Cümə axşamı günü, 15 oktyabr 2026
     

Tranzit strategiyası Azərbaycana pandemiya dövründə mühüm üstünlüklər qazandırır

Image


Koronavirusun yarada biləcəyi təhlükənin önlənməsi üçün dünya dövlətlərinin böyük əksəriyyəti iqtisadi fəaliyyəti məhdudlaşdırıb. Yaranmış durumda Beynəlxalq Valyuta Fondu koronavirusla əlaqədar yaşanan iqtisadi durğunluğa görə bu il üçün nəzərdə tutduğu iqtisadi proqnozlarında dəyişiklik edib. Qurumun baş iqtisadçısı Gita Gopinat məsələ ilə bağlı qeyd edir:“Bu il dünya iqtisadiyyatı Böyük Böhrandan bəri ən pis durğunluq dövrünü yaşayacaq və bu böhran on il əvvəl baş verən maliyyə böhranından daha təsirli olacaq. Mövcud böhran sadəcə iqtisadiyyatla bağlı yürüdülən siyasətlə bağlı deyil. Bu böhran fərqli olduğundan, onun şərtləri də nə zaman bitəcəyi bəlli olmayan pandemiya tərəfindən müəyyənləşdirilir”.

"Standard & Poor's" beynəlxalq reytinq agentliyi elə bu səbəbdən dünya üzrə ümumi daxili məhsulun  2020-ci ildə 2.4 faiz azalacağını proqnozlaşdırır: "COVID-19-un iqtisadi nəticələri uzanır və gözləniləndən daha çox intensivləşir, makroiqtisadi proqnozlarımızı yenidən endirdik. Bu il dünya ÜDM-in 2,4 faiz azalacağını proqnozlaşdırırıq, ABŞ və Avrozona iqtisadiyyatları isə müvafiq olaraq 5,2 və 7,3 faiz azalacaq". Beləliklə, qeyd edilənlərdən bəlli olur ki, pandemiya dünya, eləcə də ayrı-ayrı ölkələrin iqtisadi durumuna mənfi istiqamətdən təsir göstərməkdə davam edir. Amma bu təsirin dövlətlərə zərər dərəcəsi də fərqlidir. Məsələn, aparılan hesablamalar göstərir ki, Azərbaycan pandemiyadan daha az zərər görənlər sırasında yer alacaq. Ölkəmizə əsas mənfi təsir pandemiyanın enerji resurslarının qiymətində ciddi enişə səbəb olması ilə bağlıdır. Amma digər tərəfdən görünən həm də odur ki, Azərbaycan qeyri-neft sektorunda gördüyü işlərlə də bu sahədə itkilərini kompensasiya edə biləcək. Məsələn, pandemiyaya rəğmən nəqliyyat, tranzit yükdaşımalardan Azərbaycanın cari ildə daha çox gəlir əldə etməsi gözlənilir. Bunun üçün Azərbaycan həm də daha sərfəli şərtlər təqdim etməyə hazırlaşır. Belə ki, koronavirus pandemiyasının yayılması şəraitində dövlətlərarası yükdaşımaların sadələşdirilməsi istiqamətində Azərbaycan müvafiq təkliflər hazırlayır.  TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Akif Mustafayev bu xüsusda  bildirib ki, təkliflər bütün dövlətlərə göndəriləcək: "Hazırladığımız təkliflər pandemiya şəraitində dövlətlərarası sərhəd-gömrük məntəqələrində həmin dövlətlərin daxili işlərinə qarışmadan yükdaşımalarının sadələşdirilməsi, maneələrin aradan qaldırılması məsələlərini əhatə edəcək. Təkliflərin biri də ondan ibarət ola bilər ki, tranzit maşınlar bir dövlətdə dezinfeksiya olunubsa və bütün proseslərdən keçibsə, qonşu dövlətdə yenidən dezinfeksiya edilməsin. Ola bilsin, may ayının ortalarında videokonfrans keçirək. Həmin videokonfransda TRACECA-ya daxil olan 13 dövlətin milli katibləri iştirak edəcək. Hazırladığımız təklifləri videokonfransda səsləndirəcəyik. Təklfilər digər dövlətlər tərəfindən qəbul olunandan sonra tövsiyə olaraq bütün dövlətlərə paylanacaq. Çünki bu pandemiyanın hələ yaxın həftələrdə bitəcəyini hiss etmirik”.

Xatırladaq ki, TRACECA Proqramı Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərinin nəqliyyat infrastrukturunun bərpasına yardım göstərilməsi, Avropa və Asiyanı birləşdirən ən qısa nəqliyyat dəhlizinin yaradılması və bununla regionun Qərbə inteqrasiyası, həmçinin bu dövlətlərin iqtisadiyyatlarının dirçəldilməsinə və inkişafına yönəldilmiş Avropa İttifaqı proqramlarının reallaşdırılmasına xidmət edən etibarlı nəqliyyat sisteminin qurulması məqsədini daşıyır. Bundan başqa, Azərbaycan Bakl-Tiflis-Qars dəmir yolu xəttinin potensialından da daha çox istifadə etməyi düşünür. “Azərbaycan Dəmir Yolları” QSC-nin Yükdaşımalar departamentinin rəisi Emil Əhmədov bildirir ki, hazırda bu dəmir yolu ilə əsasən Azərbaycan, Türkiyə, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Çin və bəzi Avropa ölkələrinin yükləri daşınır: “Pandemiya dövründə BTQ ilə yükdaşımalarda fasilə yaranmayıb. Məhsul çeşidləri əsasən metal məhsulları, sənaye məhsulları, ərzaq məhsulları, taxıl və taxıl məhsullarıdır. BTQ dəmir yolu vasitəsilə yükdaşımaları hər iki istiqamətdə əvvəlki qaydada davam etdirir”. Özü də yükdaşımaların həcmi artır. Belə ki, BTQ xəttilə ötən ilin ilk 100 günündə  1 266 konteyner, 2020-ci ilin ilk 100 günündə isə 2 148 konteyner daşınıb. Digər tərəfdən, iqtisadi fəaliyyətini yenidən bərpa edən Çin bu xətlə daha çox yük daşınmasına hazırlaşır. Emil Əhmədov da  bildirir ki, Çindən Avropaya və əks istiqamətdə konteynerlə yükdaşımalar davam edir və bu sahədə fasilə yaranmayıb. Onun sözlərinə görə, ötən aylarla müqayisədə gələcəkdə konteynerlərin sayında artım gözlənilir: “Bu il Çin hökuməti Sian şəhərindən 150 qatarın Orta Dəhlizlə Azərbaycan və Türkiyə üzərindən Avropaya hərəkət etməsini planlaşdırır”.

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC  koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının almaq məqsədilə sanitariya-epidemioloji tədbirlərini gücləndirib. Ölkə ərazisinə daxil olan bütün yük qatarları insan əli dəymədən dezinfeksiya edilir. Proses həm qatarların üst hissəsini, həm də yüklər tam boşaldıldıqdan sonra daxili hissəsini əhatə edir. Bundan başqa, bütün lokomotivçilər xüsusi geyim, dezinfeksiya aparatı və məhlullarla təmin olunub. Onlar həmin aparat vasitəsilə lokomotivləri dezinfeksiya edirlər. Bu isə yükdaşımalardan Azərbaycana gələ biləcək mənfi təsirləri minimum endirir.  “Şimal-Cənub”, “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin tam işə düşməsi fonunda isə Azərbaycanın tranzit gəlirlərinin daha da artması gözlənilir. Bütün bunlar qeyri-neft sektorunun inkişafı istiqamətində Azərbaycana əlavə üstünlüiklər qazandırır. Dünya bazarlarında enerji qiymətlərinin aşağı düşməsi fonunda bu, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ