27/06/2019 11:05
728 x 90

DİN İdman Cəmiyyətinin yetirmələrinin Avropada yeni uğurları… - FOTO

img

Mayın 31-dən iyunun 2-dək Rumıniyanın paytaxtı Buxarestdə ciu-citsu üzrə Avropa çempionatı keçirilib.

Millimizin tərkibində tatami üzərinə çıxan DİN İdman Cəmiyyətinin inspektoru, polis baş leytenantı  Elşən İbişov çəkisi 85 kiloqramadək olan idmançılar arasında Rusiya yığmasının üzvü ilə qarşılaşıb. Rəqibini məğlub edərək alman və rumın idmançılar üzərində də qələbə əldə edən idmançımız final görüşündə polşalı idmançı ilə qarşılaşıb və vaxtından əvvəl qələbə qazanaraq Avropa çempionu adına sahib olub.

DİN İdman Cəmiyyətinin yetirməsi Emil Qurbanov çəkisi 69 kiloqramadək olan idmançılar arasında bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

Qeyd edək ki, hər iki təmsilçimizi bu yarışa Ciu-citsu Federasiyasının prezidenti Mirəli Seyidov hazırlayıb.

DİN İdman Cəmiyyətinin sədri, polis polkovniki, Olimpiya, dünya və Avropa çempionu Zemfira Meftaxetdinova qazandıqları  növbəti nailiyyətlə əlaqədar E.İbişovu və E.Qurbanovu  qəbul edib, onları təbrik edərək qarşıdakı yarışlarda da uğurlar arzulayıb.

Zeyni HÜSEYNOV
DİN Mətbuat Xidmətinin əməkdaşı

Son xəbərlər