20/11/2019 08:07
728 x 90

Kinqboks üzrə yeni yeniyetmə Azərbaycan çempionu gəlir - Nazim Həsənov.... - FOTO/VİDEO

img

Bu gün Azərbaycan Sərhəd Qoşunlarının idman sarayında yeniyetmələr arasında Azərbaycan çempionatının mərhələ oyunları davam etdirilib.

Çox sayda idmançının qatıldığı son dərəcə gərgin və maraqlı oyunu yüzlərlə tamaşaçı izləyib. Gərgin və maraqlı keçən idman döyüşünün finalçıları artıq məlum olub. 69+ çəki dərəcəsində 14 yaşlı idmançılar arasında daha gərgin və maraqlı keçən idman mübarizəsinin finalçılarından biri Nazim Həsənov olub. Sabah - aprelin 29 -da Sərhəd Qoşunlarının idman sarayında əsl idman tamaşası olacaq. Çox inamlı mübarizədən sonra yeniyetmə Nazim Həsənov Azərbaycan çempionu yolunda sonuncu maneəni aşmağa çalışacaq.

Nazim son döyüşə böyük inamla gedir. "Finalda məni məğlub edə biləcək idmançı tanımıram. Özümə güvənirəm və qalib gələcəyimə şübhə etmirəm" - yeniyetmə və inamlı idmançımız Nazimin son döyüşqabağı rəqibinə göndərdiyi mesaj bu oldu...

Belə inamlı və hazırlıqlı idmançıya yalnız uğur diləmək qalır bizə... Üfüqdə kinqboks üzrə yeni Azərbaycan çempionu görünür..

Baki-xeber.com

Son xəbərlər