27/06/2019 11:08
728 x 90

Avroliqanın çempionu məlum oldu… “Çelsi” “Arsenal”ı darmadağın etdi – 4:1

img

Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final matçında iki ingilis klubu – “Arsenal” və “Çelsi” qarşı-qarşıya gəlib.

Baki-xeber.com xəbər verir ki, ilk hissəsi qolsuz keçən final matçında “Çelsi”nin qolarını 49-cu dəqiqədə Olivye Jiru, 60-cı dəqiqədə Pedro, ikinci qoldan 5 dəqiqə sonra isə Eden Azar “Arsenal”ın qapısına təyin olunmuş penalti ilə hesabda fərqi daha da artlrlb.

Qarşılaşmanın 69-cu dəqiqəsində İvobi “Arsenal”ın azarkeşlərini ümidləndirsədə, “Çelsi”nin belçikalı forvardı Azar 3 dəqiqə sonra özünün ikinci, komandasının isə dördüncü qolunu vurub.

Beləliklə Avroliqanın kuboku “Çelsi”yə qismət olub.

Qeyd edək ki, oyunun keçirildiyi Bakı Olimpiya Stadionu 68 min tamaşaçı tutumuna malikdir.

Son xəbərlər