31/05/2020 23:27
728 x 90

Azərbaycan sahibkarlarına dünyada analoqu olmayan daha bir Prezident dəstəyi - sərhədyanı və dağlıq bölgə sahibkarları...

Əli Əlirzayev: “Dağlıq ərazilərdə yaşayan sahibkarlara güzəştli kredit ayrılması müsbət addımdır”

img

Məlum olduğu kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən, Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, o cümlədən, fermer təsərrüfatı və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərə güzəştli kreditlər ayrılacaq.

Sərhədyanı və dağlıq ərazilərdə yaşayan sahibkarlara güzəştli kreditin verilməsini ekspertlər müsbət qarşılayırlar. 

  • “Rayonlarda çalışan sahibkarların girov təklif edərək güzəştli kreditdən yararlanmaqda çətinlikləri var”

İqtisadçı-ekspert Əli Əlirzayev qeyd etdi ki, dağlıq ərazilərdə yaşayan sahibkarlara güzəştli kredit ayrılması müsbət addımdır: “Son illər bank sektorunda müşahidə edilən böhran bütün istiqamətlərdə kreditləşmənin azalmasına və maliyyə azadlığının məhdudlaşmasına gətirib çıxarıb. Alternativ maliyyə bazarları, demək olar ki, inkişaf etməyib. Bu isə biznesin, xüsusilə də gənclərin maliyyəyə çıxış imkanlarını məhdudlaşdırıb. Sərhədyanı ərazilərdə yaşayan sahibkarlara güzəştli şərtlərlə kredit verilməsi biznesin inkişaf etməsinə səbəb olacaq”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, sahibkarların, xüsusən də rayonlarda çalışan iş adamlarının güzəştli kreditlərə çıxış imkanlarının artırılmasına ehtiyac var: “Rayonlarda çalışan sahibkarların girov təklif edərək güzəştli kreditdən yararlanmaqda çətinlikləri var. Banklar girov üçün paytaxtdan əmlak tələb etdikləri üçün onların bir sıra hallarda bu imkandan faydalanmaqda çətinlikləri olur. Bu baxımdan, dağlıq rayonlarda yaşayan sahibkarlara güzəştli şərtlərlə kreditin verilməsi təqdirəlayiqdir”.

Günel CƏLİLOVA

Son xəbərlər