“Mercedes” komandasının finlandiyalı pilotu Valtteri Bottas bu gün Bakıda keçirilən Azərbaycan Qran-Prisinin qalibi olub.
İkinci yeri onun komanda yoldaşı Lüis Hamilton tutub. Üçüncü yerdə “Ferrari”dən Sebastyan Fettel qərarlaşıb.
Bakıda qazandığı qələbə V.Bottasa 2019-cu il çempionatının liderləri sırasına çıxmağa imkan verib. 4 mərhələdən sonra onun aktivində 87, L.Hamiltonun aktivində isə 86 xal var.
S.Fettel 52 xal, “Red Bull” komandasının 4-cü yeri tutmuş pilotu Maks Ferstappen isə 51 xal qazanıb.
Dövrədə ən yaxşı vaxtı Şarl Lekler (“Ferrari”) göstərib. 4 yarışdan sonra onun aktivində 47 xal var.
Azərbaycan Qran-Prisində 20 pilotdan 16-sı finiş xəttinə çatıb.