Bazar günü günü, 08 noyabr 2026
     

“Arsenal” futbol klubunun rəhbərliyi ən sonda “erməni oyunu”na uydu - 40 oyunda cəmi 8 qol vurmuş qeyri-məhsuldar futbolçuya görə…

Image


İngiltərənin “Arsenal” klubu erməni “toruna” düşdüyünü açıq etiraf etmiş oldu. Hələ bir neçə gün əvvəl heç klubun əsas heyətində yerini möhkəmləndirməyi bacarmayan erməni əsilli bir futbolçunun milli mənsubiyyəti üzərindən şou göstərilməyə başladı. Guya həmin şəxsin erməni əsilli olması klub oyunçularının təhlükəsizliyinə və ümumi əhval-ruhiyyəsinə problemlər yarada biləcəyi kimi saxta iddialar ortaya atıldı.

Maraqlıdır ki, həmin vaxt açıqlama verən “Arsenal”ın baş məşqçisi bildirdi ki, Azərbaycanla Ermənistan arasında belə bir münaqişənin olduğundan xəbərsizdir. Bundan əlavə, Azərbaycanın rəsmi qurumları bəyan edərək bildirdilər ki, oyunla bağlı istər komandaların heyətinin, istərsə də tamaşaçıların təhlükəsizliyinə tam təminat verirlər. AFFA, Azərbaycan Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyi dövlətin adından çıxış edərək, finalın bütün iştirakçılarına, o cümlədən, Mxitaryana təhlükəsizlik zəmanəti veriblər. Eyni zamanda, Azərbaycanın beynəlxalq yarışların keçirilməsi üzrə ciddi təcrübəsi var. Həmin yarışlarda çoxlu sayda erməni idmançı iştirak edib, hətta qalib gələnləri də olub. Prezident İlham Əliyevin yarışların qalibi olan erməni əsilli idmançının boynuna medal asdığı vaxt da olub.

Azərbaycanda olan tolerantlıq, multikultural ənənələrə sadiqlik bütün dünyaya nümunə kimi göstərilir. Təsadüfi deyil ki, müharibə şəraitində olmağımıza baxmayaraq, hazırda ölkəmizdə on minlərlə erməni əsilli vətəndaş yaşayır. Ermənistanda isə bir nəfər də olsun azərbaycanlıya rast gəlmək mümkün deyil. Təbii ki, bütün bu şərtlər erməni əsilli istənilən idmançının təhlükəsizlik şəraitində gəlib, burada iştirak edib, geri qayıda biləcəyini şərtləndirir. Ancaq, görünür, Bakını ermənifob bir şəhər kimi göstərmək istiqamətində aparılan qara piar cəhdlərində erməni lobbisi  nüfuzlu futbol klubunu öz “toruna” sala bilib. 40 oyunda cəmi 8 qol vurmağı bacaran qeyri-məhsuldar bir erməni əsilli futbolçuya görə belə bir qalmaqal yaratmağa dəyərdimi?

Britaniyanın mediası bununla bağlı yazıb: “London klubunun düşərgəsində oyunçulardan birinin təhlükəsizlik problemlərinə görə bu cür ciddi oyunu faktiki olaraq buraxmağa məcbur qaldığı üçün qəzəb hiss olunur. Ötən həftə “Arsenal” UEFA-dan Azərbaycanla Ermənistan arasında davam edən siyasi gərginlik səbəbindən Mxitaryan üçün əlavə təhlükəsizlik zəmanəti tələb etmişdi. Danışıqlar davam edir. “Arsenal”ın qərarı gələn həftənin əvvəlindən gec olmayaraq elan ediləcək, lakin “topçular”ın cərgəsində bu məsələyə nikbin yanaşılmır. Həm klub, həm də oyunçu pərişandırlar”.

Göründüyü kimi, bütün oyunçuların təhlükəsizliyinə ən yüksək səviyyədə təminat verildiyi halda, ingilis klubu erməni təsiri altındakı yararsız təbliğatını davam etdirir.

  • Kənan Məstəliyev: “Yetərincə ciddi məbləğdir və görünən odur ki, bu pul üçün “erməni kartı”nı oynamağa, bu “oyun”a alət olmağa razıdırlar”

Tanınmış futbol mütəxəssisi və şərhçisi Kənan Məstəliyev də “Bakı-Xəbər”ə açıqlamasında  bunun idmanla heç bir əlaqəsi olmayan məkrli erməni təbliğatı olduğu qənaətindədir: “Ermənilər, onların dünyaya yayılan lobbisi həmişə öz “yazıq, hüquqları daim tapdalanan erməni xalqı” kartını oynayıb, maksimum dividend qazanmağa çalışıb. Bu, bütün sahələrdə belədir: siyasətdən tutmuş, idmana qədər. İdman da xüsusilə geniş kütləyə xitab etdiyindən, ən populyarı da məhz futbol olduğundan, bu istiqamətdə “işlədiklərinə” təəccüb etməyə dəyməz.

Hamı bilir ki, erməni idmançıların Azərbaycana gəlib-getməsində, yarışlara qatılmasında heç vaxt problem olmayıb. Onlar burada yetərincə turnirdə iştirak edib, hətta çox sayda uğur, qələbə də qazanıb. Bu zaman Azərbaycan dövləti onların təhlükəsizliyinə təminat verib və sözünün üstündə də durub. Yəni ermənilərin “biz ora gəlsək, başımıza oyun açacaqlar” variantı artıq keçərli deyil. Elə bu dəfə də ən yüksək səviyyədə təminat verilib və bunun üçün lazımi tədbirlər görülüb. Sadəcə, kimlərəsə bu kontekstdə ermənilərə bu tolerant münasibət sərf etmir. Onlar əvvəlcədən də bilirdilər ki, Azərbaycan təminat verəcək və heç bir problem olmayacaq.

O ki, qaldı Henrix Mxitaryana, onun “Arsenal”ın əsas heyət üzvü olmadığını futbolu az-çox izləyən hər kəs bilir. Bundan öncə o, “Mançester Yunayted”ə transfer olunmuş, orada özünü yaxşı tərəfdən göstərə bilmədiyinə görə Aleksis Sançeslə heç bir xərc tələb olunmadan dəyişdirilmişdi. Zaman göstərdi ki, bu addım təsadüfi deyildi, çünki Henrix London klubunda da özünə yer tapa bilmədi. Hələ ötən ilin payızında “Arsenal” Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıya gələndə də Mxitaryan zədə bəhanəsilə gəlməmişdi. Onun gəlməməsi heç bir şeyi dəyişmədi və “topçular” 3:0 hesablı rahat qələbə qazanıb evlərinə qayıtdılar. İndi də durum təxminən eynidir. Onun Bakıya gəlib-gəlməməsi, böyük mənada, heç nəyi dəyişməyəcək. Uzaqbaşı 90 dəqiqə ehtiyatda oturub, turist səfəri etmiş olacaq. Ona görə də işin idman tərəfində Henrixin gətirilməməsi komanda üçün elə də böyük faciə olmayacaq.

Və son olaraq “Arsenal” məsələsi. Mxitaryan məsələsi onlar üçün çox yaxşı bəhanə oldu. Bundan və guya ki, yolun çox uzaqlığı məsələsi bəhanəsindən istifadə edərək UEFA-ya təzyiq göstərməyə çalışdılar. Final bir matçdır. Burada ən kiçik məqam belə qələbə gətirə bilər. Məncə, bu yolla onlar oyuna təyin olunan hakimə - Canluka Rokkiyə təzyiq etmək istəyirlər. Daha doğrusu, UEFA-nın ədalət təmsilçisinə “kiçik” bir təlimat verməsini və “azacıq” dəstək verməsini gözləyirlər. Çünki qələbə “Arsenal” üçün çox vacibdir. İngiltərə Premyer-Liqası vasitəsilə Çempionlar Liqasına yollana bilməmələri planları pozub. Bakıda çempion olsalar, bu iş həllini tapacaq və “topçular” gələn mövsümdə əlavə təxminən 80 milyon funt-sterlinq pul əldə edəcəklər. Yetərincə ciddi məbləğdir və görünən odur ki, bu pul üçün “erməni kartı”nı oynamağa, bu “oyun”a alət olmağa razıdırlar”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ