Bazar günü günü, 08 noyabr 2026
     

Builki Azərbaycan Qran Prisinin favoritləri ...poulu kim qazanacaq...

Image


“Formula-1” şirkətinin rəsmi saytında builki Azərbaycan Qran Prisinin favoritləri haqqında geniş məqalə yazılıb. Həmin məqalənin tərcüməsini Sizə təqdim edirik:

Bu həftə “Formula-1” yüksək sürətli şəhər treki olan Bakı Şəhər Halqasına qayıdır. İndiyədək burada keçirilmiş üç yarış Formula 1 tarixində proqnozlaşdırılması çətin və ən xaotik yarışlardan olub. Buna baxmayaraq biz yenə də builki yarışın nəticələrinə dair bəzi təxminlər edə bilərik...

  • Bu il poulu kim qazana bilər?

İndiyədək Bakıda 3 dəfə poul qazanılıb və hər dəfəsində buna fərqli pilot yiyələnib. İlk yarışda – 2016-cı ildə Niko Rozberq, 2017-ci ildə Luis Hamilton və 2018-ci ildə Sebastian Fettel sıralanma turunda ən sürətli nəticə göstərərək yarışa ən öndə start verib. 

Bu il Hamilton və ya Fettel buna yiyələnsə bizim üçün sürpriz olmayacaq. Bu arada onu qeyd edim ki, Fettel Bakıda indiyədək keçirilmiş hər üç Qran Pridə qriddə yarışa ilk dördlükdən başlamış yeganə pilotdur. Digər tərəfdən, Honda bu həftə Bakıya daxili yanma mühərrikində bəzi dəyişikliklərlə gəlir və bu da Maks Ferstappenin ilk poul arzusuna çatmasına köməklik göstərəcək.

Mercedesin digər pilotu Valteri Bottas cari mövsümün ən sonuncu yarışı olan Çin Qran Prisində poula yiyələndi və bu baxımdan Bakıya yüksək əhval-ruhiyyədə gəlir. Valteri Bottas Mercedes komandasının sürücüsü kimi Bakıda mübarizə apardığı hər iki Qran Pridə yarışa ilk 3-də start verib. Finlandiyalı sürücü bu həftə karyerasının 2-ci poulunu əldə edə biləcəkmi?

  • Qələbə üçün kimin şansı çoxdur?

Bakıda üç yarış və hər yarışda da fərqli qalib...  və onlardan sadəcə biri bu bazar keçiriləcək yarışın favoritlərindən sayılır. Qaliblərdən Rozberq 2016-cı ildə Avropa Qran Prisində qələbə qazandıqdan sonra həmin mövsümün sonunda karyerasına son verdi. Buna görə onu bu siyahıdan çıxarda bilərik. 2017-ci ildəki Azərbaycan Qran Prisinin qalibi Daniel Rikkardo yarışa 10-cu yerdə başlamışdı və hazırda Renault komandasında bunu təkrarlaması imkansız görünür. Ötən ilki yarışın qalibi Luis Hamilton ondan əvvəlki iki yarışda 5-ci yerdən daha yaxşı nəticədə yarışı başa vura bilməmişdi.

Bizim tövsiyəmiz odur ki, bu həftəsonu Valteri Bottas və  Şarl Lekleri xüsusi diqqətlə izləyin. Lekler Bakıda yaxşı forumdadır. Xatırlayın, 2017-ci ildəki “Formula-2” yarışından bir neçə gün əvvəl atasının ölümünün verdiyi dərin hüznə baxmayaraq qələbə qazanmışdı. Ötən ilki Azərbaycan Qran Prisində isə o, “Formula-1”dəki ilk çıxışında Sauber pilotu olaraq yarışı 6-cı yerdə başa vurmuşdu. Ferrarinin düzlüklərdəki yüksək sürəti və döngələrdəki inkişaf etmiş performansı Lekleri bu həftənin favoritlərindən biri edir.

Hamiltonun ötən il Bakıda keçirilən Qran Pridə yarışın sonlarına doğru Bottasın yaşadığı təkərin deşilməsi problemindən sonra qələbəyə yiyələnə bilmişdi. Keçən ilki yarışı Bottas 1-ci yerdə bitirsəydi, həmin mövsümün ilk qələbəsinə yiyələnəcəkdi. Deməli bu il Bottas Bakıya daha böyük qələbə arzusu ilə gəlir.

Red Bulla gəlincə, ötən il bu komandanın pilotları Daniel Rikkardo və Maks Ferstappen ən uzun sürətlənmə düzlüyünün sonunda döngəyə yaxınlaşarkən toqquşdular və hər ikisi yarışı başa vura bilmədi. Bu hadisədə komanda hər iki pilotu oxşar dərəcədə günahkar saydı. Bu həftə Bakıda baş tutacaq “Formula-1” yarışı Red Bullun bu mövsümdə indiyədək qələbə qazana bilmək şansı ən yüksək olan Qran Pri yarışıdır.

  • Podiuma ən yaxın kimdir?

Serxiyo Perez. Əslində o, podiumdan çox az kənarda qalır. Bakıda indiyədək keçirilmiş 3 yarışda meksikalı pilot iki dəfə (2016 və 2018) podiuma çıxıb və bu göstərici ilə o, Bakıdakı yarışlarda ən çox podium qazanmış “Formula-1” pilotudur. Perezin Racing Point-dəki yeni komanda yoldaşı Lens Strol da 2017-ci ildə Bakıda podiuma çıxa bilib. Onlar komandada bir-biri ilə çox yaxşı anlaşırlar və bu onların 2019-cu ildə podium naminə əməkdaşlığına uğurlu təsir göstərəcək.

Digər komandalar da əlbəttə həvəsləndirilməlidirlər. Ona görə ki, Bakıda keçirilmiş ilk yarış – 2016 “Formula-1” Avropa Qran Pirisindən bu yana baş tutmuş 58 yarışın sadəcə üçündə Ferrari, Red Bull və Mercedes xaricindəki komandaların pilotları podiuma çıxa bilib və məhz bunlar da sırf Bakıda reallaşıb.

Bundan daha maraqlısı odur ki, indiyədək podiuma çıxmış 9 pilotdan beşi yarışa ilk 5-likdən arxada start verib. Builki dəyişikliklərin DRS-ə olan güclü təsiri pilotlara Neftçilər prospektindəki 2,2 km-lik sürətlənmə düzlüyündən daha yaxşı yararlanmağa köməklik göstərəcək. Nəticədə builki Azərbaycan Qran Prisi orta səviyyədə olan komandalar üçün də podiuma çıxmaq imkanı yaradır.  

Bu arada onu qeyd edim ki, Bakı Şəhər Halqası son iki mövsüm ərzində ötmələr baxımından “Formula-1” təqvimində yer alan treklər arasında ən yüksək göstəriciyə sahibdir. Bu göstərici 2017-ci ildə 42 və 2018-ci ildə 50 təşkil edib. 2016-cı ildəki ilk yarışda mövsümün ən çox ötmələrə şahidlik etdiyi trek olmasa da 62 ötmə ilə həmin mövsümün qabaqcıllarından olub.

  • Kimlər yarışdan xal qopara biləcək?

Adətən bu məqamda Niko Hulkenberq yada düşür, lakin bu dəfə istisna təşkil edə bilər. Azərbaycandakı son iki yarışda almaniyalı pilot bolidini iki dəfə divara vurub. Hər dəfəsində də bu, onun yarışı 5-ci sırada başa vurması ilə nəticələnib. Bu baxımdan Nikodan yana mərcə girməyə dəyər. 

Nikonun komanda yoldaşı Daniel Rikkardo Bakıda ötən il keçirilmiş Qran Prinin qalibidir və o, həmin mövsüm ərzində xeyli xal yığa bilmişdi. Bundan başqa, Karlos Saynzın da bu həftəsonu xal qazanmaq şansı var. İspaniyalı pilot son iki mövsümdə yarışı ilk 10-luqda başa vura bilib. Onu qeyd edim ki, McLarenin bolidi Bakının uzun sürətlənmə düzlüyündə yaxşı nəticə əldə edə biləcək səviyyədədir.   

Haasa gəldikdə isə, bu komandanın texniki heyəti Azərbaycan Qran Prisinin onlar üçün çətin keçəcəyi qənaətindədir. Onlar üçün əsas məsələ hər iki pilotun - Roman Qrojan və Kevin Maqnussenin bolidlərindəki təkər problemlərini tezliklə aradan qaldırmaqdır. Bu baxımdan bazar günü onlar üçün gərgin və uzun keçəcək. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ