27/06/2019 11:13
728 x 90

Məşqçi də çempiondur, yetirmələri də - söhbət Azərbaycan polisindən gedir - FOTO

img

Xəbər verildiyi kimi, mayın 16-dan 19-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində kikboksinq üzrə WAKO - 25-ci Dünya Kuboku keçirilib. 3 mindən artıq idmançının qatıldığı bu mötəbər yarışda  milli komandamız da təcrübəli idmançılarla təmsil olunub.

Ölkəmizin yığma komandasının tərkibində təmsil olunan Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı, əməkdar idman ustası Eduard Məmmədov inamlı mübarizə aparıb.

Təmsilçimiz çəkisi 63 kiloqramadək olan veteran idmançılar arasında  üç döyüş keçirib. Fransalı idmançı ilə qarşılaşan  E.Məmmədov döyüşə üstünlüklə başlayıb və sonadək bu tempi davam etdirib.  Daha sonra rumın və macar idmançıları da məğlub edən kikboksçumuz dünya kuboklarının sayını 7-yə çatdırıb.

Bu yarış E.Məmmədovun yeniyetmə və gənc yetirmələri üçün də uğurlu olub. Belə ki, onlar ümumilikdə millimizin medal mücrüsünə 5 medal əlavə ediblər. Onlardan Amin Quliyev, Nicat Ələkbərli qızıl, Renat Qiyaslı, Nihad Kərimli və Elvin Məmmədov isə bürünc medal qazanıb.

Onu da qeyd edək ki, A.Quliyev həm dünya çempionu, həm də dünya kubokunun sahibidir.

Xatırladaq ki, polis polkovnik-leytenantı E.Məmmədov idmanın kiqboksinq növü üzrə 23 dəfə dünya, 7 dəfə Avropa, Asiya və Avrasiya çempionudur.

Zeyni HÜSEYNOV
DİN Mətbuat Xidmətinin əməkdaşı

Son xəbərlər