20/06/2019 05:45
728 x 90

Futbol tarixində Bakıda ilk hadisə - UEFA İK-nın Bakıda ilk iclası olacaq

img

AFFA-dan baki-xeber.com-a verilən məlumata görə, mayın 29-da Bakıda UEFA İcraiyyə Komitəsinin iclası keçiriləcək və artıq gündəlik də məlumdur.

İcraiyyə Komitəsi iclasının gündəliyi:

1. 2021-ci ildə UEFA Qadınlararası Çempionlar Liqasının ev sahibinin müyyənləşdirilməsi

2. Müxtəlif yarışların və texniki qaydaların təsdiqi

3. Futzal üzrə UEFA Avropa Çempionatı 2020-22

4. 2019/20 UEFA Avropa U-17 və U-19 çempionatları

5. 2019/20 UEFA Avropa Qadınlararası U-17 və U-19 çempionatları

6. UEFA İntizam qaydaları (2019 buraxılışı)

7. UEFA Təhlükəsizlik qaydaları (2019 buraxılışı)

8. UEFA Klubların maliyyə nəzarəti orqanının prosedur qaydaları (2019 buraxılışı)

9. Turnirlərin əsasnamələri – Oyun qaydalarına adaptasiya

10. UEFA Avropa Gənclər çempionatlarının formatı

11. Reynhart Qrindelin UEFA vitse-prezidenti və FIFA İcraiyyə Komitəsi üzvlüyündən azad olunması

12. UEFA Grassroots mükafatı 2019

Xatırladaq ki, tarixdə ilk dəfə UEFA İcraiyyə Komitəsinin iclası Bakıda təşkil olunacaq.

Son xəbərlər