29/05/2020 10:04
728 x 90

Prezident builki büdcə xərclərinə yenidən baxılma zərurətinin anonsunu verdi…

Pərviz Heydərov: “Dövlət büdcəsində nəzərdə tutulan layihələr olduğu kimi yerinə yetiriləcək”

img

“Azərbaycanın 2020-ci il dövlət büdcəsinə yenidən baxılmalıdır”. Bunu Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən bildirib.

O qeyd edib ki, dünya bazarında neftin qiymətinin kəskin enməsi Azərbaycana da böyük zərər vurub: “Bu ilin dövlət büdcəsinin icrası ilə bağlı problem olmamalıdır. İlk növbədə bütün sosial öhdəliklər tam yerinə yetirilməlidir, bütün sosial infrastruktur layihələrinin icrası təmin edilməlidir. Eyni zamanda, büdcə xərclərinə yenidən baxılmalıdır və təcili olmayan layihələr təxirə salına bilər.

Əlbəttə ki, bu layihələrin həyata keçirilməsi və ya təxirə salınması məsələsinə baxanda məşğulluq məsələlərinə də baxılmalıdır. Çünki dövlət xətti ilə həyata keçirilən investisiya layihələri, eyni zamanda, məşğulluğa da təsir edir”.

Maraqlıdır, büdcə xərclərinə yenidən baxılmasına və təcili olmayan layihələrin təxirə salınasına ehtiyac varmı?

  • “Təcili şəkildə reallaşdırılması vacib olmayan layihələrə büdcədən ayrılan vəsaitlər...

İqtisadçı-ekspert Pərviz Heydərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, təcili şəkildə reallaşdırılması vacib olmayan layihələrə büdcədən ayrılan vəsaitlərin dayandırılması yaxşı olar: “Xatırladım ki, 2014-cu ilin ikinci yarısında neftin dünya bazarında qiyməti düşdükdən sonra 2015-ci ildə Azərbaycanın dövlət büdcəsində müəyyən investisiya xərcləri təxirə salındı. Hansı ki, həmin layihələrin il ərzində gerçəkləşdirilməsi zəruri deyil”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, təcili olmayan layihələr deyiləndə  sosial layihələr nəzərdə tutulmayıb: “Dövlət büdcəsində nəzərdə tutulan layihələr olduğu kimi yerinə yetiriləcək”.

Günel CƏLİLOVA

Son xəbərlər