17/09/2019 01:09
728 x 90

Polislər arasında bayrama həsr olunmuş yarış keçirilib

img

Mayın 24-də və 25-də Respublika Olimpiya Mərkəzində 28 May – Respublika Gününə həsr olunmuş  daxili işlər orqanları əməkdaşları arasında estafet qaçışı üzrə yarış keçirilib.

Yarışın əvvəlində “28 May - Respublika günü”nün tariximizdəki mövqeyi və əhəmiyyəti barədə geniş məlumat verilib.

Daha sonra yarışa start verilib.

Turnirə qatılmış 10 komandanı təmsil edən 60 idmançı əməkdaş öz bacarığını sınayıb.

Yarışın proqramına daxil olan 1000 metr məsafəyə estafet qaçışında Əlahiddə Çevik Polis Alayının əməkdaşları finişə hamıdan tez çataraq turnirin qalibi olub. Daxili Qoşunların Baş İdarəsinin hərbçiləri ikinci, Sumqayıt Şəhər Polis İdarəsinin təmsilçiləri isə komanda hesabında üçüncü yeri qazanıb.

Yarışı baş hakim, DİN İdman Cəmiyyətinin İdman təlimi bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırovun rəhbərlik etdiyi hakimlər briqadasının üzvləri - polis polkovnik leytenantları Elnur Həsənov, Seymur Qurbanbəyov,  Munir Orucov, Mahir Əhmədov və polis mayoru Əlişan Tunc idarə edib.

Qalib komandaların kapitanlarına, məşqçilərinə və üzvlərinə kubok, medallar və qiymətli hədiyyələr təqdim olunub.

Zeyni HÜSEYNOV
DİN Mətbuat Xidmətinin əməkdaşı

Son xəbərlər