdə qazın təmizlənməsi, emalı və çatdırılması üçün Prezident İlham Əliyevin göstərişi ilə Qaradağda yeni neft-qaz emalı və neft-kimya kompleksinin tikilməsi nəzərdə tutulub. Həmin zavodların tikintisi yaxın illərdə başa çatdırılacaq. Qaradağ rayon əhalisinin əksəriyyəti bu zavodlarda yeni texnologiyalarla çalışacaq.
2010-cu ildə Ələt qəsəbəsində təməlqoyma mərasimi keçirilmiş və inşası davam etdirilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin fəaliyyətə başlaması nəticəsində 3 mindən artıq vətəndaş işlə təmin olunacaq. Xüsusilə Ələt qəsəbəsində yaşayan vətəndaşlar orada işləyəcəklərindən, Qaradağda bir sıra sosial məsələlər həll olunacaq. Apardığımız araşdırma nəticəsində həmçinin müəyyən etdik ki, rayon ərazisində olan yollara və məhəllədaxili həyətlərə ötən doqquz ay ərzində 51 min kv.m. asfalt döşənib. Eyni zamanda, yararsız vəziyyətdə olan küçələrə 42 min kubmetr çınqıl və daş qırıntıları tökülərək yayılıb, 11 min 224 p/metr beton bordür qoyulub, 4200 p/m səki mişar daşı ilə hörülüb, 15 min 500 kv.metr tamet döşənib. İşlərin davamı olaraq Qobustan qəsəbəsində yerüstü keçid inşa edilib və əhalinin istifadəsinə verilib. Qeyd edilənlərdən başqa, rayonda ekoloji sabitliyin qorunması, ətrafda olan göllərin qurudulması müvafiq Dövlət Proqramı əsasında həyata keçirilməkdədir. Lökbatan qəsəbəsinin inzibati ərazisində yer ayrılıb və «Hidrolotos» Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təmizləyici gücü sutkada 200 min kubmetr olan qurğunun tikinti işləri davam etdirilir.
«2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na əsasən, əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə rayonun qəsəbələrində sel sularının qarşısının alınması üçün kanalların çəkilməsi nəzərdə tutulub. Bundan əlavə, baş verə biləcək fövqəladə halların qarşısının alınması zamanı operativ tədbirlərin həyata keçirilməsi məqsədilə Səngəçal qəsəbəsində yanğına qarşı yeni su hovuzunun tikintisi, Lökbatan, Sahil və Qobustan qəsəbələrinin ərazisində mövcud olan yanğına qarşı su hovuzunun təmiri, Qaradağ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölməsinin tikintisi də Tədbirlər Planına salınıb.
Təbii ki, Bakının ən böyük rayonunun inkişafı ilə yanaşı, bəzi problemləri də mövcuddur.
Qaradağın müxtəlif yaşayış massivlərində sakinlərin tez-tez şikayət etdiyi problem kommunal xidmətlərin keyfiyyəti ilə bağlıdır. Əhalinin əziyyət çəkdiyi problemlərdən biri də daxili yollarla bağlıdır. Bəzi qəsəbələrin daxili yollarının təmirə ehtiyacı var. Kommunal xətlər yenilənərkən qazılan küçələr sonradan keyfiyyətli təmir olunmur. Bu da qısa müddətdən sonra çökmələrə gətirib çıxarır. Lokbatan qəsəbəsində yaşayan Həsən Səfərəliyev deyir ki, iki il əvvəl kanalizasiya şəbəkəsi yenilənərkən küçə yararsız hala salınıb: «Tələm-tələsik qazdıqları yeri torpaqladılar. Üstündən də asfalt tökdülər. Bir ay keçmədi ki, dəhşətli mənzərə yarandı. Yağmurlu havalarda həmin küçələrdən keçmək çətin olur. Bu problemə bir əncam çəkilməlidir».
Payız-qış aylarında yolların problemi daha qabarıq nəzərə çarpır. Çünki asfalt örtüyü dəyişdirilərkən bəzi hallarda kanalizasiya sistemləri sıradan çıxarılır. Yaxud əsaslı təmir zamanı podratçı şirkət yağış sularının hara axacağını nəzərə almır. Nəticədə yağışlı günlərdə küçə və prospektlərdə xoşagəlməz mənzərələr yaranır.
Sonda bu nəticəyə gəlirik ki, Qaradağ rayonu, sözün əsl mənasında, birgə səylərlə yenidən qurulur, abadlaşdırılır, gözəlləşdirilir. Bu isə hamının bu rayona yüksək mədəni meyarlarla yanaşmasını, abadlığı qorumasını, təmizliyi gözləməsini tələb edir.
Bakı şəhərinin və ətraf qəsəbələrin inkişafına dair yeni Dövlət Proqramında Qaradağ rayonu üzrə həlli vacib məsələlər öz əksini tapıb.
Bu mühüm sənədə rayonun xidmət sahələri, sahibkarlığın, turizm və idmanın inkişafı, təhsil, səhiyyə və mədəniyyət obyektlərinin təmir və tikintisi, ekologiya, eləcə də sakinlərin sosial problemlərinin həllinə dair bəndlər daxil edilib. Bütövlükdə isə, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin ardıcıl həyata keçirilməsi Qaradağ rayonunun sosial-iqtisadi mənzərəsini bir qədər də zənginləşdirəcək, sakinləri yüksək həyat standartlarına qovuşduracaq.
Məhəmmədəli QƏRİBLİ
Məqalə Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ